* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f.sif. Tam dairə şəklinə düşmüş, dolğunlaşmış, on dörd gecəlik. Bədirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü çay. M.Seyidzadə. ◊ Bədirlənmiş ay kimi – on dörd gecəlik Ay kimi parlaq, təmiz, saf, ləkəsiz, aydın (bədii ədəbiyyatda gözəlin surəti buna təşbeh olunur). Göyçəyin üzü bədirlənmiş ay kimi şəfəqli idi. Ə.Vəliyev. [Sarıtelin] hisli çırağın zəif işığında ala-yarımçıq görünən qaramtıl saçları, uzun hörükləri, bədirlənmiş Ay kimi yanaqları var idi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / bədirlənmiş1 прич. ацӀай, тамам элкъвей, цикьуд йифен; bədirlənmiş Ay ацӀай Варз; ** bədirlənmiş ay kimi ацӀай варз хьтин (хьиз), цикьуд йифен варз хьиз экуь, михьи, иер, саф, леке квачир (гуьзелдин чиниз тешпигь).
Azərbaycanca-ləzgicə lüğəti / bədirlənmiş