* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 1, 812.43 |
2003 | •••••••••••••••• | 1, 376.32 |
2004 | •••••••••••• | 1, 028.15 |
2005 | •••••••••••••• | 1, 186.95 |
2006 | ••••••••••• | 939.47 |
2007 | •••••••••• | 835.14 |
2008 | •••••••• | 698.94 |
2009 | ••••••••••••• | 1, 153.80 |
2010 | •••••••••••••• | 1, 257.75 |
2011 | •••••••••••••• | 1, 208.11 |
2012 | ••••••••••••• | 1, 136.77 |
2013 | ••••••••••••••••••• | 1, 660.33 |
2014 | •••••••••••••••• | 1, 399.66 |
2015 | ••••••••••••••• | 1, 353.64 |
2016 | ••••••••••• | 985.88 |
2017 | •••••••••• | 897.81 |
2018 | ••••••••••• | 947.94 |
2019 | ••••••••••• | 962.22 |
2020 | ••••••••••••• | 1, 094.28 |
1 əvəz. 1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz. – Fikirləşirəm, … axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. M.Ə.Sabir. [Suraxanski:] Mən heç vaxt … demərəm ki, məni tərif et. Belə təvəqqe ancaq mənə əskiklik gətirib, mənim şənimə toxunar. Ə.Haqverdiyev. // Bu qədər, bunca. Belə gec niyə gəldin? – Sən ki bu qaydada belə gözəlsən; Yoxdu gözəllikdə sənə tay, gözəl. Aşıq Abbas. [Kərbəlayı Rəcəb:] Hacı, dərdin alım, nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov. 2. “Hətta” mənasında bağlayıcı kimi işlənir. Firidun sual belə vermədən xarabaya girdi. M.İbrahimov. Beş dəqiqə belə keçməmiş asfaltlı yolda təzəcə abı rəngə boyanmış … maşın göründü. M.Hüseyn. Burada ağaclar belə sınmış, bağçalar qurumuş, … heyvanlar belə sanki qaçıb bu kənddən uzaqlaşmışdılar. Ə.Məmmədxanlı. 3. Bu boyda, bu yekəlikdə. Belə ağacın başına qalxmaq çətindir. 4. dan. Bu tərəfə, bu yana, o tərəfə, o yana. Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi. 5. “Bundan”, “bu gündən” sözləri ilə bərabər: bundan sonra, bundan etibarən, başlayaraq. Bundan belə mən sizə gəlməyəcəyəm. – Nə yaraşır sana, divanə könül; Həmdəm olmaq yara bu gündən belə. Q.Zakir. 6. Yalnız cəm şəklində: belələr(i) – bu cür adamlar. Belələrinə söz kar eləmir. M.Hüseyn. 7. Qoşa şəkildə: belə-belə – bax belə 1-ci mənada. Bizə belə-belə adamlar lazım deyil. C.Məmmədquluzadə. Belə-belə fikirlər Rüstəm bəyi artıqlığınca məşğul edirdi. Çəmənzəminli. Sən belə-belə işlərə qarışmasan, yaxşıdır; özüm bilərəm. Ə.Əbülhəsən. 8. “Ki” bağlayıcısı ilə: belə ki (əski forması “belə kim”) – nəticə bildirən qovuşuq cümlələri birləşdirən bağlayıcı yerində işlənir (“buna görə də” mənasında). Belə kim mən görürəm dilbərimin, qəmzəsini; Öldürür aşiqi-sərgəştəni mərdanə bu gün. Reyhan xanım. ◊ Belə ha – tərif, bəyənmə mənasında işlənən nida. Bir qarı fəxrlə dedi: – Belə ha!… Deyəsən, bu gündən belə xəstəni xəstəxanaya çalğı ilə aparacaqlar. “Kirpi”. Elə belə – 1) nə yaxşı, nə pis, babat, miyanə, orta; 2) müəyyən məqsədsiz, qərəzsiz, bikarçılıqdan. Elə belə tində durmuşdum. – [Qaçay:] Elə belə demək istəyirsənsə, de. Z.Xəlil.
Azərbaycan dilinin izahlı lüğəti / belə1 Bu sözün əsli bulayu olub və “bu sayağı” deməkdir. Tatar dilində həmin kəlmə bolay kimi işlədilir, əslini bir qədər hifz edə bilib. Elə sözü də “olayu” (o sayaq) deməkdir. -layu şəkilçisi müstəqil söz olan yalı kəlməsinin zəminində yaranıb. Kənd yerlərində ilana bənzər ot taylarına “ilanyalı taya” deyirlər. Deməli, yalı sözü layu formasına düşüb, o da öz növbəsində şəkilçiləşib: elə, belə sözlərindəkindən fərqli olaraq –layu şəkilçisi ov, öv kimi də formalaşıb: gözayu dönüb olub kösöv, oxlayu dönüb olub oxlov və s. Belə enklitik sözlər sırasına daxildir, yəni özündən əvvəlki söz məntiqi vurğu qəbul edir (bununla belə...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / belə1 BELƏ [Suraxanski:] Belə təvəqqe ancaq mənə əskiklik gətirib, mənim şənimə toxunar (Ə.Haqverdiyev); BU CÜR Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qaçar (C.Məmmədquluzadə); BU QAYDA İLƏ Rəis bu qayda ilə bir xeyli gəzindi. Sonra kürsünü çəkib direktorla üz-üzə oturdu (İ.Şıxlı); BU SAYAQ ..bu sayaq güləşmək olmaz... (H.Abbaszadə); BU TƏRZDƏ.
Azərbaycan dilinin sinonimlər lüğəti / belə1 BELƏ I əvəz. İşarə mənasında işlədilən əvəzlik. O belə adamlara həmişə hörmət etməyi sevirdi (Ə.Vəliyev). BELƏ II ədat Qüvvətləndirici mənasında işlədilir. O, Pərşanı incidə biləcək bir kəlmə belə dilinə gətirmədi (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / belə2 1 I мест. 1. такой. Belə adamlar такие люди, belə işlər такие дела, belə (bir) şayiə yayılıb ki, … распространился такой слух, что, … belə (bir) vəziyyət yarandı ki …, создалось такое положение, что …, belə (bir) nəticə çıxarmaq olar можно сделать такой вывод, belədir таков. Adət belədir таков обычай, mənim taleyim belədir такова моя судьба 2. такой же. Belə günlərin birində в один из таких же дней 3. в сочетании с bir: belə bir подобный, такого рода. Belə bir şəraitdə в подобных условиях, belə bir yarışda в подобного рода соревновании II нареч. 1. так. Belə işləmək olmaz так работать нельзя, belə də oldu так оно и вышло, birinci gün belə başlandı так начался первый день. Məruzə belə adlanırdı доклад назывался так, belə deyirlər так говорят, belə çıxır ki … выходит так, что 2. очень, до того (употребляется при прилагательных). Belə qəşəng idi ki … до того была красива, что … belə dadlı idi ki … до того было вкусно, что … III част. даже. Qulaq asmaq belə istəmirdi не хотел даже слушать, fikirləşmək belə istəmirdi даже думать не хотел, cavab belə vermədi даже не ответил IV в знач. сущ. во мн. ч. belələri такие. Belələrindən deyil он не из таких, belələri var есть такие, belələrinə də təsadüf olunur встречаются и такие, belələrini görmüşük видали мы таких ◊ belə de! вот как, вот оно что! belə deyil это не так; qoy belə olsun пусть будет так; belə isə если так; belə niyə? почему так? зачем так?; bununla belə вместе, с тем, наряду с тем; belə etmək əvəzinə вместо того, чтобы сделать так; belə olmaz так нельзя; belə yaramaz так не пойдёт, так не годится; belə olduqda в таком случае; belə olsa если будет так; belə (olan) halda в таком случае; belə söylə см. belə de; belə ki так что; belə də iş олар? так разве можно?! чёрт знает что, хорошенькое дело; belə olsa dərd yarıdır это еще полбеды; elə belə: 1. так себе, неплохо; 2. просто так, от нечего делать 2 нареч. 1. употребляется жестом, указывающим направление – сюда, в эту сторону; туда, в ту сторону. Belə gedirəm иду в эту сторону 2. в сочет. bundan, bu gündən. Bundan belə после этого, bu gündən belə с сегоднашнего дня, отныне
Azərbaycanca-rusca lüğət / belə1 I. əv. such; (sifətdən əvvəl) so; ~ adam such a man*, d.d. a man* such as that; a man* like that; ~ kitablar such books; ~ maraqlı film so interesting a film, such an interesting film; ~ dərin fikirlər such profound thoughts, thoughts so profound; ~ halda in that case, if that is so II. z. so; thus, like this / that; Bütün həftə belə keçdi The whole week passed thus / like that; Qoy belə qalsın Let it remain as it is; Let it be so III. əd. even; hətta ~ even if; O, qulaq asmaq belə istəmirdi He didn’t want even to listen
Azərbaycanca-ingiliscə lüğət / belə1 1) əv. tel, -le (isimdən əvvəl) ; aussi, si (sifətdən əvvəl) ~ adam un tel homme ; ~ kitablar de tels livres ; ~ dərin fikirlər de telles idées intéressantes ; ~ halda dans un tel cas ; 2) zərf. ainsi ; de telle manière ; de cette façon ; bütün həftə belə keçdi toute la semaine a passé de cette manière ; Qoy belə qalsın Qu’il reste ainsi, Qy’il en soit ainsi ; 3) əd. même si ; quand ; lors même que ; hətta ~ même si cela
Azərbaycanca-fransızca lüğət / belə1 тӀв.-эв. 1. ихьтин; и жуьре, и саягъ; икӀ(а); 2. икьван, и кьадар; belə gec niyə gəldin? вун икьван геж вучиз атана?; 3. -ни, гьатта манада (союз); 4. ихьтин, икьванвай, икьван чӀехи, икьван зурба; 5. рах. икӀа, инихъ, и патахъ, ибалди; анихъ, а патахъ, абалди; * “bundan belə”, “bu gündən belə” идалай кьулухъ, къенлай (къедлай) кьулухъ; belələr(i) гз. ихьтинбур, и жуьредин инсанар; belə-belə кил. belə 1); belə ki гьа икӀ(а), гьавиляй, гьакӀ хьайила; belədən-belə инихъай-анихъ, са патай муькуь патаз, и патай а патаз; elə belə а) са бубат, са жуьре; я хъсан, яни пис тушиз, юкьван гьалда; б) гьакӀ(а), са макьсад авачиз, бекарвиляй, са савда хьуй лагьана.
Azərbaycanca-ləzgicə lüğəti / belə