* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Yel, külək. Mən aşiq, bad apardı; Bad vurdu, bad apardı; Cəfasını mən çəkdim; Səfasın yad apardı. (Bayatı). Bənd edib hər səhər bad əsər, arizi-cananə dəyər; Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. M.V.Vidadi. Cadu qəmzələrin mənlən yağıdır; Bad əsir, zülfünü üzdən dağıdır. M.P.Vaqif. □ Bad(i)-səba şair. – səba yeli, səhər əsən xəfif, sərin yel; meh. Nə yanar kimsə bana atəşi-dildən özgə; Nə açar kimsə qapım badi-səbadan qeyri. Füzuli. Ey badi-səba, məndən ol yarə salam eylə. M.V.Vidadi. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadan, nə şanədəndir. M.P.Vaqif. Badi-səba mənim dərdi-dilimi; Ol büti-zibaya dedin, nə dedi? Q.Zakir. ◊ Bad(i)-fənaya getmək – bax bada getmək. [Hacı Fərəc:] Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. N.Vəzirov. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badifənaya gediblər. Ə.Haqverdiyev. Bad(i)-fənaya vermək – bax bada vermək. [Əbdül:] Gülnisənin hiyləsi, Pərinin işvəsi, pulları, havası onun [Bəhramın] başını elə dumanlandırdı ki, yazıq qızcığazı badfənaya verdi. C.Cabbarlı. Bada getmək – heçə çıxmaq, puç olmaq, tələf olmaq, məhv olmaq, boşa çıxmaq, zay olmaq, hədər getmək. Vaqif sevdi bir iqrarsız bivəfa; Bada getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif. Xain olsaq əgər bu dünyada; İrzü namusumuz gedər bada! M.Ə.Sabir. Onların ömrü də tez gedər bada; Hər kəs əkdiyini biçər dünyada. S.Vurğun. Bada vermək – puç etmək, yox eləmək, məhv etmək, tələf etmək. Ey badə verən ömrünü, zünnarə yapışma. Nəsimi. Yandırıb hicran odu könlümü verdi badə, gör. Xətayi. [Göyərçin:] Canımı çöldən tapmamışam ki, ömrümü, günümü bada verim?! S.Rəhimov. Hərçi bada bad – nə olursa olsun, olan olacaq.
Azərbaycan dilinin izahlı lüğəti / bad2 is. məh. 1. Təndir və s. qurmaq üçün içinə keçi qılı qatılıb hazırlanan qatı palçıq. 2. Qazma evlərin ortasında palçıqdan qayrılan ocaq yeri.
Azərbaycan dilinin izahlı lüğəti / bad3 BAD1 f. 1) külək, yel; 2) m. yox olma, məhv olma. Badi-aşub bax badi-tünd; badi-fəna’ dağıdıcı külək; badi-həva’ əsən külək, yel; badi-murad gəmi gedən istiqamətdə əsən külək; badi-səba səba yeli, yüngül səhər küləyi; badi-tünd fırtına, tufan. BAD2 f. boş sahə, becərilməmiş yer, əkilməyən yer. BAD3(A) bax badabad.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bad1 1. края тендира (глубокая печь для выпечки лаваша и чурека); 2. ветер;
Azərbaycanca-rusca lüğət / bad2 1 сущ. диал. 1. сбитая глина, из которой делают печи (для хлеба) 2. глинобитная яма посреди землянки для разведения огня 2 сущ. устар. ветер ◊ bada vermək: 1. проматывать, промотать; транжирить, пускать, пустить на ветер; 2. губить, погубить, уничтожать, уничтожить; bada getmək сгореть, пропадать, пропасть
Azərbaycanca-rusca lüğət / bad1 i. arx. wind; ~a vermək to waste (d.), to squander (d.); var-dövləti ~a vermək to run through a fortune, to waste one’s riches
Azərbaycanca-ingiliscə lüğət / bad1 [fars.] сущ. гар; bad(i)-səba шаир. экуьнен шагьвар, экуьнахъ жедай серин, кьезил гар; ** bada getmək гараллаз фин, бада фин, гьакӀ фин, пуч хьун, телеф хьун, зайя хьун, гьавайда фин; bada vermək гарув гун, пуч авун, гьич авун, телеф авун; hərçi bada-bad вуч кӀантӀани хьурай, хьайиди жеда.
Azərbaycanca-ləzgicə lüğəti / bad2 сущ. нугъ. 1. тӀанур, хьар ва мс. гьегун патал цӀегьрен чӀарар кутуна гьазурнавай кӀеви луз; 2. къул (къазма кӀвалерин юкьвал луцадикай авунвай къулан чка).
Azərbaycanca-ləzgicə lüğəti / badI (Basarkeçər, Bərdə, Gəncə, Naxçıvan, Şərur, Yevlax, Zəngilan) 1. təndir qurmaq üçün tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanan palçıq (Gəncə). – Badı döyün təndirin qra:nı qayrax 2. palçıqdan hazırlanmış təndir hissələri (Bərdə, Basarkeçər) – Altı-yeddi baddan olur təndir (Bərdə); – Baddarı hazırra təndir qoyax (Basarkeçər) II (Kəlbəcər, Şəki, Ucar) 1. qazma evlərin ortasında palçıqdan qayrılmış ocaq yeri (Kəlbəcər) – Bizim evin badı çox dərin tüşüf 2. ocağın, kürənin kənarlarına düzülən kərpic (Şəki, Ucar). – Kürənin badı qızmışdı (Şəki); – Bu ocağın badı bir az bö:y olsa yaxşı olardı (Ucar) III (Ucar) ağac qabığı IV (Qazax) çiy kərpic. – Bir bad evim var V (Meğri) su arxının kənarları. – Uxarı su gedip ki, baddar da islanıp
Azərbaycan dilinin dialektoloji lüğəti.