* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars. bəd və ər. bəxt] Talesiz, bəxtsiz, taleyi pis, uğursuz. Bədbəxt adam. Bədbəxt hadisə. – [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi. // İs. mənasında. Gərçi bu bədbəxt özü elmə həvəskardır; Kəsbi-kəmal etməyə səyi dəxi vardır. M.Ə.Sabir. [Pristav:] Bu … bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoymusan. Ə.Haqverdiyev. □ Bədbəxt olmaq – bədbəxtliyə məruz qalmaq, yazıq olmaq. Bədbəxt etmək – bədbəxtliyinə səbəb olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / bədbəxt2 f. bəxtsiz, talesiz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bədbəxt2 BƏDBƏXT [Nağı:] Dünyada məndən bədbəxt adam yoxdur (M.İbrahimov); BAŞIDAŞLI ...bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək? (Çəmənzəminli); BAŞIKÜLLÜ Yasavul: Axı, mən başıküllü bu payızın-qışın sümük donduran qarında-şaxtasında baş götürüb haraya gedim? (S.Rəhimov); BAŞIQAPAZLI Qorxaq, başıqapazlı, üzüdanlaqlı, qatır kimi cəbrə dözümlü, üzüyola olur (G.Hüseynoğlu); BƏXTİKƏM Zeynal: Elə o gündən mənim həm bəxtəvər, həm də bəxtikəm günlərim başlandı (B.Bayramov); BƏXTİQARA Dərin nəfəs alıb dayandı bir az; Dedi: “Gör nə sayaq bəxtiqarayam” (M.Rahim); BƏXTSİZ Ucalır göylərə elin avazı; Gülür bəxtsizlərin ömrünün yazı (S.Rüstəm); BƏLALI O şair məhv edir min bir gülxarı; Bəlalı aşiqi, sevdalı yarı (S.Vurğun); GÜNÜQARA Xanimana: Senə zəhmət verirəm, tez o günüqara qızı çağır (A.Şaiq); KÜLBAŞ ...mən külbaş dünən gedib dörd saat bufetdə oturmuşam (Y.Şirvan); QARABƏXT Alagöz: Mən çox bədbəxtəm, yer üzündə qarabəxtəm xanım! (S.Rəhman); QARAGEYMİŞ (dan.) Mamaça: Qarageymiş... heç xəbərüvüz var ki, bizim kənddə Kəblə Qayxanım doğub (H.Sarabski); QARAGÜN (dan.) Nəbi: Od tutaram Həcər düşəndə yada; Mən qaragün, gün görmədim dünyada (S.Rüstəm); MİSKİN Şəfiqə: Sənin mən yetimə, mən miskinə, mən bikəsə rəhmin gəlsin (R.Əfəndiyev); SƏADƏTSİZ Bir fransız qızı söykənib məhəccərə, dayanıb; Gözlərində səadətsiz gəncliyinin ağrısı (R.Rza); TALESİZ Mirzə Cavad: Boşluq mənim talesiz ürəyimdi (C.Cabbarlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / bədbəxt1 BƏDBƏXT – BƏXTİYAR Gərçi bu bədbəxt özü elmə həvəskardır (M.Ə.Sabir); Axırımız məsud, gələcəyimiz bəxtiyardır, – dedim (M.S.Ordubadi). BƏDBƏXT – XOŞBƏXT Ailəmizə üz verən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum (M.S.Ordubadi); Xeyr, əşi, mənim alma bağım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti / bədbəxt2 прил. несчастный: 1. такой, который испытывает несчастье, терпит беду, горе. Bədbəxt adam несчастный человек 2. являющийся несчастьем, приносящий несчастье. Bədbəxt hadisə несчастный случай II в знач. сущ. несчастный(-ая); bədbəxt etmək сделать несчастным(-ой); быть причиной несчастья; bədbəxt olmaq стать несчастным(ой)
Azərbaycanca-rusca lüğət / bədbəxt1 I. i. unfortunate wretch II. s. unhappy, unfortunate, miserable, unlucky / wretched; ~ qadın an unhappy / unlucky / wretched / miserable woman*; ~ hadisə accident; ~ olmaq to be* unhappy / miserable / unfortunate; to become* unhappy / unfortunate / miserable; ~ etmək to make* unhappy / unfortunate / miserable (d.); to make* destitute (d.)
Azərbaycanca-ingiliscə lüğət / bədbəxt1 is. malheureu//x m, -se f, infortuné m, -e f, misérable m, f ; ~ qadın femme f malheureuse ; ~ hadisə accident m ; ~olmaq être malheureu//x, -se ; (infortuné, -e malchanceu//x, -se) ; ~ etmək rendre qn malheureu//x, -se
Azərbaycanca-fransızca lüğət / bədbəxt1 [fars. bəd və ər. bəxt] прил. бедбахт; бахтсуз; // сущ. бедбахт (кас); bədbəxt olmaq бедбахт хьун; bədbəxt etmək бедбахт авун, бедбахт хьуниз себеб хьун.
Azərbaycanca-ləzgicə lüğəti / bədbəxt