bel sözü azərbaycan dilində

bel

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bel • 85.6410%
  • Bel • 13.3333%
  • BEL • 0.9231%
  • BEl • 0.1026%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Bel (dəqiqləşdirmə)
Bel
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, "ara həkimlərinə" və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Bel balıqları
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Bel balığı
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Bel məbədi
Bel məbədi— Qalıqları Suriyanın Palmira şəhərində yerləşən qədim məbəd. Məbədin əsası bizim eranın 32-ci ilində qoyulub. Bu məbəd dini mərkəz kimi formalaşan Palmirada ibadət yeri kimi günəş tanrısı Yarhibol, ay tanrısı Aqlibol ilə Sami tanrısı Belə həsr olunub. Aeden Kremin hesab edir ki, Palmirada bu yer "ən yaxşı qorunub saxlanılan" məbəd qalıqlarındandır. == Tarix == Məbəd təpənin üstündə tikilib. Ərazi sözügedən Ellinizm məbədi və Belin birinci məbədi olan keçmiş məbədlə Roma dövründən qabaq da işğal altında olub. Temenos (bayır divar) və Propileinin sütünları ikinci əsrin birinci yarısında və birinci yarısından sonralar da tikilmişdir. Daxili kolonnadaların korinf sütünlarının əksəriyyəti hələ də havadarların heykəllərinin olduğu yerdə pyedestalda nümayiş olunur. Məbəd Palmirada Böyük Kalonnadanın şərq qurtaracağı boyu bir cərgə boyu uzanır. == Memarlıq == Məbəd qədim Yaxın Şərq və Yunan-Roma memarlığının qeyri-adi sintezini özündə cəmləşdirib.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Barbara Bel Geddes
Barbara Bel Geddes (31 oktyabr 1922[…], Nyu-York, Nyu-York ştatı – 8 avqust 2005[…], Nortist-Harbor[d]) — keçmiş ABŞ aktrisası, sənətçisi və yazıçısı.
Böyük bel əzələsi
Böyük bel əzələsi (lat. Musculus psoas major) çanağın daxili qrup əzələlərinə aid olub, XII döş - V bel fəqərələrinin köndələn çıxıntılarından və müvafiq fəqərələrarası disklərin yan kənarlarından başlanğıc götürərək, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Kiçik bel əzələsi
Kiçik bel əzələsi (lat. Musculus psoas minor) çanağın daxili qrup əzələlərinə aid olub, Onurğa sütununun XII döş və I bel fəqərələrinin yan səthindən, fəqərələrarası diskdən başlanğıc götürərək qalça fassiyasında tamamlanır.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Sibir bel balığı
Sibir bel balığı (lat. Hucho taimen) ― Qızılbalıqlar fasiləsinə aid Bel balıqları cinsinə aid bir növ balıqdır. Bu balıq Sibir və ətraf bölgələrdə, çaylarda rast gəlinir, və il boyu ovlanılır.
Vilye-le-Bel
Vilye-le-Bel (fr. Villiers-le-Bel) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Vilye-le-Bel. Əhalisi — 27 330 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimalda, Serji belediyyənin 24 km şərqdə yerləşir.
Bel-Qleyd (Florida)
Bel-Qleyd (ing. Belle Glade) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Sen-Marsel-Bel-Akkyoy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sen-Marsel-Bel-Akköy
Sen-Marsel-Bel-Akköy (fr. Saint-Marcel-Bel-Accueil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38415. Kommunanın 2009-cu il üçün əhalisi 1 319 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 33 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Bel-Eyr (Los-Anceles)
Bel-Eyr (ing. Bel Air) — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən məhəllə.
Cud Bellingem
Cud Viktor Vilyam Bellinqem (29 iyun 2003) — İspaniya La Liqasında çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi. "Birminhem Siti" heyətində ilk matçına 25 avqust 2019-cu ildə keçirilən Suonsi Siti-Birminhem Siti matçının 76-cı dəqiqəsində çıxıb. Eyni zamanda matçın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Suonsi Sitinin 3–0 hesablı qələbəsi ilə başa çatıb. Birminhem Sitinin heyətində ilk dəfə 31 avqust 2019-cu ildə keçirilən "Birminhem Siti" – "Stoke Siti" matçında fərqlənib. Matça 30-cu dəqiqəsində daxil olmasına baxmayaraq 76-cı dəqiqədə fərqlənməyi bacarıb. Matç "Birminhem Siti"nin 2–1 hesablı qələbəsi ilə başa çatıb. 23 iyul 2020-ci ildə "Birminhem Siti"dən ayrıldı. "Borussiya Dortmund"da ilk matçına 12 avqust 2020-ci ildə keçirilən "Rheindorf Altach" – "Borussiya Dortmund" matçında çıxıb. Matç "Borussiya Dortmund"un 0–6 hesablı qələbəsi ilə bitib.
Cypripedium bellatulum
Paphiopedilum bellatulum (lat. Paphiopedilum bellatulum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Cypripedium bellatulum Rchb.f. (basionym) Paphiopedilum bellatulum var. album O'Brien Cordula bellatula (Rchb.f.) Rolfe Paphiopedilum bellatulum f. album (O'Brien) Braem Paphiopedilum wenshanense Z.J.Liu & J.Yong Zhang Paphiopedilum wenshanense f. album O.Gruss & Petchl.
Dailin Belmonte
Dailin Belmonte (15 oktyabr 1985, Santiaqo de Kuba, Kuba) — Kubalı marafonçu. Dailin Belmonte Kubanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Dailin Belmonte birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 8 saniyəyə qət edərək 118 marafonçu sırasında 70-ci yeri tutdu. Dailin Belmonte növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 58 saniyəyə qət edərək 157 marafonçu sırasında 102-ci yeri tutdu.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
David Belle
Dağ bellevaliyası
Dağ bellevaliyası (lat. Bellevalia montana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda və 3 sm enindədir. Gövdənin hündürlüyü 20—40 sm arasında dəyişir.Yarpaqları rozet, enli neştərvari, 25—30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzunsov, çoxçiçəkli, enli-piramidavari çiçək saplağı çox uzundur. Çiçəkyanlğı 10 mm uzunluğunda, uzunsov boruşəkillidir, solğun-bənövşəyi, qonur, qurudulduqda sarımtıl-qırmızı, üçkünc-yumurtavari olub, sivriləşmiş, uzunluğu çiçəkyanlığından qısadır. Sütuncuq yumurtalıqdan və tozluqdan uzun, azca çiçəkyanlığınadan kənara çıxır.
Delphinium belladonna
Hündür mahmızçiçək (lat. Delphinium elatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. Delphinastrum elatum (L.) Spach Delphinastrum hybridum (L.) Spach Delphinastrum urceolatum (Jacq.) Nieuwl. Delphinium alopecuroides R.Hogg Delphinium alpinum Waldst. & Kit. Delphinium alpinum var. hebecarpum Kulikov Delphinium atropurpureum Pall. Delphinium belladonna (Kelway) Bergmans Delphinium clusianum Host Delphinium cryophilum Nevski Delphinium davuricum Georgi Delphinium elatum var. belladonna Kelway Delphinium elatum var. bosniacum Pawł.
Delphinium elatum var. belladonna
Hündür mahmızçiçək (lat. Delphinium elatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. Delphinastrum elatum (L.) Spach Delphinastrum hybridum (L.) Spach Delphinastrum urceolatum (Jacq.) Nieuwl. Delphinium alopecuroides R.Hogg Delphinium alpinum Waldst. & Kit. Delphinium alpinum var. hebecarpum Kulikov Delphinium atropurpureum Pall. Delphinium belladonna (Kelway) Bergmans Delphinium clusianum Host Delphinium cryophilum Nevski Delphinium davuricum Georgi Delphinium elatum var. belladonna Kelway Delphinium elatum var. bosniacum Pawł.
Dendrobium bellatulum
Dendrobium bellatulum (lat. Dendrobium bellatulum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium bellatulum var.
Dendrobium bellatulum var. cleistogamia
Dendrobium bellatulum (lat. Dendrobium bellatulum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium bellatulum var.
Diyarbakır Büyükşehir Belediyespor
Amed İK — Birinci liqada mübarizə aparan Türkiyə futbol klubu. 1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur. 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
Dmitri Belyayev
Belyayev Dmitri Konstantinoviç (4 (17) iyul 1917, Kostroma – 14 noyabr 1985, Novosibirsk) — rus bioloqu, Genetika İnstitutunun direktoru. Dmitri Belyayev 1938-ci ildə Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsini bitirmişdir. SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunda 1958-ci ildən direktor müavini, 1959-cu ildən direktor, 1961-ci ildən isə Novosibirsk Dövlət Universitetində kafedra müdiri olmuşdur. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə uğrunda medalı ilə təltif olunmuşdur. Qırmızı Ulduz Ordeni 11.01.1944 II dərəcəli Vətən müharibəsi ordeni 05.11.1944 1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə uğrunda medalı ilə təltif olunub 09.05.1945 Destabiliziruöhiy otbor kak faktor izmençivosti pri domestikaüii jivotnıx // Priroda. 1979. № 2; Problemı i perspektivı issledovaniy po qenetike i seleküii jivotnıx // Qenetika. 1987. № 6.
Dorstenia belizensis
Dorstenia belizensis (lat. Dorstenia belizensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Emilia bellioides
Emilia bellioides (lat. Emilia bellioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio bellioides Chiov.
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Erigeron bellidiastroides
Erigeron bellidiastroides (lat. Erigeron bellidiastroides) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eşşək beli sındırdı
Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir. Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.
Faddey Bellinshauzen
Bellinshauzen Faddey Faddeviç (alm. Fabian Gottlieb Benjamin von Bellingshausen‎; 9 (20) sentyabr 1778, Saaremaa, Ösel qəzası[d], Liflyand quberniyası, Rusiya imperiyası – 13 (25) yanvar 1852, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d]) — alman mənşəli rus tədqiqatçısı, admiral. Bellinshauzen 1779-cu ildə Baltik dənizində Ezel adasında (Estoniya) anadan olmuşdur. О, özü haqqında belə deyir: Bu sözlər onun gənclik dövründə dənizçi olmaq arzsunu ifadə edən sözlərdir. Dəniz kopusunun 18 yaşında bitirməklə miçman rübtəsi alan F. Bellinshauzen 1803–1806-cı illərdə I. F. Kruzenşternin rəhbərliyi altında "Nadejda" gəmisində dünya səyahətində iştirak etmişdir. Ekspedisiya müddətində о, xəritələrin tərtibatı və astronomik müşahidələrlə məşğul olmuşdur. Ф. Ф. Беллингсгаузен.
Gli anni più belli
Gli anni più belli — rejissor Qabriele Muccinonin filmi..
Graptopetalum bellum
Graptopetalum bellum (lat. Graptopetalum bellum) — dovşankələmikimilər fəsiləsinin graptopetalum cinsinə aid bitki növü.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Harri Belafonte
Harri Belafonte (1 mart 1927[…], Harlem, Nyu-York ştatı – 25 aprel 2023[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı) — Amerikalı müğənni, bəstəkar, aktivist və aktyor. Ən uğurlu Yamayka-Amerika pop ulduzlarından biri, 1950-ci illərdə Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriya ilə çıxardan əsas şəxs hesab olunur. O, blyuz, folk, gospel, şou melodiyaları və Amerika standartları daxil olmaqla bir çox janrda çıxış etdi. Onun debüt albomu Calypso (1956), tək bir sənətçinin ilk milyon satan LP albomudur. Belafonte "The Banana Boat Song (Banan Qayığı mahnısı)" kimi tanınan "Day-O" mahnısını yazması ilə məşhurdur. O, blüz, folk, gospel, şou melodiyaları və Amerika standartları da daxil olmaqla bir çox janrlarda səsyazma və ifa edib. O, həmçinin bir neçə filmdə, o cümlədən Carmen Jones (1954), Island in Sun (1957) və Odds Against Tomorrow (1959) filmlərində rol alıb. Belafonte üç "Qremmi" mükafatı (o cümlədən, Qremmi Ömür Boyu Nailiyyət Mükafatı), Emmi mükafatı və Toni mükafatını qazandı. 1989-cu ildə Kennedi Mərkəzinin fəxri mükafatını aldı. 1994-cü ildə Milli İncəsənət Medalı ilə təltif edildi.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
III Bela
Kral III Bela (mac. 'III. Béla; 1148[…], Macarıstan krallığı – 23 aprel 1196, Macarıstan krallığı) - Macarıstan və Xorvatiyanın kralı. Bizans imperatoru I Manuelin sarayında Manuelin oğlu doğulana qədər Bizans imperiyasının gələcəkdəki imperatoru olacağı düşüncəsi ilə böyüdülmüş və təhsil görmüşdür. Bela Macarıstanın ən güclü və dövrünün ən zəngin hökmdarlarından biridir. Belanın ildə 23 ton saf gümüş gəliri var idi. Bu Fransa kralı üçün o dövrdə 17 ton, ingilis kralı üçün isə təxminən 10 ton idi. Macarıstan kralı II Qeza ilə Kiyevli Yefrosinin ikinci oğlu olmuşdur. 1161-ci ildə atası tərəfindən Xorvatiyanın və Dalmasiyanın hersoqu təyin edilmişdir. 31 may 1162-ci ildə atasının ölümündən sonra kral olan qardaşı III Stefanın dövründə də bu vəzifəsində qalmışdır. 1164-cü ildə Bizans imperatoru I Manuel III Stefanla razılığa gəldi.
IV Bela
IV Bela və ya Böyük Bela (mac. IV. Béla, 29 noyabr 1206, Transilvaniya – 3 may 1270, Buda)—1235–1270-ci illərdə Macarıstan və Xorvatiyanın kralı. IV Bela həmçinin 1254–1258-ci illər ərzində Striya hersoqu olmuşdur. Bela kral II Andraşın ilk həyat yoldaşından olan ən böyük oğlu idi. O, 29 noyabr 1206-cı ildə Transilvaniyada anadan olmuşdu. Kral Andraşın təşəbbüsü ilə 7 iyunda Papa III İnnokenti yepiskop və baronlara müraciət edərək gələcək krala sədaqət andı içməyi tapşırdı. 1213-cü ildə atası II Andraş onu Bulqar çarı Borilin qızı ilə nişanlasa da tezliklə bu nişan pozulur. II Andraş Müqəddəs Torpaqlara səfəri zamanı IV Belanı nənəsi Meraniyanın yanında qoyur. 1218-ci ildə səfərdən qayıtdıqdan sonra isə onu Niseya imperatorunun qızı ilə evləndirir. Nikah 1220-ci ildə baş tutur.

bel sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Belə qədər suya girmək. – Bu süngünü onlar sağ tərəfdən bel qayışlarından asmışdılar. Ə.Əbülhəsən. Belində qəbzəli xəncər olan bir kişi içəri girdi. İ.Əfəndiyev. 2. İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. – Elə, obaya səs düşür. İgidlər at belinə qalxır. M.İbrahimov. …Kürən at belində ağırlıq hiss etməyib yolun çoxusunu oynaqlayır. S.Rəhimov. □ Bel sümüyü anat. – onurğanın ayrıca sümüyü. Bel sütunu anat. – insanda və bəzi heyvanlarda: bel ortasındakı bir-birinin içinə keçmiş sümük və qığırdaqlardan ibarət onurğa sümüyü. 3. məc. Hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid. Şehli kəndinin sağ tərəfində yalın beli ilə xırmanlar salınmışdı. S.Rəhimov. Baxsanız a, beli çökmüş yamaca; Sinəsində şən quzular bəslənir. A.Şaiq. Min Qazaxda köhlən ata; Göy yaylaqlar belinə qalx. S.Vurğun. 4. məc. Dövrə, ətraf. Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. M.Hüseyn. ◊ Bel bağlamaq – güvənmək, inanmaq, etibar etmək, arxalanmaq, arxayın olmaq, xatircəm olmaq. Sənin qapında Firəngiz həqir cariyədir; Günəş də xidmətə bel bağlamış dilü candan. Heyran xanım. [Bayram:] Zalxa hiyləgər arvaddır, ona bel bağlamaq olarmı? M.F.Axundzadə. Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. Bağlamaq bel, ya güvənmək çox çətindir zahidə. C.Cabbarlı. Beli bükülmək – 1) qocalmaq; 2) ağır müsibət, bədbəxtlik, fəlakət üz vermək. Beli sınmaq (qırılmaq) məc. – bax beli bükülmək 2-ci mənada. [Xan:] Məmməd, belimiz sındı, – dedi, – görürsən, Ağası duz-çörəyimi itirib, necə namərdlik elədi. Çəmənzəminli. Belinə çöpdən dirək – görülmüş bir işə qarşı istehzalı münasibət bildirən ifadə. Çox əziyyət çəkirsən, belinə çöpdən dirək. Ə.Haqverdiyev. Belini bükmək məc. – ağır bir fəlakətə, bədbəxtliyə, müsibətə məruz qalaraq qocalmaq, ruhən və cismən sarsılmaq. Belini sındırmaq (qırmaq) məc. – çox ağır mənəvi zərbə vurmaq, son dərəcə sarsıtmaq, bədbəxt etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / bel
  • 2 is. Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. Dəmir bel. Bel ilə belləmək. – Ulduz həyətə girərkən [ana] hasarın yanında əlində bel yer qazırdı. Ə.Məmmədxanlı. Fəhlələr işə başladılar. Çoxu yeri bel ilə qazırdı. Ə.Sadıq. ◊ Əlinə bel vermək məc. – qızışdırmaq, təhrik etmək. Dəliyə yer ver, əlinə bel. (Ata. sözü).

    Azərbaycan dilinin izahlı lüğəti / bel
  • 3 Hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer. (“Koroğlu” dastanının lüğəti) – Oğul, bax gör, bu bel ki deyirsən, bunun hər tərəfində bir uca qaya görünmür ki? Rövşən dedi: – Ata, görünür. Biri sağında, biri də solunda. Özü də başları qardır. (Alı kişi)

    Azərbaycan dastanlarının leksikası / bel
  • 4 Monq.d. dağ tirələri və alçaq dağlıq massivdən başlayan geniş dağətəyi düzənlik. бель bel

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / bel

bel sözünün etimologiyası

  • 1 Qabırğanın qurtaracağındakı ətraflar belə adlanır, ba (bağlamaq) feili zəminin­də yaranıb. Qədim mənası “bağlamaq üçün yer (bağ yeri)” deməkdir. Bələk, bilək sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bel

bel sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 I BEL (yer qazmaq üçün alət) Cövdət beli torpağa sancıb qapıya doğru getdi (H. Abbaszadə); KÜRƏK Çöldə işləmək üçün külüng, kürək və kisə hazırlamalısınız (Y.Şirvan); LAPATKA (dan.) [Məsmə:] Biz lapatka ilə Hitlerə qəbir qazacağıq (X.Hasilova). II 1. BEL Yasavul əyilmiş belini düzəltməyə çalışaraq; “Mən tapmışam” – dedi (S.Rəhimov); QAMƏT Buna şahid qocalsam da bükülməyən qamətimdir (S.Vurğun); QƏDD Meydanda “mənəm” deyibdi; Bu dərd Ələsgərin qəddin əyibdi (Aşıq Ələsgər). 2. bel bax arxa 1 3. bel bax qurşaq 2

    Azərbaycan dilinin sinonimlər lüğəti / bel

bel sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BEL I is. Bədənin ortası, qurşaq bağlanan yeri. Belində qəbzəli xəncər olan bir kişi içəri girdi (İ.Əfəndiyev). BEL II is. Uzun saplı qazma aləti. Ulduz həyətə girərkən hasarın yanında əlində bel yer qazırdı (M.Ənvər).

    Azərbaycan dilinin omonimlər lüğəti / bel

bel sözünün rus dilinə tərcüməsi

  • 1 1. поясница, талия; 2. позвоночный хребет; 3. заступ, железная лопата;

    Azərbaycanca-rusca lüğət / bel
  • 2 1 I сущ. 1. спина. Əllərini belinə qoymaq заложить руки за спину, belinə yükləmək взвалить на спину, belində daşımaq таскать на спине; belini düzəltmək распрямить спину 2. талия; bel ağrısı мед. люмбаго, прострел 3. поясница 4. nəyin седловина чего. Dağın beli седловина горы 5. строит. конёк II прил. 1. спинной. Bel tikişi бот. спинной шов, bel süzgəci зоол. спинной плавник; биол. bel sümüyü спинная кость, bel sütunu спинной хребет, позвоночник 2. поясничный. мед. Bel punksiyası поясничный прокол, люмбальная пункция, bel kələfi поясничное сплетение, bel fəqərələri поясничные позвонки, bel dəbəliyi поясничная грыжа, bel sinirləri поясничные нервы; beli bükülmək: 1. постареть; 2. испытать большое несчастье, горе; beli qırılmaq (sınmaq) см. beli bükülmək (в 1 зн.); belini çəkmək: 1. подпоясываться, подпоясаться; 2. подтягивать, подтянуть, подпоясывать, подпоясать роженицу, чтобы вызвать роды (делают знахари); belini düzəltmədən işləmək работать, не разгибая спины; belindən gələn kimin рождённый кем (о мужчине); bel bağlamaq kimə 1. возлагать надежды на кого, питать надежду, делать ставку на кого, на что, ввериться, верить кому, чему 2. надеяться на кого, на что; belinə mindirmək kimi подставлять, подставить спину кому; belini qırmaq (sındırmaq) kimin сделать кого несчастным, причинить тяжкое горе, убить горем, нанести чувствительный ущерб (удар) кому 2 сущ. 1. лопата, лопатка. Belin sapı ручка лопаты, dəmir bel железная лопата, bel ilə yer qazmaq копать землю лопатой 2. заступ (большая железная лопата, употребляемая на земляных работах) ◊ əlinə bel vermək kimin шутл. разжигать, разжечь страсти; вовлекать, вовлечь кого-л. в скандал, подстрекать к чему-л.

    Azərbaycanca-rusca lüğət / bel

bel sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. waist; incə ~ slender waist; bir kəsin ~ini qucmaq to put* one’s arms round smb.’s waist; 2. anat. spine, backbone, vertebral column; 3. back; ~ini əymək to bend* one’s back; ~ində on one’s back; ~ində daşımaq to carry smth. on one’s back; ~ini sındırmaq / qırmaq 1) to break* one’s backbone; 2) məc. to cause heavy damage to smb., to give* a great trouble to smb., to make* smb. unhappy / unfortunate; ~ bağlamaq to rely (on), to believe (d.) II. s. spinal, dorsal; ~ üzgəci (balıqda) dorsal fin; ~ sütunu spinal column, backbone spine; ~ sümüyü backbone III. i. (alət) spade

    Azərbaycanca-ingiliscə lüğət / bel

bel sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. 1) dos m ; taille f ; incə ~ taille fine ; bir kəsin ~ini qucmaq prendre (serrer) bien la taille de qn ; prendre qn par la taille ; 2) anat. colonne f vertébrale ; 3) reins m pl, lombes m pl ; ~ini əymək courber le dos ; ~ində sur le dos ; ~ində daşımaq porter qch sur le dos ; ~ini sındırmaq (qırmaq) 1) casser les reins de qn ; 2) məc. causer les dommages à qn, lui porter de grandes troubles ; rendre malheureu//x, -se qn ; ~ bağlamaq 1) placer ses espérances en qn ; miser sur qn ; 2) sif. anat. spinal, -e dorsal, -e ; ~ üzgəci (balıqda) nageoire f dorsale ; ~ sütunu épine f dorsale ; ~sümüyü échine f ; colonnes f vertébrale 3) (alət) bêche f ; pique m

    Azərbaycanca-fransızca lüğət / bel

bel sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ппер (яргъи тум галай ччил эгъуьндай алат); dəmir bel ракьун пер; ** əlinə bel vermək пер. гъиле пер вугун, худугун, гьалдарун, гьавалатун.

    Azərbaycanca-ləzgicə lüğəti / bel
  • 2 сущ. 1. юкь (бедендин юкь, чӀул кутӀундай чка); incə bel шуькӀуь юкь; beli ağrımaq юкь тӀа хьун; 2. юкь, далу (инсандин ва бязи гьайванрин руфунин кьулухъ пад, къуьнеринни сагъридин арада авай пай); əyri bel какур юкь; // юкьван, кьулан; bel sütunu анат. юкьван ттар, кьулантар; 3. пер. кьакьан дагъдин кьве пелен арада авай алгъай хьтин чка; аскӀан улам; 4. пер. къвал-къерех, невегьар, элкъвер; ** bel bağlamaq далу кутун (акалун), чӀалахъ хьун, агъун, ихтибар авун, архайин хьун; beli bükülmək а) юкь какун, юкь алгъун, кьуьзуь хьун; б) кил. beli sınmaq; beli sınmaq (qırılmaq) пер. юкь хун, сед хьун, гуч хьун, бедбахт хьун; belini bükmək пер. юкь какурун (алгъурун), кьилел мусибатар, бедбахтвилер атуникди кьуьзуь хьун, руьгь къарсун; belini sındırmaq (qırmaq) пер. юкь хун, сед авун, бедбахт авун, гзаф азабдик кутун, къарсурун.

    Azərbaycanca-ləzgicə lüğəti / bel

bel sözünün türk dilinə tərcüməsi

"bel" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bel nədir? #bel sözünün mənası #bel nə deməkdir? #bel sözünün izahı #bel sözünün yazılışı #bel necə yazılır? #bel sözünün düzgün yazılışı #bel leksik mənası #bel sözünün sinonimi #bel sözünün yaxın mənalı sözlər #bel sözünün əks mənası #bel sözünün etimologiyası #bel sözünün orfoqrafiyası #bel rusca #bel inglisça #bel fransızca #bel sözünün istifadəsi #sözlük