çök sözü azərbaycan dilində

çök

Yazılış

  • çök • 66.6667%
  • Çök • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1929-cu il birja çöküşü
1929-cu ilin birja çöküşü — 24 oktyabr 1929-cu il Qara Cümə axşamı günü başlayan və Qara Cümə (25 oktyabr), Qara Bazar ertəsi (28 oktyabr) və Qara Çərşənbə axşamı (oktyabr) günlərində fəlakətli nisbətdə olan ABŞ səhmlərinin qiymətlərində kütləvi enişidir. Wall Street Crash kimi tanınan bu birja çökməsi Böyük Depressiyanın başlanğıcı idi. == Tarixi == Çöküşdən əvvəl 1920-ci illərin ortalarında spekulyativ bum baş verdi, bu zaman çoxlu sayda adi amerikalı şirkətlərin iqtisadi göstəricilərinə deyil, səhm qiymətlərinin yüksəlməsinə əsaslanaraq səhmlər aldı. Artan tələb qiymətləri şişirdi, bu da səhmlərdə spekulyasiya etməklə varlanmaq istəyən daha çox sakini cəlb etdi. Bu, iqtisadi köpüyün yaranmasına səbəb oldu. Eyni zamanda, bir çox amerikalılar əvvəllər alınmış qiymətli kağızların təminatı qarşılığında banklardan lazımi vəsaiti borc alaraq kreditlə səhmlər alırdılar. 1929-cu il sentyabrın 3-dən başlayaraq 381,17 pik həddinə çatan Dow Jones sənaye orta indeksi düşməyə başladı. Cümə axşamı, 24 oktyabr 1929-cu il, indeks artıq sentyabr ayı ilə müqayisədə təxminən 20% itirdi və 305,85 ətrafında idi. Birjanın açılışından əvvəl də çaxnaşma yaranmışdı, çünki artıq əvvəlki gün indeks 4,6% aşağı düşüb. Açılışla panika daha da gücləndi.
Abissal çöküntülər
Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir. "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.
Adi çökükburun
Çibiş bibikinə (lat. Vanellus vanellus) — Bozcalar fəsiləsinə aid quş növü.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Allüvial çöküntülər
Allüvial çöküntülər — Daimi və müvəqqəti çayların axını tərəfindən gətirilib çay dərələrində, yer səthinin çökək sahələrində çökdürülən aşınma materiallarına deyilir. Allüvial çöküntülər çınqıl, gil, qum və s.- dən ibarətdir. Çökdürmə şəraitinə görə alüvial çöküntülərin aşağıdakı növləri var: yataq subasar axmazlarTermin 1823-cü ildə ingilis alimi U. Baklend tərəfindən təklif edilmişdir.
Amundsen çökəkliyi
Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi. Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
Buzlaq çöküntüləri
== Buzlaq çöküntüləri == Buzlaq çöküntüləri- quru səthində buzlaqların və buzlaq sularının fəaliyyəti nəticəsində əmələ gələn çöküntülər kompleksinə deyilir. Aysberqlərin tərkibində olan və onların əriməsi ilə əlaqədar dəniz və okeanların dibində toplanan ( dəniz-qlyasial) çöküntülərə də buzlaq çöküntüləri deyilir.
Böyük çöküş
Böyük Çöküş (ing. Big Crunch) — nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir: O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq.
Bеqоniyаyаrpаq çökə
Cənubi Sandviç çökəkliyi
Cənubi Sandviç çökəkliyi — dərin nov Atlantik okeanın cənubunda, Cənubi Sandviç adaları sahilləri boyunca (şərq sahili) uzanır. Novun uzunluğu 1200 km təşkil edir. Maksimum dərinliyi 8428 metrdir. V-formaya malikdir. Eni 6000 km-dən 100 km arasında dəyişir. Dərinliyin dibində isə bir necə milometrə çatır.
Dəniz çöküntüləri
Dəniz çöküntüləri - dəniz hövzələrinin dib çöküntüləri == Haqqında == Dəniz çöküntüləri termin dar çərçivədə dənizlərin, geniş mənada isə Dünya okeanının çöküntüləri üçün tətbiq edilir. Dəniz çöküntüləri müxtəlif mənşəli: terrigen (qurudan gətirilən), biogen (dəniz orqanizmləri vasitəsilə yaradılan), vulkanogen (sualtı və yerüstü vulkan tullantılarından yaranan), xemogen (kimyəvi və ya biokimyəvi yolla dəniz suyundan çökmüş) olur. Bu və ya digər kompanentin üstünlük təşkil etməsinə görə dəniz çöküntüləri terrigen, biogen, vulkanogen və hemogen tiplərə bölünür. Terrigen çöküntülər (qırıntılı, gilli) daha geniş yayılmışdır ki, onların da qranulometrik tərkibi dəniz suyunun müxtəlif tipli hərəkətlərinin (dalğa, axın) təsiri altında və dibin relyefindən asılı olaraq formalaşır. Mötədil iqlimli humid zonanın dərin dənizlərində diatom çöküntüləri yaranır, tropik zona dənizlərində isə biogen karbonattoplanma prosesi gedir (mərcan, qabıq, foraminifer və b.). Xemogen (karbonat, halogen) tipli dəniz çöküntüləri əsasən arid zonanın qitədaxili dənizlərində əmələ gəlir. Dəniz çöküntüləri adətən bu və ya digər dəniz fauna və flora qalıqları saxlayır. Dayaz şelf çöküntülərində bu qalıqlar daha çox olur, dərinlik çöküntülərində isə çox az və ya heç olmur. == Dəniz çöküntülərinin təsnifatı == Dəniz çöküntülərinin təsnifatı müasir dəniz hövzələri çöküntülərinin qrup, tip və yarım tipə bölünmə sistemi. Dəniz çöküntülərinin təsnifatı ilk dəfə Merrey və Renar (1891) təklif etmişlər.
Eritrositlərin çökmə sürəti
Eritrositlərin çökmə sürəti - (EÇS) qandakı eritrositlərin çökmə sürətidir. Bu qeyri-spesifik müayinə metodu iltihabi proseslərin mövcud olması barədə şübhələr olduqda və ya onların gedişini öyrənmək məqsədi ilə aparılır. Müayinəyə əsas göstərişlər iltihabi proseslər, infeksion xəstəliklər və profilaktika məqsədi ilə aparılan müayinə skrininqləri aiddir. == Metodun aparılması == EÇS Westergren metodu deyilən sedimentasiya ilə ölçülür. Bu zaman 1.6 ml qan 0.4 ml 3.8 faizli Natrium-sitrat məhlulu ilə qarışdırılır. Burada məqsəd, laxtalanmanın qarşısını almaqdır. Belə ki, sitrat ionları qanda laxtalanma üçün lazım olan kalsium (Ca) ionları ilə birləşib laxtalanma prosesinin qarşısını alır. Bu qarışıq 200 mm uzunluğundakı şüşə yaxud plastik sınaq borusuna tökülür. Bu zaman eritrositlər özlərinin ağırlıq qüvvəsinin təsiri altında çökməyə başlayır. Nəticə, adətən, bir saatdan sonra mövcud çöküntünün uzunluq ölçüsü ilə müəyyən olunur.
Flüvioqlyasial çöküntülər
== Flüvioqlyasial çöküntülər == Flüvioqlyasial çöküntülər – buzlaq sularından çökən çöküntülərə deyilir. Flüvioqlyasial çöküntülər əsasən çınqıl, və müxtəlif yatımlı yaylı qumlardan ibarətdir. Flüvioqlyasial çöküntülər iki növə ayrılır- buzlaqdaxili (intraqlyasial) və buzlaqyanı( periqlyasial) çöküntülər Flüvioqlyasial çöküntülər özünəməxsus relyef formaları ( ozlar, kamlar, zandr çölləri və s.) əmələ gətirirlər.
Göl çöküntüləri
Göl çöküntüləri- qırıntı (çınqıl, qum, gil),kimyəvi və üzvi materiallardan təşkil olunmuş, göl dibində əmələ gəlmiş çöküntülər. G.c.şirin sulu (terrigen çöküntülər-sapropel, diatomit), duzlu (terrigen, kimyəvi çöküntülər soda, mirabilit, qalit və b.)və vulkanik (kraterdə) çöküntülərə ayrılır.
Göl çökəkliyi
Göl çökəkliyi- yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin,eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir.Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Hemipelagik çöküntülər
Hemipelagik çöküntülər - dərin dənizlərdə və okeanın orta dərinliklərində əmələ gəlir və qitə yamacının aşağı hissəsini və qitə ətəyini əhatə edir (Dietz and Holand, 1966); çöküntütoplanmanın üst sərhədi təxminən 2000m izobatı üzrə, alt sərhədi isə 4000–5000 m dərinlikdə, yəni karbonattoplanmanın "böhran" dərinliyindən keçir. Bu dərinliklərdən aşağıda plankton foraminifer qabıqları soyuq suda həll olunduğundan karbonat çöküntülər əmələ gəlmir, yuxarıda isə biogen mənşəli alevritli və qumlu karbonat fraksiyası zəngin olur. == Həmçinin bax == Dəniz Okean Qitə Karbonat çöküntüləri == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hemogen çöküntülər
Hemogen çöküntülər – dib çölüntülərinin tərkib hissəsi olub kimyəvi reaksiya nəticəsində gölün dibinə çökən duzlar.
Kermadek çökəkliyi
Kermadek çökəkliyi - Sakit okeanın cənub-qərb hissəsində 10 047 m dərinliyində yerləşən dünyanın ən dərinsulu çökəkliklərindən biri. Sakit okean plitəsi Hind-Avstraliya plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Kermadek adalarının şərq dağətəyində meridional istiqamətdə yerləşir. Uzunluğu 1200 km. Kermadek 1889-cu ildə "Penguin" ("Pinqvin") adlı Britaniya gəmi ekspedisiyası tərəfindən tapılıb. Onun dərinliyini 1958-ci ildə Sovet elmi-tədqiqat gəmisi "Vityaz" ölçüb. Çökəklik Yuon de Kermadekin şərəfinə adlandırılıb.
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. == Coğrafiyası == Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. == Geologiya == Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. == Relyefi == Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Korrelyat çöküntülər
Korrelyat çöküntülər-(rus. коррелятные отложе¬ния, ing. correlative sediments) dağların parçalanması hesabına onların ətəyində toplanan çöküntülər, skulptur relyeflə bir vaxtda yaranır. Adətən K. ç. parçalanma mənbəyinə yaxın sahələrdə kobud çöküntülərin toplanması, nisbətən xırda dənələrin daha uzaqlara aparılması ilə əlaqədar zonal quruluşa malik olur. K. ç. görə skulptur relyefin yaşı və inkişaf tarixi təyin edilir.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20-30 km (mərkəzi hissədə 1-2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17-15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.
Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi
Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi. Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.

"çök" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çök nədir? #çök sözünün mənası #çök nə deməkdir? #çök sözünün izahı #çök sözünün yazılışı #çök necə yazılır? #çök sözünün düzgün yazılışı #çök leksik mənası #çök sözünün sinonimi #çök sözünün yaxın mənalı sözlər #çök sözünün əks mənası #çök sözünün etimologiyası #çök sözünün orfoqrafiyası #çök rusca #çök inglisça #çök fransızca #çök sözünün istifadəsi #sözlük