bədxah sözü azərbaycan dilində

bədxah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bədxah • 90.8784%
  • Bədxah • 8.7838%
  • BƏDXAH • 0.3378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bədxahlar (film, 2017)
Bədxahlar (ing. Hostiles)— Skot Kuperin filmi XIX əsrin sonlarında ağdərililərlə yerli amerikalılar arasında irqi ədavət və barış mövzusundadır. Ağdərililər və yerli amerikalılar arasında savaşlardan illər sonra ordu kapitanı Cozef Blokerə vaxtikən qatı düşməni olan "Sarı Şahinlər" ordusunun başçısı, hazırda isə ölməsinə az qalmış Şayeni Nyu-Meksikadan Montanaya qədər müşayiət etmək əmr olunur. Belə bir siyasi qərara Vaşinqtonda ABŞ ordusunun yerli amerikalılara qarşı qəddar münasibəti ilə bağlı mətbuatda çıxan xəbərlərdən sonra gəlinir. Yerli amerikalılara qarşı amansız hücumları ilə tanınan ABŞ ordusunun kapitanı obrazını canlandıran Cozef Bloker haqqında Kristian Bey vurğulayır: "Burada dəhşət elementi mövcuddur. Ətrafın gözəlliyinə, eyni zamanda Amerikanın bu gözəl mənzərəsində baş verən dəhşətlərə baxanda mənim oynadığım surət özünü həbsxanadakı kimi hiss edir. O, bu torpaqda çox sayda dostunu itirib". "Bədxahlar" filmində fərqli mənşədən olan insanların metaforik və fiziki aspektləri göstərilir. Məsələn, Komançilər tərəfindən hücuma məruz qalaraq, ailəsini itirən ağdərili gənc ana, və ya öz qəddarlıqları üzündən ağlını itirmiş əsgər. Bununla belə, filmin əsas diqqət mərkəzi iki qatı düşmən, Kapitan Bloker və aktyor Ves Stadinin oynadığı "Sarı Şahinlər"in başçısının tədricən yaxınlaşmasına yönəlir.

bədxah sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən; qərəzkar (xeyirxah ziddi). Bədxah adam. – Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir. [Şah] zəng edənin mütləq bədxah adam olduğu fikri ilə dəstəyi götürüb nərə çəkdi. M.İbrahimov. // İs. mənasında. Bədxahım olsa cümlə cəhan, çəkməzəm məlal. Xətayi. Aralıqda bədxah olmasa əgər; Sevgi sevgisindən olmaz mükəddər. Q.Zakir. [Mirzə Fətəli:] O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqlar. Ə.Haqverdiyev. Müəllimdən aldığımı bədxahlara satmadım. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / bədxah

bədxah sözünün etimologiyası

bədxah sözünün sinonimləri (yaxın mənalı sözlər)

bədxah sözünün antonimləri (əks mənalı sözlər)

bədxah sözünün rus dilinə tərcüməsi

  • 1 1. недоброжелатель, зложелатель; 2. недоброжелательный, зложелательный, злорадный;

    Azərbaycanca-rusca lüğət / bədxah
  • 2 I прил. недоброжелательный, неблагожелательный, злорадный, со злым умыслом. Dünyada bədxah adamlar az deyil на свете немало недоброжелательных людей, bədxah gülüş злорадный смех II сущ. недоброжелатель, недоброжелательница, недруг, ненавистник. Hansı bədxah bu xəbəri çatdırmışdı? Какой недоброжелатель принёс это известие?

    Azərbaycanca-rusca lüğət / bədxah

bədxah sözünün inglis dilinə tərcüməsi

bədxah sözünün fransız dilinə tərcüməsi

"bədxah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bədxah nədir? #bədxah sözünün mənası #bədxah nə deməkdir? #bədxah sözünün izahı #bədxah sözünün yazılışı #bədxah necə yazılır? #bədxah sözünün düzgün yazılışı #bədxah leksik mənası #bədxah sözünün sinonimi #bədxah sözünün yaxın mənalı sözlər #bədxah sözünün əks mənası #bədxah sözünün etimologiyası #bədxah sözünün orfoqrafiyası #bədxah rusca #bədxah inglisça #bədxah fransızca #bədxah sözünün istifadəsi #sözlük