* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars.] Bəzi sözlərin əvvəlinə gətirildikdə mənfi mənada mürəkkəb sifət düzəldilir; məs.: bədrəng, bədsifət, bədheybət və s.
Azərbaycan dilinin izahlı lüğəti / bəd2 sif. [fars.] 1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş. – Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı). Şairəm, çünki vəzifəm budur əşar yazım; …Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır. S.S.Axundov. □ Bəd gəlmək, bəd gətirmək – pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək. – [Romanov hökumətinin istibdadı] elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində yenə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bəd nəzər – mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz. [Rüstəm:] Anan da evdə səndən yana bəd nəzərdən qorxur. S.Rəhimov. Bəd olmaz – pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz. [Odabaşı:] [Hacının] da halını görmək bəd olmaz. Ə.Haqverdiyev. [Koxa:] Üstündən bir çay olsa, heç bəd olmaz. S.Rəhimov. Bədinə danışmaq – pisliyinə danışmaq, qeybət etmək. // Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır. 2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir. ◊ Bəd ayaqda – təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır. Zənn eləmə itirdi; Bəd ayaqda tez özünü bu cəbhələr aslanı. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / bəd3 BƏD f. pis, yaman. BƏ’D ə. sonra. BƏD’ ə. 1) yenilik, yeni adət, yeni qayda, dəb; 2) başlama, əsasını qoyma; 3) təşəbbüs.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəd1 BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır (F.Kərimov). BƏD – YAXŞI Məsləhətin bəd deyil, ağlıma yatır (S.S.Axundov); Özünü deyin, harda yaxşı qan aldırmaq olur? (Ü.Hacıbəyov).
Azərbaycan dilinin antonimlər lüğəti / bəd2 первая часть сложных прилагательных, выражающая отрицательную оценку: bədbəxt несчастный, bədxassəli злокачественный
Azərbaycanca-rusca lüğət / bəd3 прил. 1. плохой, скверный, дурной. Bəd övlad плохой сын, bəd əməl дурной поступок, bəd iş плохая работа, bəd xəbərlər дурные вести, bəd xasiyyət скверный характер, bəd nəzər дурной глаз 2. злой. Bəd it злая собака ◊ bəd gəlmək, bəd gətirmək терпеть, потерпеть неудачу, испытать невезение; сложиться неудачно, bəd deyil не плохой (о чём-л.); bəd olmaz будет неплохо; не будет вреда; bəd ayaqda на худой конец, в худшем случае, в трудную (тяжёлую) минуту; bədinə getmək kimin говорить, действовать против кого
Azərbaycanca-rusca lüğət / bəd1 I. s. bad, nasty, evil; ~ əməl bad action; evil deeds; ~ adam evil man*; ~ əlamət evil sign; ~ fikirlər evil thought; ◊ ~ ayaqda if the worst comes to the worst, at (the) worst II. z. ~inə danışmaq to speak* against (smb.), to speak* contrarily; ~inə getmək to be* against, to speak* contrarily; Bəd olmaz All right, okey, O.K.
Azərbaycanca-ingiliscə lüğət / bəd1 1) sif. mauvais, -e, vilain, -e ; ~ əməl mauvaise action f ; ~ adam un méchant (vilain) homme ; ~ əlamət un mauvais signe ; ~ fikirlər de mauvaises pensées f pl ◊ ~ ayaqda au pis aller ; au moment difficile ; 2) zərf. ~inə danışmaq parler contre qn ; ~inə getmək agir contre qn
Azərbaycanca-fransızca lüğət / bəd1 [fars.] прил. 1. бед, пис, яман, чӀуру; bəd xasiyyət бед къилих; bəd iş бед кар; // bəd gəlmək, bəd gətirmək бед атун, няс атун, няс гъун, кьил такьун, кьиле тефин (са кар); bəd nəzər дин. бед назар (пис вил, акьадай вил); 2. гзаф туьнт, кьадай, терс (мес. кицӀ).
Azərbaycanca-ləzgicə lüğəti / bəd