Bektaş sözü azərbaycan dilində

Bektaş

Yazılış

  • Bektaş • 97.9798%
  • bektaş • 2.0202%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bektaş xan
Bektaş xan Qorci (vəfatı 1639) olaraq da bilinən Bektaş xan I Şah Səfinin (1629-1642) dövründə 1631-1638-ci illəri arasında Bağdad qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru və qulamı. 1623-39-cu illərdə davam edən Osmanlı-Səfəvi müharibəsi zamanı Osmanlılar şəhəri ələ keçirdikdə onun vəzifəsi 1638-ci ildə başa çatdı. == Tərcümeyi-hal == Bektaş xan Mirimanidze sülaləsinin üzvü idi, bu sülalənin üzvləri I Şah Abbasın hakimiyyətinin (1588-1629) gəlişi ilə Səfəvi sıralarında durmadan yüksəlmiş, lakin əvvəllər də nüfuzlu vəzifələr tutmuşdu. Bacısı oğlu Səfiquli xanın (Mirman Mirimanidze) ölümündən sonra onun yerinə Bağdad qubernatorluğuna Bektaş xan keçdi. Bektaş xan əvvəlki mühasirələrdə zədələnmiş istehkamları xeyli təmir etdi. O, həmçinin düşmənin divarlara yaxınlaşmaması üçün də geniş tikinti işləri aparmışdır. 1638-ci il tarixli Osmanlı mühasirəsi zamanı Bektaş xan sərt müqavimət göstərdi və şəhərin ələ keçirilməsinə qədər təxminən altı həftə çəkdi. Bektaş xan Bağdadın süqutundan bir il sonra vəfat etdi. == İstinadlar == == Mənbələr == Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East.
Bektaş xan Türkman
Bektaş xan Türkman və ya Kaxetiyalı Bektaş xan (? - ö. 1615) — Səfəvi dövlətinin hərbi xadimi və Kaxetiyanı idarə etmək üçün təyin olunmuş ilk Qızılbaş. == Həyatı == Bektaş xannı atası nüfuzlu Qızılbaş əmirlərindən olan Məhəmməd xan Türkman, anası isə Kaxetiyanın hakimi olan II Aleksandrın qızıdır. II Aleksandr eyni zamanda Konstantinin atasıdır və Konstantin də Bektaşın bacısı ilə evlənmişdir. Beləliklə, Konstantin və Bektaş həm qayın-kürəkən olmaqla yanaşı, həm də dayı-bacı oğlu olmuşdurlar. Professor Hirotake Maedaya görə, bu cür evliliklər Şah I Abbasın siyasəti nəticəsində meydana gəlmişdir. Belə ki, şahın siyasətinin məqsədi gürcü və Qızılbaş elit ailələri arasında evliliklər meydana çıxarmaqla, qan qohumluğu yaratmaq idi. Ənənəvi olaraq Təbriz hakimliyi edən Türkman tayfası mənsubu olan Bektaş Şah I Abbasın əmri ilə Kaxetiyaya göndərildi. Onu bu təyinat zamanı Şahzadə Konstantın və Türkamn tayfasından olan döyüşçülər müşayiət edirdi.
Hacı Bektaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bektaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Mirzəli bəy Bektaşov
"Mirzəli bəy Bektaşov — Naxçıvan İnqilab Komitəsinin sədri Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular.
Rövşanə Bektaşi
Rövşanə Ağasəfqızı - 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Bektaşi Ordeni Suveren Dövləti
Bektaşi Ordeni Suveren Dövləti ― Albaniyada yaradılması planlaşdırılan cırtdan dövlət və şəhər-dövlət. Bektaşi Ordeni Suveren Dövlətinin Albaniyanın paytaxtı Tirananın içində anklav olması və bektaşilərin hal-hazırkı, bütün dünya üzrə qərargahında yerləşməsi planlaşdırılır. == Tarixi == Bektaşi ordeni XIII əsrdə Osmanlı imperiyasında yaradılan sufi mistik təriqətdir. Bektaşi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir. Bektaşilər həm sünnilər, həm şiələr tərəfindən bidətçi qəbul edilir. Mustafa Kamal Atatürk 1925-ci ildə bu təşkilatın lojalarını bağlamışdır. Beləliklə, təşkilat Türkiyədən Albaniyanın paytaxtı Tiranaya köçmüşdür. Albaniyada kommunizm dövründə təşkilat qadağan edilmişdir. Kommunizm dövründə təşkilatın mülklərində anbarlar tikilmiş, rejimin süqutundan sonra da bektaşilərin torpaqlarının kənarlarında mülki evlər tikilmişdir. 2024-cü ildə Albaniyanın baş naziri Edi Rama, dini tolerantlıq nümunəsi olaraq, Albaniyada və dünyanın qalan hissəsində İslama daha müsbət baxışları təbliğ etmək üçün Bektaşi Ordeninin Suveren Dövlətini yaratmağı planlaşdırdığını elan etmişdir.

"bektaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bektaş nədir? #bektaş sözünün mənası #bektaş nə deməkdir? #bektaş sözünün izahı #bektaş sözünün yazılışı #bektaş necə yazılır? #bektaş sözünün düzgün yazılışı #bektaş leksik mənası #bektaş sözünün sinonimi #bektaş sözünün yaxın mənalı sözlər #bektaş sözünün əks mənası #bektaş sözünün etimologiyası #bektaş sözünün orfoqrafiyası #bektaş rusca #bektaş inglisça #bektaş fransızca #bektaş sözünün istifadəsi #sözlük