* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bəzi şirin meyvələrin suyundan çəkilən şirə; doşab. Üzüm bəkməzi. Əncir bəkməzi. Tut bəkməzi.
Azərbaycan dilinin izahlı lüğəti / bəkməz1 Mənbələrdə bu sözün ruscaya tərcüməsi “виноградный сироп” kimi verilib. Sok və sirop belə fərqlənir: sok –toxuma və hüceyrələrdə olan şirədir. Sirop isə meyvə şirəsi ilə şəkərin qarışdırılmasından hazırlanır. Qaynaqlarda siropun qarşılığı sücük kimi verilib. Biz onların hər ikisini şirə adı altında işlətməklə səhvə yol veririk. Sözün kökü bərkimək feili ilə bağlıdır. Bəkməz “çox bərkiməyən” deməkdir, göl yerinə, axmaz sözü də işlədilir. Bəkməz və axmaz kəlmələri eyni qəlib üzrə yaranıb. Qaraqalpaq dilində məz (mes) adlara (isim və s.) qoşulan inkar şəkilçisidir, “deyil” anlamında işlədilir (bizdə isə feilə qoşulur). Məncə, bəkməz məhz feildən törəmə sözdür. M.Fasmer, Radlov və başqaları bəkməz sözünü fars mənşəli hesab edirlər, amma farslarda doşab işlədilir. Mənbələrdə bekmaz sözü də var və “şərab” mənasında işlədilib. Söz bununla da bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bəkməz1 BƏKMƏZ (şirin meyvələrdən, xüsusən tutdan hazırlanmış şirə) Könül çay süzüb gətirdi. Süfrəyə bəkməz riçalı, əncir qurusu, qoz və qura meyvə qoydu (X.Hasilova); DOŞAB (dan.) [Dostəli:] Bəxtəvər başına, ay Eynəli, doşab almısan, bal çıxıb! (Ə.Vəliyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / bəkməz