beşiyi sözü azərbaycan dilində

beşiyi

Yazılış

  • beşiyi • 98.9313%
  • Beşiyi • 0.9160%
  • beŞiyi • 0.1527%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nyuton beşiyi
Nyutonun beşiyi — müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini nümayiş etdirmək üçün İsaak Nyuton tərəfindən düşünülmüş mexaniki sistem. == Tarixi == İlk dəfə 1967-ci ildə aktyor Saymon Prebbl tərəfindən hazırlanan bu oyuncağı günümüzdə bir çox ofislərdə və kabinetlərdə stolüstü əşya kimi görmək olar. Dünyada ən böyük Nyuton beşiyinə Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O,hər biri 6,8 kq olan 16 ədəd boulinq şarından ibarətdir.
İnsanlığın beşiyi
İnsanlğın beşiyi — CAR-ın Qautenq vilayəti, Yohannesburq şəhərinin 50 km (31 mil) şimal-qərbində yerləşən, paleoantropoloji ərazi. 1999-cu ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilmişdir. Hazırda 47 000 hektar ərazini əhatə edir və əhəng daşı mağaraları kompleksini ehtiva edir. Lakin, mövcud arxeoloji və fosil sübutlarına görə, insanlığın beşiyi tez-tez "bəşəriyyətin beşiyi" kimi xatırlanan Şərqi Afrikadakı Afar üçbucağıdır.Ərazidəki Sterkfonteyn mağaraları 1947-ci ildə Robert Brum və Con Telbot Robinson tərəfindən tapılmış 2.3 milyon illik bir Australopithecus africanus fosilinin ("Xanım Ples" ləqəbli) kəşf edildiyi yer idi. Tapıntı 1924-cü ildə qazıntı işlərinin davam etdiyi Cənubi Afrikanın şimal-qərb viyalətindəki Taunq-da Raymond Dart tərəfindən "Taung uşağı" olaraq bilinən, yetkinlik yaşına çatmayan Australopithecus africanus kəlləsinin kəşfini təsdiqləməyə kömək etdi. Əraziyə daxil olmasa da, yaxınlığındakı Rayzinq-Star mağara sistemində, müvəqqəti olaraq Homo naledi adlandırılan nəsli kəsilmiş bir növün on beş fosil skeleti tapılan Dinaledi otağı (ulduzlar otağı) var. Təkcə Sterkfonteyn 2010-cu ildən əvvəl tapılmış erkən hominid fosillərinin üçdə birindən çoxunu ehtiva etmişdir. Dinaledi otağı isə, 1500-dən çox H. naledi fosilini, Afrikada indiyə qədər tapılan tək hominid növünün ən geniş kəşfini ehtiva edir. == Etimologiya == Ərazi üçün işlədilən "insanlığın beşiyi" ifadəsi ərazidə indiyə qədər tapılmış çox sayda (və ən qədimlərindən bəziləri), bəziləri 3,5 milyon il əvvələ aid olan tapıntılara əsaslanır. == Kəşflərin tarixi == 1935-ci ildə Robert Brum Sterkfonteyndə ilk meymun-insan fosillərini tapdı və bu ərazi üzərində işə başladı.
Sivilizasiyanın beşiyi
Sivilizasiyanın beşiyi — bu və ya digər sivilizasiyanın başqa ərazilərdəki digər sivilizasiyalardan asılı olmayaraq yarandığı məkan və mədəniyyətdir. Şəhər tipli yaşayış məskənlərinin formalaşması cəmiyyətin “sivil” kimi səciyyələndirilə bilən ilkin xüsusiyyətidir. Sivilizasiyanın digər xüsusiyyətlərinə oturaq və ya qeyri-köçəri əhali, monumental memarlıq, sosial təbəqələrin və bərabərsizliyin mövcudluğu, ünsiyyət üçün yazı sisteminin yaradılması daxildir. Daha sadə cəmiyyətlərdən sivilizasiyanın mürəkkəb cəmiyyətinə keçid tədricən baş verir. Alimlər ümumilikdə sivilizasiyanın altı beşiyinin olduğunu qəbul edirlər. Belə ki, Mesopotamiya, Qədim Misir, Qədim Hindistan və Qədim Çinin Köhnə dünyada ən erkən sivilizasiyalar olduğu hesab edilir. Yeni dünyada isə sivilizasiyanın beşiyi sahilyanı Perunun Karal-Supe sivilizasiyası və Meksikanın Olmek sivilizasiyasıdır. Sivilizasiyanın bütün beşikləri yaşayış vasitələri baxımından kənd təsərrüfatından asılı olmuşdur (ehtimal ki, əvvəlcə dəniz ehtiyatlarından asılı ola bilən Karal-Supe istisnadır). Onların hamısı mərkəzləşdirilmiş hökuməti, siyasi liderləri, kahinləri və sivilizasiyanın şəhər mərkəzlərinin ictimai məsələlərini dəstəkləmək üçün kənd təsərrüfatı məhsulu istehsal edən fermerlərin (kəndlilərin) fəaliyyətindən asılı olmuşdur. Nisbətən az formal olaraq, "sivilizasiyanın beşiyi" termini Yunanıstan və ya Roma kimi digər tarixi qədim sivilizasiyalara istinad etmək üçün də istifadə olunur.
Bəşəriyyətin beşiyi (film, 2011)
Bəşəriyyətin beşiyi qısametrajlı sənədli filmi rejissorlar Şamil Nəcəfzadə və Nizami Abbas tərəfindən 2011-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim daş abidəsi, bəşəriyyətin beşiyi Qobustan haqqındadır. == Məzmun == Film Azərbaycanın qədim daş abidəsi, bəşəriyyətin beşiyi Qobustan haqqındadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.25 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 •••••••• 3.94
2004 •••••• 2.70
2005 ••• 1.35
2006 •••••• 2.93
2007 •••••••• 4.02
2008 •••••• 2.92
2009 •••••• 3.04
2010 ••••• 2.27
2011 •••••••••• 5.06
2012 •••••••••••••••••••• 10.50
2013 ••••••• 3.21
2014 •••••• 2.92
2015 ••••••••••• 5.27
2016 •••••• 3.12
2017 •••••• 2.93
2018 •••• 1.95
2019 ••••••• 3.62
2020 •••••••••••• 5.97

"beşiyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#beşiyi nədir? #beşiyi sözünün mənası #beşiyi nə deməkdir? #beşiyi sözünün izahı #beşiyi sözünün yazılışı #beşiyi necə yazılır? #beşiyi sözünün düzgün yazılışı #beşiyi leksik mənası #beşiyi sözünün sinonimi #beşiyi sözünün yaxın mənalı sözlər #beşiyi sözünün əks mənası #beşiyi sözünün etimologiyası #beşiyi sözünün orfoqrafiyası #beşiyi rusca #beşiyi inglisça #beşiyi fransızca #beşiyi sözünün istifadəsi #sözlük