Kəşmiri sözü azərbaycan dilində

Kəşmiri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kəşmiri • 61.9048%
  • kəşmiri • 38.0952%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəşmiriyyət
Kəşmiriyyət (kəşm. कश्मीरीयत, کشمیریّت) — kəşmirlilərin mədəni dəyərlərinin etno-milli və sosial şüuru. Təxminən XVI əsrdə özlərini Kəşmirlə eyniləşdirən və Kəşmiri vətənləri adlandıran bir icma meydana çıxmışdır. Kəşmir münaqişəsi, eləcə də müsəlmanlar və hindular arasında toqquşmalar milli kimlik məsələsini çox kəskinləşdirmişdir. Bununla belə, 2007-ci ildə Yeni Dehlidə İnkişaf etməkdə olan Cəmiyyətlərin Tədqiqi Mərkəzinin keçirdiyi sorğuya görə, Srinaqar əhalisinin 84%-i Kəşmir panditlərinin geri qayıtmasını görmək istəyir. Rəyin respondentlərinin 92 faizi Kəşmirin etnik və dini zəmində bölünməsinin əleyhinədir. == Zəmin == Kəşmir etnik, mədəni və dini baxımdan çox rəngarəngdir. Region tarixən hinduizm və buddizmin mühüm mərkəzidir. Orta əsrlərdə Kəşmirdə islam yayılmağabaşlamış və XVIII–XIX əsrlərdə siqhizm bölgəyə yayılmışdır. Bu dörd dinin mif və ənənələrində Kəşmir mühüm yer tutur.

kəşmiri sözünün leksik mənası və izahı

kəşmiri sözünün etimologiyası

  • 1 Hindistanın ən şimal bölgəsi olan Kəşmir zaman-zaman müxtəlif imperiyaların tərkibində olduğundan tarixdə iz buraxmayıb. Əvvəlcə o, Moğollar dövlətinin, sonra Əfqanıstanın, daha sonra sikx şahlığının və nəhayət, Britaniya Hindistanının bir hissəsi olub. 1947-ci ildə ingilislər Hindistandan getdikdən sonra iki müstəqil dövlət – Hindistan və Pakistan yarandı. Bununla belə, Kəşmirin statusu qeyri-müəyyən olaraq qaldı. Kəşmirin əhalisinin, əsasən, müsəlmanlardan ibarət olmasına baxmayaraq ora, adətən, induizmin təmsilçisi tərəfindən idarə olunub. Bu əraziyə həm Hindistan, həm də Pakistan iddia edib, bura hazırda da böyük hissəsi Hindistana məxsus olmaqla bölünmüş vəziyyətdədir. Kəşmir daha çox paytaxt Şriniqarda Kəşmir keçiləri adlanan, əhliləşdirilmiş Asiya keçilərinin zərif yunundan alınan yun ilə tanınır. Bu yundan istehsal olunan parça bütün məlum parçaların ən məşhurudur. Buranın məhsulu olan şallar Kəşmir şalı adlanır. “Kəşmiri” sözü isə Kəşmir keçisinin yunundan alınıb-alınmamasından asılı olmayaraq keyfiyyətli yundan hazırlanmış istənilən parçadan söz düşəndə işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / kəşmiri

kəşmiri sözünün rus dilinə tərcüməsi

kəşmiri sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#kəşmiri nədir? #kəşmiri sözünün mənası #kəşmiri nə deməkdir? #kəşmiri sözünün izahı #kəşmiri sözünün yazılışı #kəşmiri necə yazılır? #kəşmiri sözünün düzgün yazılışı #kəşmiri leksik mənası #kəşmiri sözünün sinonimi #kəşmiri sözünün yaxın mənalı sözlər #kəşmiri sözünün əks mənası #kəşmiri sözünün etimologiyası #kəşmiri sözünün orfoqrafiyası #kəşmiri rusca #kəşmiri inglisça #kəşmiri fransızca #kəşmiri sözünün istifadəsi #sözlük