BƏƏ sözü azərbaycan dilində

BƏƏ

Yazılış

  • BƏƏ • 99.8601%
  • bəə • 0.1049%
  • Bəə • 0.0350%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (Ərəbcə: الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
BƏƏ coğrafiyası
== Sahəsi və sərhədləri == Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
BƏƏ dirhəmi
BƏƏ dirhəmi (Ərəbcə: درهم; ISO 4217: AED) - Birləşmiş Ərəb Əmirliklərində istifadə edilən rəsmi pul vahididir. 1 BƏƏ dirhəmi təqribən 100 filsə bərabərdir. BƏƏ dirhəmi Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 BƏƏ dirhəmi = 0.272246 ABŞ dolları.
BƏƏ iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
BƏƏ tarixi
== Qədim dövr == Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır. Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin yüksək mədəniyyətə malik olduqlarını sübut edir. Şarja şəhərinin yaxınlığındakı Cəbəl Fəya düşərgəsi bu məmləkətin ulu tarixini bir daha sübut edir. Maraqlıdır ki, Cəbəl Fəyadan insan sümükləri tapılmayıb. == Orta əsrlər tarixi == XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır. 1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan sahillərində Portuqaliya ağalığını bərqərar etdi. Lakin Osmanlı imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və Niderland meydana çıxır. İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və 1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq məntəqəsi olan Hörmüzü tuta bilmişdir.
BƏƏ şəhərləri
BƏƏ şəhərləri:
Azərbaycan–BƏƏ münasibətləri
Azərbaycan–BƏƏ münasibətləri — Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir ki, həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir. Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisidir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Ələkbərov olmuşdur.
BƏƏ-də təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
BƏƏ şəhərlərinin siyahısı
BƏƏ şəhərləri:
BƏƏ–Ermənistan münasibətləri
BƏƏ—Ermənistan münasibətləri — BƏƏ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın səfirliyi Əbu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi isə İrəvanda yerləşir. == Tarix == === Qarabağ münaqişəsi və əlaqələrin qurulması === Ermənistan 1991-ci ildə müstəqillik qazandıqda, Dağlıq Qarabağdakı qanlı müharibəyə qatılır. Bu səbəbdən o dövrdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mövqeyini dəstəkləyərək, iki ölkə arasında rəsmi münasibətlər qurmur. Bunu 2018-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar ramanı BƏƏ-nin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan etməsi təsdiqləyir. Buna baxmayaraq Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan hələ də rəsmi diplomatik münasibətlər qurulur. === Türkiyəyə qarşı ittifaq === Son illərdə Rəcəb Tayyib Ərdoğanın başlatdığı Türkiyə nüfuzunun yüksəlməsi meyilləri səbəbindən BƏƏ və Ermənistan arasındakı münasibətlər xeyli yaxşılaşır. Birləşmiş Ərəb Əmirlikləri Türkiyə ambisiyalarına düşməndir. İki ölkə Suriya, Sudan və Liviya üzərindəki nüfuz uğrunda mübarizə aparırlar. Qondarma Erməni Soyqırımı məsləsi səbəbindən isə Ermənistanın Türkiyə ilə münasibətləri yaxşı deyil.
BƏƏ–Qazaxıstan münasibətləri
Qazaxıstan–BƏƏ münasibətləri — Qazaxıstan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1 oktyabr 1992 -ci ildə qurulmuşdur. Qazaxıstan Respublikasının BƏƏ-dəki səfirliyi 2006 -cı ilin sentyabrında açılmışdır. Qazaxıstan Respublikasının Dubaydakı Baş Konsulluğu 1997 -ci ildən fəaliyyət göstərir. 2013-cü ilin oktyabr ayından M. Menilbekov Qazaxıstan Respublikasının BƏƏ-də fövqəladə və səlahiyyətli səfiridir. BƏƏ-nin Astanadakı səfirliyi 2005-ci ilin oktyabr ayından fəaliyyət göstərir. 27 dekabr 2016-cı ildən BƏƏ-nin Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Sultan İsa əl-Cabirdir. == Tarixi == Qazaxıstan ilə BƏƏ arasındakı münasibətlər qarşılıqlı anlaşma və etimad mühitində inkişaf edir. Bu, ən yüksək və yüksək səviyyədə təmasların müsbət dinamikası ilə dəstəklənir. Qazaxıstan Respublikasının Prezidenti NA Nazarbayevin BƏƏ -yə rəsmi və işgüzar səfərləri (1998, 2000, 2004, 2005, 2006, 2008, 2009, 2010, 2011, 2012,) nəticəsində ikitərəfli əlaqələrin möhkəm təməli qoyulmuşdur. 2013, 2014, 2016, 2017).).), Həmçinin BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın 2008 -ci ildə Qazaxıstana cavab rəsmi səfəri və 2004, 2006, 2007, 2009, 2010 -cu illərdə şəxsi səfərləri.
BƏƏ–Qətər münasibətləri
BƏƏ–Qətər münasibətləri — Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən BƏƏ də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
BƏƏ–Suriya münasibətləri
BƏƏ—Suriya münasibətləri — BƏƏ və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. BƏƏ-nin Dəməşqdə, Suriyanın Əbu-Dabidə səfirliyi və Dubayda baş konsulluğu vardır. == Tarix == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayır. 25 sentyabr 2013-cü il tarixində BƏƏ Xarici İşlər Naziri Abdullah bin Zayed əl-Nahyan ölkəsinin suriyalılara və onların dövlətlərinə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün qanuni istəklərinə dəstək verməyə davam edəcəyini bildirir. Lakin BƏƏ Bəşər Əsəd hökumətini dəstəkləməkdə fəal olmur. 13 yanvar 2014-cü il tarixində Dubay əmiri, Baş nazir və BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum ölkənin başında Əsədlə müharibəni bitirmək üçün uzunmüddətli bir həll ola bilməyəcəyinə dair mövqeyini dilə gətirir və Suriya prezidentinin nəticədə hakimiyyəti itirəcəyini bildirir. BƏƏ-nin Suriya münaqişəsi ilə bağlı mövqeyi Səudiyyə Ərəbistanı və ya Qətərdən fərqli olaraq "daha az aqressiv", lakin Misirdən fərqli "Əsəd üçün əlverişsiz" olaraq xarakterizə edilir. . Buna baxmayaraq BƏƏ Suriyada Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən gələn üsyançı qrupların dəstəyini tənqid edərkən, sülh nizamlanmasının bir hissəsi olaraq, hakimiyyətdə qalan Əsədə açıq olduğunu göstərir. 2019-cu ilin yanvar ayının əvvəlində Suriyada səfirliyin açılışından sonra Emirates, FlyDubai və Etihad yenidən Suriyaya uçuş planlarını elan edir, lakin uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı heç bir açıqlama verilir. Suriya hökuməti ilə əlaqələri bərpa etmək məqsədilə BƏƏ 2019-cu ilin yanvarında Suriyanın ticarət nümayəndə heyətini qəbul edir.
BƏƏ–Türkiyə münasibətləri
BƏƏ–Türkiyə münasibətləri — BƏƏ və Türkiyə arasındakı ikitərəfli diplomatik münasibətlər. == Tarixi == Ölkələr geniş mədəni, hərbi və iqtisadi əlaqələrə malikdirlər. Lakin son illərdə münasibətlər xeyli pisləşmişdir. 2017-ci ilin may ayında BƏƏ-nin Amerika Birləşmiş Ştatlarındakı səfiri Yusif əl-Otayba, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanı BƏƏ və ABŞ üçün uzun müddətli təhlükə adlandırdı. 2017-ci ilin dekabr ayında BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed əl-Nahayyan Twitter səhifəsində Osmanlı generalının Mədinəni Osmanlı imperiyası dövründə qarət etdiyini yazdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab olaraq Abdullah bin Zayed əl-Nahayyanı təhrikçi biri olaraq, neft gəliri ilə şıltağ olaraq yetişən insan adlandırdı. BƏƏ-nin ali çinli diplomatı Ənvər Qarqaş məzhəbçi və fanatik düşüncənin Tehran və ya Ankara rəhbərliyini qəbul etməyən ərəb dünyası üçün məqbul alternativ olmadığına dair bir bəyanat verdi. 2018-ci ilin mart ayında Ənvər Qarqaş ölkələr arasında əlaqələrin yaxşı vəziyyətdə olmadığını söylədi və Türkiyəni ərəblərin suverenliyinə hörmət etməyə, qonşuları ilə müdriklik və rasionallıqla ünsiyyətə çağırdı. 2018-ci ilin may ayında Ənvər Qarqaş ərəb ölkələrini Orta Şərqdə Türkiyə və İran nüfuzunun artması təhlükəsi qarşısında birləşməyə çağırdı. == Misir böhranı == İki ölkə arasındakı diplomatik münasibətlər Misir böhranı və onun nəticələrinə dair fərqli fikirlərə görə pisləşdi: Türkiyə Müsəlman qardaşlarını dəstəkləyirdi.
BƏƏ İctimai Kitabxanası
Birləşmiş Ərəb Əmirliklərinin İctimai Kitabxanası (ərəb. دار الكتب الوطنية لدولة الإمارات‎) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində mədəniyyət mərkəzi. == Tarixi == BƏƏ İctimai Kitabxanasının fondlarında 1.000.000 nüsxə kitab saxlanılır. Onun yerləşdiyi binada konsert zalı və "Qasr Al Hosn" sərgi mərkəzi (eyni adlı qala ilə qarışdırılmamalıdır) yerləşir. Kitabxananın ərazisinə fəvvarə, ictimai və uşaq tamaşaları üçün amfiteatr və parkinq daxildir. Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin tabeliyinə daxil deyil (digər kitabxanalar kimi). Milli Kitabxananın binasının memarı 1976-cı ildə Beynəlxalq Dizayn Müsabiqəsində qalib olmuş Hişam N.Aşkuridir. Kitabxana binasının tikintisi 1981-ci ildə başa çatdırılmışdır. Ümumi tikinti dəyəri 56,1 milyon dollar təşkil edib. Bina BƏƏ mədəniyyətinə həsr olunmuş muzey və sərgi mərkəzi kimi xidmət edən Əl Hosn Qəsri adlı başqa binalar kompleksini yaratmaq üçün sökülüb.
Azərbaycan–BƏƏ futbol matçları
== Kişilər ==
BƏƏ-də ali təhsil
BƏƏ-də ali təhsil — Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil sistemi Birləşmiş Ərəb Əmirliklərində çox sayda ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlara lisenziyanı BƏƏ Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir. Bu ölkənin vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar. == Ali təhsil müəssisələri == === Dövlət === Ölkənin dövlət ali təhsil müəssisələrinin sırasına bu üç ali məktəb daxildir: Birləşmiş Ərəb Əmirlikləri Universiteti; Zayed Universiteti; Ali Texnologiya Kollecləri. === Özəl === Özəl ali təhsil müəssisələri arasında daha məşhur və nüfuzlu olanlar bunlardır: Şarcah Amerikan Universiteti; Dubay Amerikan Universiteti; Şarcah Universiteti; Acman Elm və Texnologiya Universiteti; Abu-Dabi Universiteti; Əl-Hosn Universiteti. BƏƏ-də ilk tibb məktəbi 1998-ci ildə təsis olunmuş və Acman Əmirliyində yerləşən Körfəz Tibb Universitetidir. Ölkədə fəaliyyət göstərən beynəlxalq özəl ali məktəblərin əksər hissəsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunur. BƏƏ-də hazırda bakalavriatura proqramı üzrə tədris aparan 17 beynəlxalq təhsil müəssisəsi var. Bu ali məktəblərin əksəriyyəti öz tədris proqramlarını Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı tərəfindən təsdiq etdirirlər.
Azərbaycan-BƏƏ futbol matçlarının siyahısı
== Kişilər ==
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının Birləşmiş Ərəb Əmirliklərindəki filialı. 1983-cü ildə Şeyx Zayd bin Sultan Al Nahyanın dəstəyi ilə yaradılmışdır. Təşkilatın əsas məqsədi BƏƏ-nin sərhədləri daxilində sistemli şəkildə Qırmızı Aypara cəmiyyətinin əməliyyatlarını həyata keçirtməkdir.
BƏƏ FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Birləşmiş Ərəb Əmirlikləri klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
BƏƏ–Türkmənistan münasibətləri
Türkmənistan–BƏƏ münasibətləri — Türkmənistan və BƏƏ arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlətlərarası əməkdaşlıq üçün hüquqi baza 28 sənədə əsaslanır. Hər iki ölkə BMT və İƏT-nin tam hüquqlu üzvləridir. Hazırda Türkmənistanın BƏƏ-dəki səfiri Orazmurat Qurbannazarovdur. BƏƏ-nin Türkmənistandakı səfiri Hassan Abdullah Əl-Adab Əl Zarounidir. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == Türkmənistan 10 oktyabr 1995-ci ildə BƏƏ ilə diplomatik əlaqələr qurmuşdur. Türkmənistanın BƏƏ-dəki səfirliyi 16 yanvar 2001-ci ildə Əbu-Dabi şəhərində açılmışdır. BƏƏ-nin Türkmənistandakı səfirliyi 20 avqust 2002-ci ildə Aşqabad şəhərində açılmışdır.
BƏƏ–İran münasibətləri
İran—BƏƏ münasibətləri — İran və BƏƏ arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1980-ci illərdə BƏƏ İran-İraq müharibəsində bitərəfliyini qoruyurdu. Bu münaqişə BƏƏ-də daxili bir gərginlik mənbəyi olur, çünki Əbu-Dabi İraqa dəstək verməyə meylli idi. Dubay İrana daha çox rəğbət bəsləyirdi. 1988-ci ildə müharibə bitdikdən sonra İran BƏƏ ilə xüsusi və dostluq münasibətləri qurmağa çalışır. 1992-ci ildə Körfəz müharibəsi bitdikdən sonra bölgədə ABŞ-nin hərbi mövcudluğuna qarşı çıxan İranla, ABŞ ilə danışıqlar aparan BƏƏ arasında münasibətlər pisləşir. 1992-ci ilə qədər BƏƏ İranın ərəb ölkələri arasında ən yaxın ticarət ortağı olur. Beləliklə 1992-ci ilin aprelində İran və Birləşmiş Ərəb Əmirlikləri arasında Fars körfəzindəki mübahisəli adalarla bağlı başlayan böhran gözlənilməz olur. Üç kiçik Əbumusa adası, Böyük və Kiçik Tunb adaları üzərində suverenlik mövzusunda İranla ərazi mübahisəsi iyirmi ildir qalır. 1992-ci ildə Əbumusadakı İran rəsmiləri BƏƏ-dən işçilərin adaya gəlməsinə icazə vermir ki, bu da ümumi suverenlik müqaviləsinə zidd idi.
BƏƏ–İraq münasibətləri
İraq—BƏƏ münasibətləri — İraq və BƏƏ arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvüdür. == Tarix == 1960-cı illərdə BƏƏ-də böyük neft yataqlarının aşkarlanması İraqı 1971-ci ildə müstəqillik qazandıqdan sonra bu dövlətin hökmdarlarının qanuniliyinə meydan oxumağa sövq edir. 1980-ci illərdə BƏƏ İran-İraq müharibəsində bitərəfliyini qorumaq üçün mübarizə aparır. Bu qarşıdurma BƏƏ-də daxili bir gərginlik mənbəyi olur. Çünki Əbu-Dabi İraqa dəstək verməyə meylli olduğu halda, Dubay isə İrana daha çox rəğbət bəsləyirdi. 1990-cı ildə Küveytin İraq işğalı baş verir. 1990-cı ildə BƏƏ beynəlxalq koalisiyanın İraq qoşunlarını Küveytdən sıxışdırmaq üçün apardığı hərbi əməliyyata qatılır. 2003-cü ildə İraq Prezidenti Səddam Hüseyn xarici müdaxilə ilə devrilir və BƏƏ İraq iqtisadiyyatını bərpa etmək, maliyyə yardımı və əhaliyə pulsuz tibbi yardım göstərmək üçün beynəlxalq proqramlarda iştirak etməyə başlayır. 31 iyul 2007-ci ildə Asiya Futbol Kubokundakı iraqlıların qələbəsindən sonra BƏƏ Baş naziri Məhəmməd bin Rəşid Əl Məktum, ölkənin ilk kubok zəfəri üçün İraq milli futbol komandasına 20 milyon BƏƏ dirhəmi (5.2 milyon ABŞ dolları) mükafat verir.
BƏƏ—Ermənistan münasibətləri
BƏƏ—Ermənistan münasibətləri — BƏƏ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın səfirliyi Əbu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi isə İrəvanda yerləşir. == Tarix == === Qarabağ münaqişəsi və əlaqələrin qurulması === Ermənistan 1991-ci ildə müstəqillik qazandıqda, Dağlıq Qarabağdakı qanlı müharibəyə qatılır. Bu səbəbdən o dövrdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mövqeyini dəstəkləyərək, iki ölkə arasında rəsmi münasibətlər qurmur. Bunu 2018-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar ramanı BƏƏ-nin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan etməsi təsdiqləyir. Buna baxmayaraq Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan hələ də rəsmi diplomatik münasibətlər qurulur. === Türkiyəyə qarşı ittifaq === Son illərdə Rəcəb Tayyib Ərdoğanın başlatdığı Türkiyə nüfuzunun yüksəlməsi meyilləri səbəbindən BƏƏ və Ermənistan arasındakı münasibətlər xeyli yaxşılaşır. Birləşmiş Ərəb Əmirlikləri Türkiyə ambisiyalarına düşməndir. İki ölkə Suriya, Sudan və Liviya üzərindəki nüfuz uğrunda mübarizə aparırlar. Qondarma Erməni Soyqırımı məsləsi səbəbindən isə Ermənistanın Türkiyə ilə münasibətləri yaxşı deyil.
BƏƏS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
BƏƏS dövründə İraq
Bəəs dövründə İraq və ya İraq Cümhuriyyəti — İraq tarixində ölkənin Ərəb Sosialist Bəəs Partiyası tərəfindən 1968-2003 illər arasında idarə edilən dönəmdir.İraq və Suriya qolu olan bu Partiya, İraqda Səddam Hüseyn rejiminin dağılması sonrası dağıdılıb. == Ümumi məlumat == İraq prezidenti Əbdül Rəhman Arif və İraqın Baş naziri Tahir Yəhya, əvvəllər 1963-cü ildə hakimiyyəti ələ keçirən və ilk növbədə başçılıq etdiyi Bəəs Partiyasından Əhməd Hassan əl-Bəkrin rəhbərliyi ilə 17 İyul dövlət çevrilişi zamanı devrildi. -Bəkr, onun lideri və Səddam Hüseyn.Səddam partiyanın kəşfiyyat xidmətlərinin de-fakto rəhbəri vəzifəsindən keçərək 1970-ci illərin ortalarına qədər ölkənin de-fakto lideri oldu və 1979-cu ildə prezident vəzifəsində əl-Bəkrə müvəffəq olduqda de jure lider oldu. Əl-Bəkrin de jure hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı böyüdü və İraqın ərəb dünyasında mövqeyi artdı. Bununla yanaşı, bir neçə daxili amillər ölkənin sabitliyinə təhdid yaratdı, bunların arasında ölkənin İranla qarşıdurması və İraqın öz şiə müsəlman icması daxilindəki fraksiyaları var. Xarici problem İran-İraq müharibəsinə töhfə verəcək İranla sərhəd münaqişəsi idi. Səddam Hüseyn 1979-cu ildə İraqda şiələrin başçılıq etdiyi hökumət əleyhinə etiraz dalğaları dövründə İraqın Prezidenti, İnqilab Komandanları Şurasının sədri, Baş nazir və Bəəs Partiyasının Regional Komandanlığının baş katibi oldu. Təbiətcə rəsmi olaraq dünyəvi olan Bəəs Partiyası etirazları sərt şəkildə repressiya etdi. Digər bir siyasət dəyişikliyi İraqın şiə müsəlman ölkəsi olan İrana qarşı xarici siyasətidir. Münasibətlərin pisləşməsi nəhayət 1980-ci ildə İraqın İrana genişmiqyaslı bir hücumu ilə başladığı İran-İraq müharibəsinə səbəb oldu.
Əl-Bəəs Univetsiteti
Bə's Universiteti (ərəb. جامعة البعث‎) — Suriyada universitet, əsası 1979-cu ildə qoyulub.
Ərəb Sosialist Bəəs Partiyası – Suriya Regionu
Ərəb Sosialist Baas Partiyası – Suriya Regionu (ərəb. حزب البعث العربي الاشتراكي – قطر سوريا‎, Hizb əl-Bəəs əl-Ərəbi əl-İştiraki – Kutr Suriya), rəsmi olaraq Suriya Regional Şöbəsi (Suriya BƏƏS ideologiyasında ərəb millətinin "region"udur) — Mişel Əfləq, Salahəddin Bitar və Zəki Ərsuzinin ardıcılları tərəfindən 7 aprel 1947-ci ildə qurulmuş neobəəsçi təşkilatı. 1966-cı ildə orijinal Bəəs Partiyasının (1947–1966) regional qolu idi, lakin partiya daxilində baş tutan parçalanmadan sonra sədaqətini suriyalıların üstünlük təşkil etdiyi Bəəs hərəkatına (1966–hal-hazırda) doğru dəyişmişdir. Partiya 1963-cü ildə bəəsçiləri hakimiyyətə gətirən Suriyada dövlət çevrilişindən sonra Suriyanı davamlı olaraq idarə edir.
BƏƏS-çilərarası münaqişə
BƏƏS-çilərarası münaqişə — Suriyanın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları ilə İraqın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları arasındakı münaqişə. == Tarixi == Münaqişə 1966-cı ildə Suriyada Mişel Əfləq və Səlahəddin Bitarın Hafiz Əsəd və Səlah Cədid tərəfindən devrildiyi dövlət çevrilişindən sonra BƏƏS Partiyasının Suriya və İraq fraksiyasına bölünməsindən sonra ortaya çıxmışdır. 1970-ci illərdə iki BƏƏS partiyası barışmağa nail olmuşdu, lakin 1979-cu ildə İraqdakı BƏƏS Partiyasında təmizləmə nəticəsində münaqişə yenidən alovlanmışdır. 1980-ci ildə Səddam Hüseyn İrana hücum edərək İran–İraq müharibəsinə səbəb olanda Suriya BƏƏS-i İranla müttəfiq olmağı seçmişdir. Nəticədə Suriya BƏƏS-i şiə islamçılarla, İraq BƏƏS-çiləri isə Qərb və sünni islamçılarla ittifaq qurmuşdur. BƏƏS Partiyasının bütövlükdə sekulyar olduğunu iddia etməsinə baxmayaraq, İraq BƏƏS-nə sünnilər, Suriya BƏƏS-nə isə nüseyrilər rəhbərlik etdiyi üçün münaqişə qismən məzhəbçilikdən qaynaqlanır. İraq BƏƏS-i Suriya BƏƏS-nə qarşı üsyanlarında "Müsəlman Qardaşlar"a dəstək vermişdir.

"bəə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəə nədir? #bəə sözünün mənası #bəə nə deməkdir? #bəə sözünün izahı #bəə sözünün yazılışı #bəə necə yazılır? #bəə sözünün düzgün yazılışı #bəə leksik mənası #bəə sözünün sinonimi #bəə sözünün yaxın mənalı sözlər #bəə sözünün əks mənası #bəə sözünün etimologiyası #bəə sözünün orfoqrafiyası #bəə rusca #bəə inglisça #bəə fransızca #bəə sözünün istifadəsi #sözlük