* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ing.] 1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd. Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı. Qol çəkdi. M.Hüseyn. [Salmanov:] Çekləri, möhürü götürdüm, axtardım, bəlkə cibində nağd pulu var. S.Rəhman. 2. Üzərində alınan mal üçün kassaya ödəniləcək məbləğ göstərilən və ya alınan mal üçün pulun kassaya ödənildiyini təsdiq edən sənəd; qəbz. Satıcıya çek yazdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti / çek2 Orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləşdirilməyən yazılı sərəncamından ibarətdir
Terminlər lüğəti / çek3 is. □ Çek klirinqi - bir bank tərəfindən yazılan çekin digər bank tərəfindən qəbul edilməsi kimi banklararası pul fondlarının hərəkət sistemi. Çek investisiya fondu - əhalidən özəlləşdirmə çekləri qəbul edərək, mübadilə əsasında onları fond səhm sahibi edən ixtisaslaşmış investisiya fondu növlü maliyyə təsisatı. Çek kitabçası - broşür (kitabça) halına salınmış çek formulları bloku. Bank tərəfindən xüsusi çek dövriyyəsi aləti olaraq müştəriyə verilir. Çek kitabçası vasitəsilə təkcə nağd pul alınması deyil, eyni zamanda nağdsız hesablaşmalar da aparılır.
Yeni sözlər və yeni mənalar lüğəti / çek1 I сущ. чек: 1. документ с распоряжением вкладчика банку о выдаче предъявителю определённой суммы с текущего счёта. Pul çeki чек на деньги, büdcə çeki бюджетный чек, haqq-hesab çeki расчётный чек, şəxsi çek именной чек, çekin kötüyü корешок чека 2. талон из кассы с обозначением суммы, полученной за товар или в кассу от продавца с указанием суммы, которую следует уплатить. Kassa çeki кассовый чек, çek yazmaq (yazdırmaq) выписать чек, çek vurmaq (vurdurmaq) выбить чек II прил. чековый (относящийся к чеку). Çek əməliyyatları чековые операции, çek kitabçası (dəftəri) чековая книжка; çek sahibi чекодержатель; özəlləşdirmə çekləri приватизационные чеки (ваучеры)
Azərbaycanca-rusca lüğət / çek1 i. cheque, check; ~i ödəmək to meet* a cheque; ~ yazmaq to draw* a cheque
Azərbaycanca-ingiliscə lüğət / çek1 is. chèque m ; ~lə ödəmək payer par chèque ; ~ yazmaq libeller un chèque
Azərbaycanca-fransızca lüğət / çek