kəs sözü azərbaycan dilində

kəs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəs • 99.7495%
  • Kəs • 0.1789%
  • KƏS • 0.0716%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəs, köçür və yapışdır
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. == Mövzusu == Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq … Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. == Tarixi == Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. == Çində == Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.
Kesar kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. == Tarixçəsi == Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Köhnə Kəstəy (Bakalı)
Köhnə Kəstəy (başq. Иҫке Кәстәй, rus. СтарокостеевоН) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Kəstəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 12 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 87 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (96 %) üstünlük təşkil edir.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Kəsanəq (Əhər)
Kəsanəq (fars. كسانق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (121 ailə).
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Kəsik (Xudabəndə)
Kəsik (fars. كسيك‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (111 ailə).
Kəsik konis
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Kəsikbaş
Kəsikbaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə Mədinə kəndinin yanında yerləşirdi. Toponim kəsikbaş tayfa adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7. XII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Kəsilmiş flomoides
Kəsilmiş flomoides - (lat. Phlomoides laciniata) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 50-100 sm olan, kökyanı boyuncuğu ağ yunlu bitkidir. Gövdəsi sadə, bəzən az budaqlıdır; adətən ağ uzun tükcüklərlə sıx yunlu şəkildə tükləşmişdir. Yarpaqları yaşıl, az tüklənmişdir, uzun saplaqlı kökyanı yarpaqları lələkvari və ya ikiqat lələkvari parçalanmışdır. Gövdə yarpaqları qısa saplaqlı, yuxarıdan kəsilmiş diş-dişlidir. Uzun sıx sünbülvari çiçəkqrupu əmələ gətirən çiçəkləri çox çiçəkli köbələrdədir. Kasacığı 16–20 mm, boruvari–zəngvari, sıx ağımtıl-yunludur. Tacı 30 mm qədər uzunluqda; yuxarı dodağı ağ bizşəkillidir, içi qıraqdan ağ ipəkvaridir; aşağı dodağı üç dilimli, orta dilimi əlvan sarı, yan dilimləri limonvari-sarıdır. Fındıqca sıx şırımlıdır. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Kəsilmiş həyat (film, 1999)
Yarıda qalmış həyat (ing. Girl, Interrupted) — rejissor Ceyms Menqoldun 1999-cu ildə çəkilmiş filmi. Film Süzanna Keysin eyniadlı romanın motivləri əsasında ekranizasiya olunmuşdu. == Məzmun == Süzanna Keysen 18 yaşlı qız, uğursuz intihar cəhdindən sonra psixiatrik klinikaya düşür. Orada o digər pasientlərlə tanış olur, o cümlədən Lisa adlı aqressiv-sosiopat qız ilə. Lisa bir neçə dəfə qaçış düzənləmişdi və sonuncu qaçışda onu tuturlar və klinikaya geri qaytarırlar. Özünün keçmiş rəfiqəsinin otağında o Süzannanı görür və rəfiqəsi özünü intihar etdiyini öyrənir. Bir neçə vaxtdan sonra Lisa Süzanna ilə dostlaşır. O Süzannada özünün keçmiş rəfiqəsini görür, onun ölümündə günahkar olduğunu düşünür və buna görə də Süzanna ilə birgə klinikadan qaçır. Onlar yaxınlarda xəstəxanadan yazılan Deyzinin evində gizlənirlər.
Kəsilmiş qulaq və qəlyanla avtoportret
"Kəsilmiş qulaq və qəlyanla avtoportret" (nid. Zelfportret met verbonden oor) — məşhur holland və fransız rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsmi. O, bu əsəri 1889-ci ilin yanvarında Arl şəhərində olduğu dövrdə çəkib. == Yaradıldığı şərait == Gerçəkliyi həssas qavraması və ruhi müvazinətsizliyi Van Qoqu psixi xəstəliyə gətirib çıxarır. Qogen Arl şəhərinə qonaq gəlir, lakin yaradıcı fikir ayrılıqları mübahisə doğurur. Van Qoq rəssamın başına stəkanı atır, sonra, Qogen getmək niyyətini elan etdikdə ülgüclə onun üzərinə hüçum edir. Həmin günün axşamı dəlilik tutmasında rəssam qulağının sırğalığını kəsir. == Rəsmin təsviri == Vinsent van Qoqun sifəti rəsmin böyük hissəsini tutur. Başı üçdə dörd sol tərəfə çevrilmişdir. O isti gödəkcə, nimdaş papağ geyinib.
Kəsilmə emalçısı
Kəsilmə emalçısı ( ing. interrupt handler (IH) ~ ru. обработчик прерываний ~ tr. kesme işleyici) – müəyyən kəsilmələri emal etmək üçün yerinə yetirilən xüsusi prosedur. Hər bir kəsilmə növü müəyyən prosedurla bağlıdır. Kompüter yaddaşının aşağı ünvanlarında hər bir kəsilmə üçün uyğun prosedurların ünvanlar cədvəli saxlanılır. Bu ünvanlar göstəricilər (POINTERS) və ya vektorlar (VECTORS) adlandırılır, çünki onlar kəsilmə emalçılarının başlanğıcını göstərir. Proqramçılar sistemdə olan kəsilmə emalçıları toplusunu əvəzləmək və ya genişləndirmək üçün özlərinin kəsilmə emalçılarını yarada bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilməz enerji qaynağı
Kəsilməz enerji qaynağı –( eng. UPS Uninterruptible Power Supply ) kompüter (yaxud başqa elektron qurğu) ilə qida mənbəyi (adətən, məişət elektrik şəbəkəsi) arasına qoşulan və elektrik enerjisinin kəsilməsi nəticəsində kompüterə daxil olan cərəyanın kəsilməməsinə, bununla da kompüterin mümkün zədələnmələrdən qorunmasına təminat verən qurğu. UPS-lərin müxtəlif modelləri müxtəlif müdafiə səviyyələri təklif edir. UPS-lərin hamısı batareya və cərəyanın itməsini bildirən indikatorla təchiz olunur; indikator işə düşəndə UPS-in gərginliyi dərhal onun batareyasına keçir ki, istifadəçi işinin nəticəsini saxlaya və kompüteri normal söndürə bilsin. Batareyanın cərəyanı saxlama müddəti UPS-in modelindən asılıdır. Daha mükəmməl modellərdə verilən elektrik enerjisinin süzgəcdən keçirilməsi, gərginliyin titrəyişindən mürəkkəb qorunma imkanları vardır. Bundan başqa, belə modellərdə əməliyyat sisteminin UPS ilə qarşılıqlı əlaqədə olması üçün ardıcıl port var ki, bu da xarici enerji təchizatı kəsildikdə sistemi avtomatik söndürməyə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilməz funksiya
Funksiyanın kəsilməzliyi — əgər lim x → x 0 {\displaystyle \lim _{x\to x_{0}}} f(x)=f( x 0 {\displaystyle x_{0}} ) (1) olarsa, yəni f(x) funksiyası x= x 0 {\displaystyle x_{0}} -da təyin olunub və istənilən Ԑ>0 üçün elə δ=δ(Ԑ, x 0 {\displaystyle x_{0}} ) >0 ədədi var ki, | x − x 0 | {\displaystyle \left\vert x-x_{0}\right\vert } ˂δ şərtini ödəyən və f(x)-in təyin oblastından olan istənilən x üçün | f ( x ) − f ( x 0 ) | {\displaystyle \left\vert f(x)-f(x_{0})\right\vert } ˂Ԑ bərabərsizliyi doğrudursa, onda f(x) funksiyası x= x 0 {\displaystyle x_{0}} -da (və ya x 0 {\displaystyle x_{0}} nöqtəsində) kəsilməz adlanır. Əgər f(x) funksiyası verilmiş X= { x } {\displaystyle \{x\}} çoxluğunun (intervalın, parçanın və i.a.) bütün nöqtələrində kəsilməzdirsə, bu funksiya X çoxluğunda kəsilməz adlanır. Əgər f(x) funksiyasının X= { x } {\displaystyle \{x\}} təyin oblastına daxil olan və ya bu çoxluğun limit nöqtəsi olan hər hansı x= x 0 {\displaystyle x_{0}} nöqtəsində (1) bərabərliyi ödənmirsə (yəni ya (a) f( x 0 {\displaystyle x_{0}} ) ədədi yoxdur,başqa sözlə,funksiya x= x 0 {\displaystyle x_{0}} nöqtəsində təyin olunmayıb, ya (b) lim{x \to x 0 {\displaystyle x_{0}} }{f(x)} yoxdur, ya da (c) (1) düsturunun hər iki tərəfinin mənası var,lakin onlar bir-birinə bərabər deyil), onda x 0 {\displaystyle x_{0}} nöqtəsi f(x) funksiyasının kəsilmə nöqtəsi adlanır. Kəsilmə nöqtələrini aşağıdakı kimi fərqləndirirlər: 1) I növ kəsilmə nöqtəsi elə x 0 {\displaystyle x_{0}} nöqtəsinə deyilir ki, bu nöqtədə sonlu sol və sağ limitləri f( x 0 {\displaystyle x_{0}} -0)= lim x → x 0 − 0 {\displaystyle \lim _{x\to x_{0}-0}} f(x), f( x 0 {\displaystyle x_{0}} +0)= lim x → x 0 + 0 {\displaystyle \lim _{x\to x_{0}+0}} f(x) var;2) II növ kəsilmə - bütün qalan nöqtələrdir. f( x 0 {\displaystyle x_{0}} +0) - f( x 0 {\displaystyle x_{0}} -0) fərqi x 0 {\displaystyle x_{0}} nöqtəsində funksiyanın sıçrayışı adlanır. Əgər f( x 0 {\displaystyle x_{0}} -0) = f( x 0 {\displaystyle x_{0}} +0) bərabərliyi ödənərsə, onda x 0 {\displaystyle x_{0}} kəsilmə nöqtəsi aradan qaldırıla bilən adlanır. Əgər f( x 0 {\displaystyle x_{0}} -0) və ya f( x 0 {\displaystyle x_{0}} +0) limitlərindən heç olmasa biri ∞ simvoluna bərabərdirsə, onda x 0 {\displaystyle x_{0}} sonsuz kəsilmə nöqtəsi adlanır. Əgər f( x 0 {\displaystyle x_{0}} -0) = f( x 0 {\displaystyle x_{0}} ) f( x 0 {\displaystyle x_{0}} +0) = f( x 0 {\displaystyle x_{0}} ) bərabərliyi ödənərsə, onda f(x) funksiyasına x 0 {\displaystyle x_{0}} nöqtəsində soldan (sağdan) kəsilməz deyilir. f(x) funksiyasının x 0 {\displaystyle x_{0}} nöqtəsində kəsilməzliyi üçün zəruri və kafi şərt üç ədədin bərabərliyidir: f( x 0 {\displaystyle x_{0}} -0) = f( x 0 {\displaystyle x_{0}} +0) = f( x 0 {\displaystyle x_{0}} ) 2.Elementar funksiyaların kəsilməzliyi.Əgər f(x) və g(x) funksiyaları x= x 0 {\displaystyle x_{0}} nöqtəsində kəsilməzdirlərsə,onda a)f(x) ± g(x) b)f(x)g(x) c) f ( x ) g ( x ) {\displaystyle {\frac {f(x)}{g(x)}}} (g( x 0 {\displaystyle x_{0}} )≠0) funksiyaları da x= x 0 {\displaystyle x_{0}} -da kəsilməzdir. Xüsusi halda: a) tam rasional P(x)= a 0 {\displaystyle a_{0}} + a 1 {\displaystyle a_{1}} x+...+ a n {\displaystyle a_{n}} x n {\displaystyle x^{n}} funksiyası istənilən x nötəsində kəsilməzdir; b) kəsr rasional R(x)= a 0 + a 1 x + .
Kəsilməz funksiyalar
Funksiyanın kəsilməzliyi — əgər lim x → x 0 {\displaystyle \lim _{x\to x_{0}}} f(x)=f( x 0 {\displaystyle x_{0}} ) (1) olarsa, yəni f(x) funksiyası x= x 0 {\displaystyle x_{0}} -da təyin olunub və istənilən Ԑ>0 üçün elə δ=δ(Ԑ, x 0 {\displaystyle x_{0}} ) >0 ədədi var ki, | x − x 0 | {\displaystyle \left\vert x-x_{0}\right\vert } ˂δ şərtini ödəyən və f(x)-in təyin oblastından olan istənilən x üçün | f ( x ) − f ( x 0 ) | {\displaystyle \left\vert f(x)-f(x_{0})\right\vert } ˂Ԑ bərabərsizliyi doğrudursa, onda f(x) funksiyası x= x 0 {\displaystyle x_{0}} -da (və ya x 0 {\displaystyle x_{0}} nöqtəsində) kəsilməz adlanır. Əgər f(x) funksiyası verilmiş X= { x } {\displaystyle \{x\}} çoxluğunun (intervalın, parçanın və i.a.) bütün nöqtələrində kəsilməzdirsə, bu funksiya X çoxluğunda kəsilməz adlanır. Əgər f(x) funksiyasının X= { x } {\displaystyle \{x\}} təyin oblastına daxil olan və ya bu çoxluğun limit nöqtəsi olan hər hansı x= x 0 {\displaystyle x_{0}} nöqtəsində (1) bərabərliyi ödənmirsə (yəni ya (a) f( x 0 {\displaystyle x_{0}} ) ədədi yoxdur,başqa sözlə,funksiya x= x 0 {\displaystyle x_{0}} nöqtəsində təyin olunmayıb, ya (b) lim{x \to x 0 {\displaystyle x_{0}} }{f(x)} yoxdur, ya da (c) (1) düsturunun hər iki tərəfinin mənası var,lakin onlar bir-birinə bərabər deyil), onda x 0 {\displaystyle x_{0}} nöqtəsi f(x) funksiyasının kəsilmə nöqtəsi adlanır. Kəsilmə nöqtələrini aşağıdakı kimi fərqləndirirlər: 1) I növ kəsilmə nöqtəsi elə x 0 {\displaystyle x_{0}} nöqtəsinə deyilir ki, bu nöqtədə sonlu sol və sağ limitləri f( x 0 {\displaystyle x_{0}} -0)= lim x → x 0 − 0 {\displaystyle \lim _{x\to x_{0}-0}} f(x), f( x 0 {\displaystyle x_{0}} +0)= lim x → x 0 + 0 {\displaystyle \lim _{x\to x_{0}+0}} f(x) var;2) II növ kəsilmə - bütün qalan nöqtələrdir. f( x 0 {\displaystyle x_{0}} +0) - f( x 0 {\displaystyle x_{0}} -0) fərqi x 0 {\displaystyle x_{0}} nöqtəsində funksiyanın sıçrayışı adlanır. Əgər f( x 0 {\displaystyle x_{0}} -0) = f( x 0 {\displaystyle x_{0}} +0) bərabərliyi ödənərsə, onda x 0 {\displaystyle x_{0}} kəsilmə nöqtəsi aradan qaldırıla bilən adlanır. Əgər f( x 0 {\displaystyle x_{0}} -0) və ya f( x 0 {\displaystyle x_{0}} +0) limitlərindən heç olmasa biri ∞ simvoluna bərabərdirsə, onda x 0 {\displaystyle x_{0}} sonsuz kəsilmə nöqtəsi adlanır. Əgər f( x 0 {\displaystyle x_{0}} -0) = f( x 0 {\displaystyle x_{0}} ) f( x 0 {\displaystyle x_{0}} +0) = f( x 0 {\displaystyle x_{0}} ) bərabərliyi ödənərsə, onda f(x) funksiyasına x 0 {\displaystyle x_{0}} nöqtəsində soldan (sağdan) kəsilməz deyilir. f(x) funksiyasının x 0 {\displaystyle x_{0}} nöqtəsində kəsilməzliyi üçün zəruri və kafi şərt üç ədədin bərabərliyidir: f( x 0 {\displaystyle x_{0}} -0) = f( x 0 {\displaystyle x_{0}} +0) = f( x 0 {\displaystyle x_{0}} ) 2.Elementar funksiyaların kəsilməzliyi.Əgər f(x) və g(x) funksiyaları x= x 0 {\displaystyle x_{0}} nöqtəsində kəsilməzdirlərsə,onda a)f(x) ± g(x) b)f(x)g(x) c) f ( x ) g ( x ) {\displaystyle {\frac {f(x)}{g(x)}}} (g( x 0 {\displaystyle x_{0}} )≠0) funksiyaları da x= x 0 {\displaystyle x_{0}} -da kəsilməzdir. Xüsusi halda: a) tam rasional P(x)= a 0 {\displaystyle a_{0}} + a 1 {\displaystyle a_{1}} x+...+ a n {\displaystyle a_{n}} x n {\displaystyle x^{n}} funksiyası istənilən x nötəsində kəsilməzdir; b) kəsr rasional R(x)= a 0 + a 1 x + .
Kəsin (Vərziqan)
Kəsin (fars. كاسين‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,917 nəfər yaşayır (430 ailə).
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı — böyrək funksiyasının ani, saatlar və ya günlər ərzində əmələ gələn, geri dönəbilən pozğunluğu. Əvvəlki normal böyrək funksiyası bərpa oluna və ya kəskin böyrək çatışmazlığı fonunda xroniki böyrək çatışmazlığı meydana çıxa bilər. Normal böyrək funksiyasından sonra, artıq mövcud xroniki böyrək xəstəliyi fonunda və ya kəskin böyrək xəstəliyi çərçivəsində meydana çıxa bilər. == Klinik şəkli == Böyrək çatışmazlığı dedikdə renal bir fon xəstəliyin mövcudluğundan asılı olmadan yumaqcıq və ya kanalcıqların çatışmazlığı səbəbindən böyrəklərin yetərsiz fəaliyəti nəzərdə tutulur. Demək olar ki, hər zaman böyrəklər böyrək çatışmazlığı zamanı sağlamdır (böyək xəstəliyi olmadan böyrək çatışmazlığı). Bunun əksi böyrək çatışmazlığı olmayan böyrək xəstəliyindən ayırd edilməlidir. Əlavə olaraq kəskin böyrək zədələnməsi, kəskin böyrək xəstəliyi və xroniki böyrək xəstəliyi də ayırd edilir. Səbəblər zədələnmə yerinə uyğun olaraq prerenal, renal, postrenal olaraq təsnif edilir. Böyrəkdən qabaq (prerenal) zədələnmə səbəbləri ilk növbədə azalmış qan həcmi (hipovolemiya; qanamalar, maye əskikliyi və ya ürək çatışmazlığı zamanı) və ya çox aşağı qan təzyiqidir (kardiorenal sindrom, şok, hepatorenal sindrom). Prerenal zədələnmələr üçün ölçü vahid zamanda ürək tərəfindən vurulan qanın həcmidir (CO-cardiac output).

kəs sözünün leksik mənası və izahı

  • 1 əvəz. [fars.] Şəxs, adam, kimsə. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər… C.Məmmədquluzadə. [Məstur:] Yad kəsə bağlıdır bütün yollar; Buna, zənnimcə, bircə tədbir var. A.Şaiq. □ Bir kəs – bir adam, kimsə. [Leyla:] Bir kəsim varsa mənim; Harun, yenə sənsən və sən. Ü.Hacıbəyov. [Leyla xanım:] Bir kəs yoxdur, qardaş, təkəm… N.Vəzirov. [Hacı:] Baxdım, yox idi yaxında bir kəs; Gəldi qulağıma bir həzin səs. C.Cabbarlı. Heç kəs – kimsə, heç kim, bir nəfər də, bir adam da. Otaqda heç kəs yoxdur. Küçələrdə heç kəs yox idi. Heç kəsə bir söz demə. – [Hacı Murad:] …Heç kəsi buraya qoymazsan. S.S.Axundov. Nə qədər ki, Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Hər kəs – 1) hər bir adam, hər biri, hər şəxs. Hər kəsdən bacarığına görə, hər kəsə tələbinə görə. // Hamı. Oğul atasının təbiətini hər kəsdən yaxşı bilirdi. S.Rəhimov; 2) kim, hər kim. Xalq ilə hər kəs necə rəftar edər; Haqq onu ol dərdə giriftar edər. A.Səhhət. Hər kəs baxıb həqiqətdə, əncir ağacının dibində şamın yandığını görürdü… Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kəs
  • 2 KƏS f. nəfər, adam. KƏ’S ə. 1) kasa, qədəh, piyalə; 2) çiçək və bəzi bitkilərin alt hissəsini əhatə edən yaşıl qabcıq, kasacıq.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kəs

kəs sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəs sözünün rus dilinə tərcüməsi

  • 2 мест. в сочетаниях: bir kəs некто, кто-то, кто-нибудь. Bu gün bizə bir kəs gəlmişdi? сегодня к нам приходил кто-нибудь? heç kəs никто. Heç kəs bilmir никто не знает; hər kəs каждый. Bunu hər kəs bilməlidir это должен знать каждый

    Azərbaycanca-rusca lüğət / kəs

kəs sözünün inglis dilinə tərcüməsi

  • 1 əv. one, a person; bir ~ someone, anyone, somebody, anybody; heç ~ no one, nobody; hər (bir) ~ everyone, anyone, everyboby; Bir kəs səndən soruşsa... If anyone / anybody asks you...; O kəslər ki bizə kömək ediblər, xüsusi qeyd olunacaqlar Those who have assisted us will be mentioned particularly

    Azərbaycanca-ingiliscə lüğət / kəs

kəs sözünün fransız dilinə tərcüməsi

kəs sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] тӀв-эв. кас, инсан, вуж (гьим) ятӀани сад; bir kəs са кас, са вуж ятӀани; heç kəs гьич садни, са касни, са инсанни, садни; hər kəs а) гьар са кас; гьар сад; вири; б) гьар вуж (гьим) хьайитӀани, гьар нивай хьайитӀани.

    Azərbaycanca-ləzgicə lüğəti / kəs

"kəs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəs nədir? #kəs sözünün mənası #kəs nə deməkdir? #kəs sözünün izahı #kəs sözünün yazılışı #kəs necə yazılır? #kəs sözünün düzgün yazılışı #kəs leksik mənası #kəs sözünün sinonimi #kəs sözünün yaxın mənalı sözlər #kəs sözünün əks mənası #kəs sözünün etimologiyası #kəs sözünün orfoqrafiyası #kəs rusca #kəs inglisça #kəs fransızca #kəs sözünün istifadəsi #sözlük