KƏŞ sözü azərbaycan dilində

KƏŞ

Yazılış

  • KƏŞ • 56.3636%
  • kəş • 29.0909%
  • kəŞ • 10.9091%
  • Kəş • 3.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gərd-i Kəşan (Üşnəviyyə)
Gərd-i Kəşan (fars. گردكاشان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 380 nəfər yaşayır (71 ailə).
Kəşf
Kəşf nədir- təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanunauyğunluqların, xüsusiyyət və amillərin müəyyən edilməsi; təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətlər. Elmi-texniki inqilabın tərkib hissəsidir. Kəşf 1)arama, meydana çıxarma; 2)bilinməyən bir şeyi və ya yeri tapma, icad etmə; 3)köhnəlmiş söz: yoxlama, müayinə etmə, ətraflı tədqiq etmə; 4)maddi və mənəvi dünyanın əvvəllər məlum olmayan qanunauyğunluqlarının, xassələrinin və hallarının onların dərk edilməsi səviyyəsini köklü dəyişməsinə xidmətinin müəyyən edilməsi; 5)elmi kəşf – təbiət və cəmiyyət haqqında elmi biliklər sahəsində əldə edilən yeni nailiyyət. Elmin, texnikanın inkişafına prinsipcə yeni istiqamət verir və ictimai istehsalı kökündən dəyişir. Elimi kəşflər elm və texnikanın inkişafını sürətləndirir, ona təsdiq və ya inkar faktları verir. Kəşf də ixtira kimi təsaüdfən və ya məqsədli ola bilər. Məqsdəli kəşfi etməyin əsasında həmişə müşahidələrin, sınaqların və ya spekulyasiyaların aparılması üçün əla istedad durur. Yerin kəşfin tarixində qərb mədəniyyəti baxımından Xristofor Kolumbun dövrü aid edilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Kəşfi (Astara, İran)
Kəşfi (fars. كشفي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (27 ailə).
Kəşfiyyat
Kəşfiyyat — siyasi mövqelərə təqdim edilmək üzrə toplanmış və təhlil edilmiş izlemsel və ya taktika məzmunlu işlənmiş məlumatlara deyilir. Hər cür qaynaqdan əldə edilən xam məlumat əlaqəsiz kimi görünən parçalardan ibarət olan, ziddiyyətli, etibarsız, yanıldıcı və ya səhv ola bilər. Kəşfiyyat isə birləşdirilmiş, qiymətləndirilmiş, təhlil edilmiş, şərh olunmuş və ayırd edilmiş məlumatdır. Tamamlanmış bir kəşfiyyat, kəşfiyyat çevriminin nəticə məhsulu olan və siyasi təyin edicilərə təqdim edilməyə hazır olan işlənmiş məlumatdır.Hər dövlət üçün, ölkənin bölünməz bütünlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı içdən və xaricdən gələcək mövcud və ola biləcək təhdidlər haqqında məlumat yığmaq və kəşfiyyat meydana gətirmək üçün imtina edilməz bir ehtiyacdır. Kəşfiyyat dövlət üçün, rəqib və ya rəqib olması ola biləcək adam, təşkilat-quruluş, dövlətlər və digər təşkilatlar haqqında açıq və ya bağlı qaynaqlardan məlumat yığıb, təhlil etmə və qiymətləndirmələrə əsas tutaraq nəticəyə çatılması mənasını verməkdədir. == Sözün kökü == Kəşfiyyat, söz mənası olaraq xəbər alma mənasını versə də, anlayışın ifadə etdiyi məna, bir az daha genişdir və xəbər alma anlayışı kəşfiyyat anlayışının əhatə etdiyi müddətin yalnız bir addımıdır. kəşfiyyat anlayışı, ölkə təhlükəsizliyinin təmin edilməsi üçün qərar mexanizmlərinə lazımlı məlumatın toplanması, analiz və təsnif edilməsi, hesabatlandırılması və əlaqədar qərar vericilərə çatdırılması müddətidir.
Kəşfiyyat Mərkəzi İdarəsi
Kəşfiyyat idarəsi
Kəşfiyyat orqanı, hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya araşdırma apararaq məlumat və kəşfiyyat məlumatları toplayan dövlət orqanıdır. Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər qurumlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların toplanması və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır. Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumat toplamağı özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.
Kəşfiyyat orqanlarının siyahısı
Bu, ölkələrə görə kəşfiyyat orqanlarının siyahısı. Bura yalnız hazırda fəaliyyət göstərən qurumlar daxildir.
Kəşfiyyat təyyarəsi
Kəşfiyyat təyyarəsi – havadan hərbi kəşfiyyat aparmaq məqsədilə yaradılmış və ya modernizasiya edilmiş olan bir hərbi təyyarə növüdür. Bu cür təyyarələr, adətən, çox yüksəkdən uçaraq düşmənin radar sistemlərinə yaxalanmamaq şərti ilə düşmən torpaqlarından vizual görüntü və ya elektron kəşfiyyat məlumatları toplayırlar. Müasir müharibələrin hamısında bu cür kəşfiyyat təyyarələrinin xidmətlərindən istifadə edilmişdir. Bu cür təyyarələrdən Birinci dünya müharibəsi zamanında da istifadə edilmiş olsa da, bu təyyarələrdən daha effektiv şəkildə İkinci dünya müharibəsi zamanı və ondan sonrakı bir çox müharibələrdə istifadə edilmişdir. Kəşfiyyat təyyarələri müasir dövlətlərin silahlı qüvvələrinin və hərbi kəşfiyyat xidmətlərinin əvəzedilməz qüvvələrindən biri hesab olunur.
Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. == Strukturu == 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Kəşfül-Həqayiq
Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق‎; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması‎) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri. Kitab 3 cilddə yazılmışdır. == Haqqında == Hicri-qəməri təqvimi ilə 15 Şaban 1322-ci (1905) ildə nəşr edilən və Azərbaycan türkcəsində yazılmış Bakuvi təfsirinin tam adı "Kitab Kəşf əl-Həqaiq ən-Nuqə əl-Ayət və əd-Dəqaiq"dir. Təfsirin orijinal olaraq daşbasması halında və mikrofilm olaraq Bakı şəhərində Əlyazmaları İnstitutunda saxlanılır. Təfsirin daş basqısı üç cild olub I cildi adıkeçən kitabxanada XIV-9, 1858; II cildi XIV-3, 8543; III cildi isə XIV-7, 1864 nömrəli rəfdə yerləşir. Bu əsərin hər cildində bir müqəddimə var. I cild (müqəddimə xaric) 745 səhifə olub "Fatihə-Tövbə" surələri arası surələri əhatə edir. Müəllif birinci cildin on səhifədən ibarət müqəddiməsində İslam dini, ehkamları və ümumi xüsusiyyətləri haqqında məlumat verir.
Kəşfül-qülub
Kəşfül-qülub — Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Kəşkuiyə
Kəşkuiyə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının Kəşkuiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,150 nəfər və 1,428 ailədən ibarət idi.
Kəşkül
Kəşkül (türk. keşkül) — süddən və badamdan bişirilən bir növ Türkiyə şirniyyatıdır. Kəşkül, süd, döyülmüş badam, şəkər, düyü unu və kartof unu ilə bişirilir.Bişirmə texnikası Muhallebi kimidir. Qaynama sona çatarkən südün içinə hindistan qozu tozu tökülür. Kasalar vasitəsilə çəkilmiş badam, şamfıstığı və fıstıq ilə bəzənər. == Mənbə == Kəşkül Arxivləşdirilib 2011-12-17 at the Wayback Machine == Xarici keçidlər == Ne Pişirim?
Kəşkül (jurnal)
"Kəşkül" (az.-əski. کشکول‎) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet. == "Kəşkül" jurnalı == "Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub. === Təsisçi === Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir. C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir.
Kəşkül (qəzet)
"Kəşkül" (az.-əski. کشکول‎) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet. == "Kəşkül" jurnalı == "Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub. === Təsisçi === Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir. C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir.
Kəşküllü
Kəşküllü (fars. کشکولی Kəşkuli‎) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. I Dünya müharibəsi ərəfəsində Kəşküllü tayfasının əsas gəlir mənbələrindən biri, Şiraz–Buşehr marşrutu üzərində yerləşən və tayfaya mənsub Kazerun bölgəsində toplanılan vergiylə əlaqədar Qaşqayı elinin elxanı İsmayıl xan Qaşqayla tayfanın başçıları arasında narazılıq yaranmış, nəticədə müharibə zamanı tayfa elxana və onun müttəfiqi almanlara qarşı ingilisləri dəstəkləmişdi. I Dünya müharibəsi sona çatdıqdan sonra İsmayıl xan Kəşküllü tayfasından xana qarşı loyal olan iki tirəni ayırdı və onları müstəqil tayfalara çevirdi. Beləliklə üç yeni tayfa yarandı: Böyük Kəşküllü (fars. کشکولی بزرگ Kəşkuli-yi Bozorg‎), Kiçik Kəşküllü (fars. کشکولی کوچک Kəşkuli-yi Kuçək‎) və Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎). == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç.
Kəşmir
Kəşmir — Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər. Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.
Kəşmir dili
Kəşmir dili — Hind Avropa və Hind İran dil ailələrinin Dard dilləri qrupunda iştirak edən və Hindistan və Pakistan sərhədində Kəşmir bölgəsində danışılan bir 7,1 milyon nəfər tərəfindən danışılmaqdadır. Hindistanın 22 rəsmi dillərindən biridir.
Kəşmir münaqişəsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Kəşmir problemi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Kəşmir sultanlığı
Kəşmir sultanlığı — 1339–1540 və 1551–1589-ci illərdə Kəşmir vilayətində iqtidarda olan müsəlman sultanlığı. 1587–1589-cu illərdə Böyük Moğol İmperiyasına birləşdirilmişdir. == Tarixi == Sultan Şəmsəddin adlı bir şəxs dərviş libasında Kəşmirə gəlir. O dövrdə buranı bir qadın idarə edirdi. Amma Kəşmirin hər mahalında bir hakim vardı. Sultan Şəmsəddin bu xanıma xidmət etməyi gərəkli bildi. Bir neçə vaxtdan sonra xanım ona ərə getməyi təklif etdi.
Kəşmir tarixi
Kəşmir tarixi — Kəşmirin keçmişi. Kəşmir — Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər.1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər. Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı mudaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.
Kəşmir vadisi
Kəşmir vadisi — Böyük Himalay dağları və Pir-Pəncəl silsiləsi arasında tektonik çökəklik. 1600 m yüksəklikdədir. Uzunluğu təqribən 200 km, eni isə 65 km-dir. İqlimi mülayim istidir. Çoxlu göl var. Vadidən gəmiçiliyə yararlı Celam çayı axır. Palıd, göyrüş, ağcaqayın meşələri, yamaclarında iynəyarpaqlı meşələr var. İqlim kurortudur. Turizm inkişaf etmişdir. Hindistanın Srinaqar şəhəri Kəşmir vadisindədir.
Kəşmirdə məhəbbət (film, 1965)
Kəşmirdə məhəbbət (Rom: Arzoo; tərcüməsi: Arzu) 1965-ci ildə Ramanand Saqarın rejissoru olduğu Bollivud filmidir. Baş rollarda Racendra Kumar, Sadhana və Feroz Xan çəkilib. Film 1965-ci ilin blokbaster filmlərindən biri olmuş və həmin ilin 4-cü gəlir gətirən filmi idi. Kəşmirdə məhəbbət həyat və tale üzərində qələbə çalan sevginin hekayəsidir. “Əlillərə nifrət etmək” mövzusu Navin Nischol və Shabana Azminin baş rollarında oynadığı Racşirinin (Rajshri) çəkdiyi Ek Baar Kahoda filmində də əsas mövzu olmuşdur. == Süjet xətti == Qopal (Racendra Kumar) xizək idmanı üzrə çempiondur. O, Cammu və Kəşmirdəki tətillərində Uşa (Sadhana) ilə özünü Sarju kimi təqdim edərək tanış olur. Sonradan onların hər ikisi bir-birlərinə aşiq olurlar. Bir gün Uşa Qopala əlilləri sevmədiyini deyir. Onun fikrincə, əlil həyatı yaşamaqdansa, ölmək daha yaxşıdır.

kəş sözünün leksik mənası və izahı

"kəş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəş nədir? #kəş sözünün mənası #kəş nə deməkdir? #kəş sözünün izahı #kəş sözünün yazılışı #kəş necə yazılır? #kəş sözünün düzgün yazılışı #kəş leksik mənası #kəş sözünün sinonimi #kəş sözünün yaxın mənalı sözlər #kəş sözünün əks mənası #kəş sözünün etimologiyası #kəş sözünün orfoqrafiyası #kəş rusca #kəş inglisça #kəş fransızca #kəş sözünün istifadəsi #sözlük