BƏK sözü azərbaycan dilində

BƏK

Yazılış

  • BƏK • 34.2466%
  • Bək • 34.2466%
  • bək • 31.5068%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aişə binti Əbu Bəkir
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.
Aişə binti Əbu Bəkr
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.
Elza Bəkirova
Hacı Bəktaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bəktaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Müşfiq Bəktiyev
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, ərəb. محمد بن أبي بكر‎) — Xəlifə Əbu Bəkr əs-Siddiqin və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi. Əbu Bəkrin vəfatından sonra dul qalmış həyat yoldaşı, Məhəmmədin anası Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri oğlu kimi böyüdür. Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu. Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hakimi İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir.
Nazan Bəkiroğlu
Nazan Bəkiroğlu — Türk yazıçı, akademik. 3 May 1957-ci ildə Trabzonda dünyaya gəlib. Ədəbiyyatçı ailənin üç uşağından ən kiçiyidir. Atası "Hədəf" adlı kiçik qəzetin sahibi olub. 14 yaşında atasını itirib. Sonradan. Atası "Bir sızı var" adlı hekayəsinin qəhrəmanı olmuşdur. İlk və orta təhsilini Trabzonda alıb. Ali təhsilini Ərzurumda Atatürk universitetinin Ədəbiyyat fakültəsi türk dili və Ədəbiyyat bölümünü bitirib (1979-cı il). Ali məktəbdə xalq yaradıcılığına maraq göstərib.
Nicat Bəkirzadə
Nicat Bəkir oğlu Bəkirzadə (d. 29 aprel 1934) — quruluşçu rejissor, aktyor və ssenarist, əməkdar incəsənət xadimi. Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. 1973-cü ildə ÜDKİ-nun rejissorluq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlərin quruluşunu verib. Azərbaycanın əməkdər incəsənət xadimi fəxri adına layiq görülüb. Arxadan vurulan zərbə (film, 1977) Bakı. Portretə yeni ştrixlər (film, 1979) Başdan ayağa (film, 1973) Batmış şəhərin axtarışında (film, 1987) Bizi bağışlayın (film, 1979) Böyük İpək Yolunda (film, 1986) Ceyrançöl (film, 1974) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəmşid Naxçıvanski (film, 1982) Çətirimiz buludlardır (film, 1976) Daş saat (film, 1975) Daşlar danışanda (film, 1976) Əla kəsici (film, 1975) Əlavə iz (film, 1981) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Geriyə baxmağa dəyər (film, 1985) Güman (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər: İnsanlar və neft (film, 1983) İçəri şəhər (film, 1978) İş günündən sonra (film, 1983) Kamillik (film, 1979) Qəhrəman ana (film, 1990) Maqarıç (film, 1973) Mən Bakıda yaşayıram (film, 1986) Nə vaxta qədər?
Pir Bəkran
Pir Bəkran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Pir Bəkran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,851 nəfər və 2,934 ailədən ibarət idi.
Pir Bəkran məqbərəsi
Pir Bəkran məqbərəsi (fars. آرامگاه پیربکران‎) —İranda yerləşən Azərbaycan Atabəylər dövləti zamanında tikilmiş abidədir. Məqbərə Fəlavərcan rayonunun Pirbəkran bölgəsində, şəhərin mərkəzi hissəsində yerləşir. Abidə 23 dekabr 1931-ci ildə 101 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məqbərə Azərbaycan memarlığı üslubunda tikilmişdir.
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Teymur Bəkirzadə
Teymur Bəkir oğlu Bəkirzadə (14 sentyabr 1941, Bakı – 21 sentyabr 1995) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991). Teymur Bəkir oğlu Bəkirzadə 14 sentyabr 1941-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir. Rejissor 1995-ci ildə vəfat edib. Mərhum səs operatoru Bəkir Bəkirzadənin atasıdır. "Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. 1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb. Son filmi "Ləqəbi "İKA"dır" tammetrajlı bədii filmini tamamlamadan vəfat etmişdir. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 fevral 1991 "Dissonans" filminə görə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medal (1979) "Dissonans" filminə görə Aşqabadda XII Ümumittifaq kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu (1979) "Dissonans" filminə görə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizi (1980) "Dissonans" filminə görə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medal (1982) "Polad adalar" filminə görə Alma-Atada XIX Ümumittifaq kinofestivalında Diplom (1986) Rejissor kimi Toğrul Nərimanbəyov (film, 1966) (qısametrajlı sənədli film) Dənizdə şüa (film, 1967) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film) Güləş (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (çoxseriyalı sənədli film) (4-cü seriya) Şərqdə birinci (film, 1970) (qısametrajlı sənədli film) Fəhlə Gülbala Əliyev (film, 1971) (qısametrajlı sənədli film) Arzu (film, 1972) Bakı-Neapol qardaşdırlar (film, 1972) (qısametrajlı sənədli film) Rəqiblər (1974) (qısametrajlı bədii film) Çətin yol (film, 1975) (qısametrajlı sənədli film) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film) Dissonans (film, 1978) (qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979) (qısametrajlı sənədli film) Yol əhvalatı (film, 1980) (tammetrajlı bədii film) Harri Qasparov.
Təbriz Bəkirov
Təkirdağlı Bəkri Mustafa Paşa
Təkirdağlı Bəkri Mustafa Paşa (ö. yanvar 1690) — II Süleyman dövründə ümumilikdə 1 il 5 ay 23 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704(haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1, 8, 9-11; Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 109, 121, 167, 168 vd., 191, 219, 233, 245, 288-341, 343-344, 346, 357, 428, 576, 587; Silâhdar Mehmed Ağa, Zeyl-i Fezleke (haz. Nazire Karaçay Türkal, doktora tezi, 2012), MÜ Türkiyat Araştırmaları Enstitüsü, tür.yer.; Hadîkatü’l-vüzerâ, s. 114-116; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 170-187, 420; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 48; Râşid Mehmed Efendi – Çelebizâde Âsım Efendi, Târîh-i Râşid ve Zeyli (haz.
Yasər Bəkirov
Bəkir Coşqun
Bəkir Coşqun (1945, Şanlıurfa – 18 oktyabr 2020, Ankara) - Türkiyəli jurnalist, yazıçı == Həyatı == Bəkir Coşqun 1945-ci ildə Türkiyənin Şanlıurfa bölgəsində məmur bir atanın övladı olaraq dünyaya gəlib. İlk, orta və lise təhsilini Şanlıurfada alıb. Ali təhsilini Ankarada Başkent Jurnalistika Özəl Məktəbində bitirib. Daha sonra 1974-cü ildə foto müxbiri olaraq işə başlayıb. O, polis müxbiri və parlament müxbiri kimi də çalışıb. 1978-ci ildə “Günaydın” qəzetində keçib. Bu qəzetdə “Doqquzuncu kənd” adlı köşəsində fəaliyyət göstərib. 1987-ci ildə isə “Sabah” qəzetində “Onuncu kənd” başlıqlı köşədə yazmağa başlayıb. 1993-cü ildə “Hürriyyət” qəzetində işini davam etdirib. Onun dörd kitabı işıq üzü görüb: “Dövlət”, “Vəkilimi istəyirəm”, “Pakoya məktublar” və “Mən Pako”.
Bəkubə
Bakubə (ərəb. بعفوبة‎) — İraqın Diyalə mühafazasında şəhər.
Əbu Bəkr əs-Səqəfi
Əbu Bəkr əl-Səqəfi (ərəb. أبو بكرة الثقفي‎) — daha çox Nufey ibn əl-Haris (ərəb. نُـفَـيْـع ابْـن الْـحَـارِث‎) olaraq da tanınaraq Nafi ibn əl-Harislə ögey qardaş idi. O, hərbi səfər zamanı başqa bir İslam sərkərdəsi əl-Muğirə ibn Şubə ilə mübahisəsi ilə tanınır. Digər mənbələr onu Ziyad ibn Əbihinin qarın qardaşı kimi təsvir edir.
Elsevər Bəkirzadə
Elsevər Bəkirzadə - Azərbaycanlı peşəkar futbolçu. == Karyerası == Elsevər Bəkirzadə Zahir oğlu 1995-ci ilin 27 iyul tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Futbola 2002-ci ildə Mingəçevir Uşaq Gənclər İdman Məktəbində başlamışdır. 2002-2007-ci illərdə Mingəçevirdə futbolla məşğul olduqdan sonra, 2007-ci ildə "Qarabağ"ın aşagı yaş qruplarına qatılıb. 2009-cu ildən Qəbələ futbol Akademiyasına seçilib. "Qəbələ"nin aşağı U15 və U17 yaş qruplarında əvəzedici ve əsas heyətində mübarizə aparmışdır. "Qəbələ" ilə 2009-2010-cu ildə 17 yaşlıların ölkə çempionatında çempionluq ve həmçinin 2011-2012-ci illərdə "Qəbələ"nin əvəzedici heyəti ilə brünc medallara layiq görülüb. 2014-ci ildə "Xəzər Lənkəran"a klubunda keçid edib. 2015-ci ildə "Xəzər Lənkaran"ın əsas heyəti ilə birlikdə qış təlim-məşq toplanışını keçirmək üçün Türkiyəyə yollamışdır. 2015-ci ildə "Xəzər Lənkəran"dan ayrılaraq 1-ci Divizonda mübarizə aparan "Şəmkir" klubunda forma geyinmişdir.
Lətifə Bəkir Çeyrəkbaşı
Lətifə Bəkir Çeyrəkbaşı və ya Mustafa Kamal Atatürkün verdiyi soyadla Lətifə İşıkdoğdu (türk. Latife Bekir Çeyrekbaşı; Latife Işıkdoğdu; 1901, Konstantinopol – 23 sentyabr 1952, İstanbul) — Osmanlı-Türkiyə maarifçisi, siyasətçi və qadın hüquqları müdafiəçisi. XX əsrin birinci yarısında Türkiyədə feminist hərəkatın aparıcı simalarından biri olan Lətifə Bəkir 1923-cü ildə qurulan Xalq Partiyasının və onun davamçısı Türk Qadınlar Birliyinin qurucu və idarə heyətinin üzvü idi. (TKB). O, 1946-cı il Ümumi Seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) İzmir millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olub. Babası Osmanlı imperiyası Xalq Maarif Nazirlərindən Əbdüllatif Sufi Paşa, əmisi isə Cümhuriyyət dövrünün Milli Maarif Nazirlərindən biri, yazıçı və ədəbiyyat adamı Həmdullah Sübhi Tanrıövərdir. Nəvəsi Səma Çeyrekbaşıoğlu teatr və kino aktrisasıdır. == Həyatı == === İlk illəri və təhsili === Lətifə Xanım 1901-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulda anadan olub. Atası, keçmiş Maarif Nazirlərində, Meşə və Mədən Müdiri Əbdüllatif Sufi Paşanın oğlu, Kocamemi ailəsinin üzvü Yusuf Kamil bəy, anası isə İkinci Məşrutiyyət dövründə Saloniki və İstanbulda qadın dərnəklərində fəallıq göstərən Nəsimə xanımdır. Lətifə xanım evlərində ərəb və fars ədəbiyyatı, elm və dil kursları, eləcə də klassik Osmanlı-türk ədəbiyyatı dərsləri alaraq böyüyüb.
100 ilin astanasında (Teymur Bəkirzadə filmi)
Ramiz Bəkirov
Ramiz Alı oğlu Bəkirov (tam adı:Bəkirov Ramiz Alı oğlu;) — Gürcüstanın parlamentinin deputatı (1995-2004) Bəkirov Ramiz Alı oğlu 9 iyul 1956 – cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Kvemo- Bolnisi ( Kəpənəkçi) kəndində kəndli ailəsində anadan olub. 1973 – ci ildə Həmin kəndə olan orta məktəbi bitirib. 1973- 1977 – ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix Fakültəsində təhsil alıb. 1977 – ci ildə Bakalavr təhsilimi başa vurub. 1977 – ci ilin avqust ayından noyabr ayına qədər Quba şəhəri 103 nömrəli Texniki Peşə məktəbində müəllim işləyib. 1977 – ci ilin noyabrından – 1979- cu ilin iyuluna qədər Sovet Ordusu sıralarında xidmət edib. 1979 – cu ilin sentyabrından - 1980 – ci ilin 1 oktyabrına qədər Kvemo- Bolnisi kənd məktəbində Tarix müəllimi kimi fəaliyyət göstərib. 1980 – 1989 – cu illərdə LKGİ (Lelin Komunist Gənclər İttifaqı) Bolnisi rayon komsomol komitəsində Komsomol təşkilatının katibi , 2-ci katib vəzifələrində çalışıb. 1989- cu ilin sentyabr ayından 1991- ci ilin noyabr ayına qədər Kvemo Bolnisi Üzümçülük Solxozunun Direktor müavini vəzifəsində çalışıb. 1991- ci ilin noyabrından 1994 – ci ilin noyabrınadək Kvemo Bolnisi Kənd məclisinin katibi kimi fəaliyyət göstərib.

bək sözünün leksik mənası və izahı

"bək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bək nədir? #bək sözünün mənası #bək nə deməkdir? #bək sözünün izahı #bək sözünün yazılışı #bək necə yazılır? #bək sözünün düzgün yazılışı #bək leksik mənası #bək sözünün sinonimi #bək sözünün yaxın mənalı sözlər #bək sözünün əks mənası #bək sözünün etimologiyası #bək sözünün orfoqrafiyası #bək rusca #bək inglisça #bək fransızca #bək sözünün istifadəsi #sözlük