Deborım(İlin ilk bədrlənmiş ay günü)
Conqvol Deborım və yaxud Deborım ay təqvimi ilə yanvarın 15-i keçirilir, bəzən "Ogiil", "Sanqvon" da deyirlər. Ay təqvimi ilə yeni il keçdikdən sonra ayın ilk bədrləndiyi gündür. Deborımdan 1 gün əvvəl ay təqvimi ilə yanvarın 14-ü yeni illə bağlı müxtəlif adət-ənənələr həyata keçirilirdi.
Conqvol yeni ilin ilk başladığı ay olduğu üçün onu həm də həmin ili quran bir ay kimi qəbul edirdilər. Yanvarın 15-i Deborım günü fala baxılırdı. Bəzi mənbələrdə " Conqvol səma, torpaq və insanın birləşdiyi bir ay" kimi qeyd olunur və eyni zamanda Conqvol bütün qəbilələrin göyün iradəsinə uyğun olaraq birləşdiyi bir ay hesab olunurdu.
== Koreya adətləri ==
Koreyada Deborım ay təqvimi ilə keçirilən yeni il kimi vacib bayram hesab olunurdu. Hər bölgə özünəməxsus fərqliliklər daşısa da, əsasən Deborımdan bir gün əvvəl və bir gün sonra kəndin əmin amanlığı üçün müxtəlif ayinlər keçirilirdi.
Deborımda Ogokbap bişirib yeyirlər. Səhər tezdən burom(qoz-fındıq və s.