çöl-düz sözü azərbaycan dilində

çöl-düz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çöl-düz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Ağ düz
Ağdüz və ya Ağduz;
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
Düz Cırdaxan
Düz Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Rayonun ərazisində Cırdaxan adlı iki kəndi fərqləndirmək üçün Əsrikçayın sahilindəki kənd Əsrik Cırdaxan, düzənlikdəki kənd isə Düz Cırdaxan adlandırılmışdır. Kəndin tarixi monqollar dövrünə gedib çıxır. Cənubi Qafqaz ərazisi 110 noyon arasında bölüsdürüləndə Şəmkir Mular noyona, Tovuzun bəzi hissələri isə Cırda xana düşmüşdür. Sonralar isə kənd elə Cırdaxan deyə adlandırılıb. Bir neçə kəndin adı Cırdaxan olduğundan kəndin adı Düz Cırdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş. == Tarixi == Kəndin tarixi monqollar dövrünə gedib çıxır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Düz bağırsaq
Düz bağırsaq (lat. rectum; yun. proktos) — yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5–3 sm uzunluğunda, dairəsi isə 5–9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15–20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat.
Düz bucaq
Düz bucaq — dərəcə ölçüsü 90°, yaxud π / 2 {\displaystyle \pi /2} radian olan bucağa deyilir. Düz bucağın müxtəlif vahidlərdə ölçüsü: 90° π / 2 {\displaystyle \pi /2} radian 100 qrad 1/4 dövrə və ya tam bucaq 5400 bucaq dəqiqəsi 324000 bucaq saniyəsi Bir və ya bir neçə bucağı düz olan həndəsi fiqurlar: Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucaq. Düzbucaqlı — bütün bucaqları düz bucaq olan paraleloqram. Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı və ya bütün bucaqları düz bucaq olan romb. Düzbucaqlı trapesiya — bir bucağı düz bucaq olan trapesiya.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Düz radiasiya
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Düz radiasiya == Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir. Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paraleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar; düz xətlər çarpazdır; Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. == Kəsişən düz xətlər == Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. == Paralel düz xətlər == Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xətlər adlanır. == Çarpaz düz xətlər == Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. == Düz xətt tənlikləri == === Düz xəttin bucaq əmsalı tənliyi === OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək. Bu düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq φ, ordinat oxundan ayırdığı parça O B = b {\displaystyle OB=b} olsun.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.
Çöl Beşdəli
Çöl Beşdəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Oykonim çöl və Beşdəli (etnotoponim) komponentlərindən düzəlib, "kənarda olan Beşdəli kəndi" deməkdir. Burada çöl komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Beşdəli adlı kənddən fərqləndirməyə xidmət edir. Yavər Camalov – Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri.
Çöl badamı
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Avropada əsasən meşə və səhralarda təbii halda bitir. Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Çöl canavarı
Çöl canavarı, və ya səhra canavarı (lat. Canis lupus campestris) — canavarın Orta Asiyanın çöl və səhralarında yaşayan yarımnövü. Qısa, sərt, solğun boz, tünd rəngli sıçramalara malikdir. Ümumiyyətlə, meşə canavarından bir qədər kiçik, seyrək və daha qaba tüklüdürlər. Onun ərazisinə Qazaxıstanın və Rusiyanın cənubundakı çöllər, o cümlədən Önqafqaz, Xəzər, Ural və Aşağı Volqa bölgələri daxildir. Zəif öyrənilmişdir. Müəyyən xüsusiyyətlər sistemi işlənib hazırlanmamışdır. Xüsusilə qərb arealında sayı azdır. Adətən bir sürüdə dişi tək sayda bala gətirir: 3, 5, 7 (nadir hallarda 9, çox nadir hallarda 11 və ya 13). Dişi özü zəifləri məhv edir.
Çöl pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Çöl torağayı
Çöl torağayı (lat. Melanocorypha) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi.

Oxşar sözlər

#çöl-düz nədir? #çöl-düz sözünün mənası #çöl-düz nə deməkdir? #çöl-düz sözünün izahı #çöl-düz sözünün yazılışı #çöl-düz necə yazılır? #çöl-düz sözünün düzgün yazılışı #çöl-düz leksik mənası #çöl-düz sözünün sinonimi #çöl-düz sözünün yaxın mənalı sözlər #çöl-düz sözünün əks mənası #çöl-düz sözünün etimologiyası #çöl-düz sözünün orfoqrafiyası #çöl-düz rusca #çöl-düz inglisça #çöl-düz fransızca #çöl-düz sözünün istifadəsi #sözlük