* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 say. Dörddən sonra gələn ədəd – 5. □ Beş-altı, beş-on – az, cüzi, əhəmiyyətsiz miqdarda, bir neçə. Cibimdə beş-altı qəpik pulum var. İclasa beş-on adam gəlmişdi. – [Kərim baba] odun gətirməyə getsə, görərsən beş-on çırpını arxasına alır və dərhal “Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm?” – deyə bar-bar bağırırdı. A.Şaiq. [Çimnaz:] …A kişi, cavan qızın olsun, gedib beş-altı arşın tumanlıq üçün ölsün! Ə.Əbülhəsən. Beşdə bir – tez-tez hər beş gündə bir dəfə. Beşdə bir bizə gəlir. Beşdə-üçdə – bəzən, hərdənbir, arabir, gah-gah. Dəmiryol xəttində işləsə də, beşdə-üçdə ezamiyyət yolu ilə Bakıya gəlir, evinə baş çəkirdi. M.Hüseyn. Beş kişinin biri – bax kişi.
Azərbaycan dilinin izahlı lüğəti / beş1 O. Süleymanov yazır ki, beş Avropa mənşəli sözdür. Bizdə ona “bilək” (pilək) deyilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / beş1 BEŞ (ali və orta məktəblərdə verilən ən yüksək qiymət) [Qiyas:] Yaxşı, mən üç uşağı kəsəcəm, Şamxalın oğluna beş verəcəm, özüm de ərizə verib institutdan çıxacam (Anar); ƏLA Adilə qəbul imtahanlarının hamısından əla qiymət aldığı üçün onu qrup nümayəndəsi təyin etmişdilər (İ.Şıxlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / beş2 1 I числ. колич 1. пять: 1) цифра, число, количество. Beş ikiyə qalıqsız bölünmür пять не делится на два без остатка; beş addımlıqda в пяти шагах, beş il bundan əvvəl пять лет тому назад, beş ay yarım пять с половиной месяцев, saat ona beş dəqiqə qalmış без пяти минут десять, beş min пять тысяч; onda beş пять десятых, on ikiyə beş dəqiqə işləyib пять минут двенадцатого 2) школьная отметка. Ədəbiyyatdan beş almaq получить пять по литературе 2. поряд. числ. пятое (при обозначении числа месяца). Beş may пятое мая, beş yanvar пятое января II сущ. пятёрка. Beş qoymaq поставить пятёрку, beşə bilmək знать на пятёрку ◊ beş kişinin biri один из известных, в числе авторитетных, выделяющихся; beş kəlməni bir-birinə calamağı bacarmamaq не уметь связать двух слов; dünya beş gündür жизнь так коротка; beş yıxan bir yıxılar кто бывал на коне, тот бывал и под конём; üçdə alacağı yox, beşdə verəcəyi kimin чья хата с краю; beş barmağı kimi bilmək знать как свои пять пальцев, beş barmağın hamısı bir deyil не все люди одинаковы 2 сущ. диал. хворост, сушняк (тонкие, сухие и быстро воспламеняющиеся дрова)
Azərbaycanca-rusca lüğət / beş1 числ. вад; // beş-altı, beş-on вад-ругуд, вад-цӀуд, тӀимил, жизви кьадар, са шумуд; beşdə bir вадалай сад, гьар вад йикъалай сад, фад-фад; beş kişinin biri кил. kişi.
Azərbaycanca-ləzgicə lüğəti / beşI (İsmayıllı, Dərbənd, Şamaxı) çırpı, ağacın nazik budaqları. – Get, iki şələ beş gətir (İsmayıllı); – Beş gitidüm meşədən mən də (Dərbənd) II (Tovuz) uşaq oyunu adı
Azərbaycan dilinin dialektoloji lüğəti.