kəsdirmək sözü azərbaycan dilində

kəsdirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəsdirmək • 98.0000%
  • Kəsdirmək • 2.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2004 ••••••••• 0.34
2007 •••••• 0.21
2009 •••••••••••••••••••• 0.80
2010 ••••••• 0.27
2011 ••••••••••••• 0.51
2012 ••••• 0.17
2013 ••••••••••••••• 0.58
2014 ••••• 0.17
2015 ••••• 0.17
2016 ••••• 0.17
2019 ••••••••••• 0.42
2020 •••• 0.13

kəsdirmək sözünün leksik mənası və izahı

  • 1 1. icb. Başqasına kəsmək işi gördürmək. Şalbanın başını kəsdirmək. Ağacı kəsdirmək. İtin quyruğunu (qulağını) kəsdirmək. Meşəni kəsdirmək. Meynələri kəsdirmək. – [Səfər bəy:] Kəsdirəcəyəm qoyunu, bişirdəcəyəm kababı. B.Talıblı. [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İbrahimov. 2. f. Bir yerdə dayanıb gözləmək, dayanıbdurmaq, durub əl çəkməmək. Aslan isə, vaxt keçir, deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. C.Cabbarlı. [Zərifə:] Sabah tezdən maarif şöbəsinin qapısını kəsdirdim. T.Ş.Simurq. Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu. Alacaqlılar qapısını kəsdirdilər. S.Hüseyn. □ Yanını kəsdirmək – birinin yanından əl çəkməmək, daim yanında olmaq. Xəstənin yanını kəsdirmək. – [Ağcaqız:] Şahsənəm düz bir saatdır ki, kəsdirib yanını, ayılmayırsan. “Aşıq Qərib”. [Kərəm:] Kəsdirəydim yastığının yanını; Bir tutaydım kirpiyinin sanını. “Əsli və Kərəm”. Qulu səhər tezdən mədənin yanını kəsdirmişdi. A.Şaiq. 3. icb. Verməyə qoymamaq, davam etdirməyə mane olmaq, icazə verməmək, saxlamaq. Təqaüdünü kəsdirmək. Qazı (suyu, işığı) kəsdirmək. 4. icb. Sifarişlə bir şey hazırlatmaq. [Koroğlu:] Əzəldən bilsəydim sənin halını; Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”. 5. icb. Biçdirmək. Paltarlarını kəsdirmək. 6. icb. Çəpərlətmək, hasarlatmaq, aranı çəpər (hasar, barı) ilə böldürmək. Aranı kəsdirmək. 7. f. Qəti qərara gəlmək; müəyyənləşdirmək. Ezamiyyətə getməyi kəsdirdi. – Beləcə aydın bir mühakimədən sonra Qurbanlı öz aləmində Ruhnəvazla evlənməyi kəsdirdi. Çəmənzəminli. // Təxmin etmək, başa düşməyə çalışmaq. İndi o və mən bir-birimizin gözlərinə baxıb, kimin sözə başlayacağını kəsdirmək istəyirdik. H.Nəzərli. 8. f. köhn. Sünnət etdirmək. Uşağı kəsdirmək. ◊ Kəsdirə bilməmək – müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təxmin edə bilməmək, qərara gələ bilməmək. Ulduz bunun nə demək olduğunu, hara düşdüyünü kəsdirə bilmədi. Ə.Məmmədxanlı. Qız … [Adiləyə] nə cavab verəcəyini, onunla nə tərzdə danışacağını kəsdirə bilmədi. Q.İlkin.

    Azərbaycan dilinin izahlı lüğəti / kəsdirmək

kəsdirmək sözünün rus dilinə tərcüməsi

  • 1 1 глаг. понуд. kimə nəyi: 1. заставить, просить кого резать, зарезать, отрезать, срезать, срубить. Ağacı kəsdirmək просить срубить дерево, qoyun kəsdirmək просить зарезать барана 2. заставить, просить прекратить подачу чего-л. Suyu kəsdirmək просить прекратить подачу воды 3. заставить, просить вырезать что-л. из чего-л. Nal kəsdirmək просить вырезать подкову 4. заставить, просить кроить платье 5. заставить, просить отделить что-л. Aranı kəsdirmək заставить отделить перегородкой 6. разг. совершить обряд обрезания (над мальчиком) 2 глаг. диал. решить, порешить. Məzuniyyətə getməyi kəsdirdi он решил уйти в отпуск; kəsdirə bilmədi (он) не смог определить; (он) не смог понять; kəsdirə bilmirəm: 1. не могу определить; 2. не могу понять 3 глаг. неотступно находиться где-л. или рядом с кем-л. ◊ kəsdirib durmaq haranı постоянно находиться где; başının üstünü kəsdirmək kimin стоять над душой кого, чьей

    Azərbaycanca-rusca lüğət / kəsdirmək

kəsdirmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to make* smb. cut / cut off (out, down); to have* smth. cut / cut off (out, down); O, ağacı mənə kəsdirdi He made me cut the tree; Saçlarımı kəsdirmək istəyirəm I want to have my hair cut (off / down); toyuq / qoyun ~ to have* a hen / a sheep killed / slaughtered; 2. (dayandırtmaq) to make* smb. break off (d.), to make* smb. to sever (d.); to make* smb. put an end (to); to make* smb. stop (d.) / to bring smth. to a stop; Mən onlara söhbəti kəsdirərəm I’ll make them break off / stop the conversation; I’ll make them shut up; 3. (suyu, qazı və s.) to have (d.) shut (up); 4. (maaşı və s. azaltdırmaq) to have* (d.) docked; bir kəsin maaşını ~ to have* smb’s salary docked; 5. (biçdirmək) to have* (d.) cut / cut out; Bu parçanı kəsdirmək istəyirəm I want to have the cloth cut out; 6. (aranı çəpərlətmək, hördürmək) to make* smb. fence off / partition off (d.); to have* smth. fenced off / partitioned off; 7. (yanından əl çəkmək) to stick* (to), to stay attached (to), to keep* close (to); bir kəsin yanını ~ to stick* / to adhere to smb.; 8. (anlamaq) to understand*, to comprehend; (dərk etmək) to realize (d.); (qət etmək) to decide, to make* up one’s mind

    Azərbaycanca-ingiliscə lüğət / kəsdirmək

kəsdirmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) faire couper ; faire trancher ; faire arrêter, faire interrompre, faire rompre ; 2) faire défalquer ; bir kəsin maaşını ~ faire réduire le salaire de qn ; 3) couper (biçdirmək) ; Bu parçanı ~ istəyirəm. Je veux faire couper cette éfoffe ; 4) enclore vt, entourer d’une clôture (çəpərlətmək)

    Azərbaycanca-fransızca lüğət / kəsdirmək

kəsdirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. icb. атӀуз тун, атӀуз гун (мес. ттар, яд, газ ва мс.); ağacı kəsdirmək ттар атӀуз тун; suyu kəsdirmək яд атӀуз тун; 2. icb. тукӀваз тун, тукӀваз гун (мес. хеб, дана); toyuğu kəsdirmək верч тукӀваз тун; 3. гл. са чкадал акъвазна вилив хуьн, акъвазун, гъил къачун тавун, гьанал чка кьун; рак атӀун, фена (атана) рикӀинихъ акъвазун (мес. бурж вугай кас); // yanını kəsdirmək садан къвалавай гъил чӀугун тавун, гьамиша къвалав (патав) хьун (мес. азарлудан); 4. icb. ийиз тун, ийиз гун; лагьана расиз тун (гун), гьазуриз тун (мес. лиэнар); 5. icb. хкатӀиз тун, хкатӀиз гун (мес. ппек); 6. icb. атӀуз тун (гун), пайиз тун (юкьвай жугъун, чапар, пару чӀугуна); aranı kəsdirmək ара атӀуз тун; 7. гл. къетӀ авун, къетӀи къарардал атун; тайин авун; тахмин авун; 8. гл. куьгьн. суьрнетиз тун, суьрнетиз гун (мес. аял); uşağı kəsdirmək аял суьрнетиз тун; ** kəsdirə bilməmək тайин ийиз тахьун; тахмин ийиз тахьун, къетӀи къарардал къвез тахьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kəsdirmək

"kəsdirmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəsdirmək nədir? #kəsdirmək sözünün mənası #kəsdirmək nə deməkdir? #kəsdirmək sözünün izahı #kəsdirmək sözünün yazılışı #kəsdirmək necə yazılır? #kəsdirmək sözünün düzgün yazılışı #kəsdirmək leksik mənası #kəsdirmək sözünün sinonimi #kəsdirmək sözünün yaxın mənalı sözlər #kəsdirmək sözünün əks mənası #kəsdirmək sözünün etimologiyası #kəsdirmək sözünün orfoqrafiyası #kəsdirmək rusca #kəsdirmək inglisça #kəsdirmək fransızca #kəsdirmək sözünün istifadəsi #sözlük