Nikolay Beketov
Nikolay Nikolayeviç Beketov (13 yanvar 1827, Sankt-Peterburq – 13 dekabr 1911, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) – rus kimyaçısı, fiziki kimyanın qurucularından biri
Nikolay Nikolayeviç Beketov Penza əyalətinin Yeni Beketovka kəndində anadan olmuşdur. 1-ci Peterburq Gimnaziyasında təhsil almışdır; 1844-cü ildə Sankt-Peterburq Universitetinə daxil olmuş, lakin üçüncü kürsdan Qazan Universitetinə keçmiş və 1849-cu ildə oranı bitirmişdi. 1849–1853-cü illərdə Beketov Sankt-Peterburqda Tibbi Cərrahiyə Akademiyasında N. N. Zininin kimya laboratoriyasında çalışmışdı. 1854-cü ildə Beketov kimya üzrə magistr dərəcəsi almış, 1855-ci ildə Xarkov Universitetinin kimya kafedrasına köməkçi təyin olunmuş və 1859-cu ildə isə orada kimya professoru olmuşdu. Xarkovda Beketov 1886-cı ildə Sankt-Peterburq Elmlər Akademiyasının akademiki seçilənədək işləmişdi. 1886-cı ildə Beketov Sankt-Peterburq şəhərinə köçmüş, orada kimya laboratoriyasında çalışmış və ali qadın kurslarında dərs demişdi. 1890-cı ildə o, Moskva Universitetində "Termokimyanın əsas prinsipləri" kursu üzrə mühazirə oxumuşdu. Beketov bir neçə dəfə Rusiya Fizika-Kimya Cəmiyyətinin (1889–1890, 1896–1897, 1900, 1902, 1903, 1911) prezidenti seçilmişdi.
Elmi fəaliyyətinin əvvəlində Beketov üzvi kimya sahəsində çalışmışdı. Zininlə birlikdə o, üzvi maddələrin yüksək temperaturda davranışını araşdırmışdı.