* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Duz və çörək. Ağsaqqal-cavan, qoca-qarı, gəlin-qız hamı əllərində duz-çörək altdan-yuxarı çıxmağa başladı. Ə.Vəliyev. 2. məc. Yaşama vəsaiti, dolanacaq üçün zəruri olan şeylər; çörək, yemək-içmək. ◊ Duz-çörək basmaq – dostluğa zidd iş görmək, dostluğa xəyanət etmək, sədaqəti pozmaq. Duz-çörək gözündən gəlsin! – qarğış ifadəsi. [Sənəm:] Əlimlə sənə verdiyim duz-çörək sənin gözündən gəlsin! Ə.Haqverdiyev. Duz-çörək haqqı – and ifadəsi. Duz-çörək itirmək – edilən yaxşılıq qarşısında pislik etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək. Duz-çörək kəsmək (bəzən “bir yerdə”, “bir süfrədə” sözləri ilə) – dostluq etmək. Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. S.S.Axundov. Onlar … bir süfrədə oturub duzçörək kəsmişdilər. S.Rəhimov. [Ballı:] Biz Alxanla … duz-çörək kəsmişik. İ.Əfəndiyev. Duz-çörək tökmək – bax duz-çörək itirmək. [Hafizə xanım:] Mən duz-çörək tökən adamı saxlamaram. Ə.Haqverdiyev. Duz-çörək yemək – bax duz-çörək kəsmək.
Azərbaycan dilinin izahlı lüğəti / duz-çörək2 сущ. хлеб-соль: 1. угощение 2. еда, пропитание ◊ duz-çörəyə and içmək клясться хлебом-солью; duzçörəyi unutmaq забывать хлеб-соль; duzçörək üçün təşəkkür etmək благодарить за хлеб-соль; duz-çörək kəsmək kimlə: 1. вместе хлеб-соль есть с кем; 2. водить хлеб-соль с кем; duz-çörək yemək kimlə вместе есть хлеб-соль с кем; duz-çörəyi itirmək, duz-çörəyi tapdalamaq забыть хлеб-соль, быть (оказаться) неблагодарным; duz-çörək gözündən gəlsin, duz-çörək tutsun (səni, onu) выражение проклятия: чтобы носом пошло; duz-çörək haqqı! клянусь хлебом и солью!
Azərbaycanca-rusca lüğət / duz-çörək1 i. bread and salt; bir kəsi ~lə qarşılamaq to meet* smb. with an offering of bread and salt; to meet s.o. with great respect / with kindness; ~ kəsmək to be* an old friend, to be* old friends; duz-çörəyi itirmək to break off all kinds of relations, to be* ungrateful; duz-çörəyə and içmək to swear* on / by bread and salt
Azərbaycanca-ingiliscə lüğət / duz-çörək1 is. pain m et sel m ; ~lə qarşılamaq recevoir qn avec hospitalité
Azərbaycanca-fransızca lüğət / duz-çörək1 сущ. 1. кьелни-фу, кьел ва фу; 2. пер. фу, туьн-хъун (яшамиш хьун, дуланмиш хьун, тӀуьн патал лазим тир затӀар); duz-çörək itməz. Ata. sözü кьелни-фу квахьдач; ** duz-çörək basmaq кьелни-фаз тӀуш гун (кьуьл гун), дуствилиз акси кар авун, дуствилиз хиянат авун; duz-çörək gözündən gəlsin! къаргъ. кьелни-фу вилерай хту(ра)й!; duz-çörək haqqı фу къалум (кьин кьун); duz-çörək itirmək кьелни-фу квадарун, авур хъсанвилер рикӀелай алудун, вафасузвал авун; duz-çərək kəsmək кьелни-фу атӀун, кьелни-фу тӀуьн, дуствал авун; duz-çörək tökmək кил. duz-çörək itirmək; duz-çörək yemək кил. duz-çörək kəsmək.
Azərbaycanca-ləzgicə lüğəti / duz-çörək