Tek sözü azərbaycan dilində

Tek

Yazılış

  • Tek • 43.8596%
  • tek • 41.2281%
  • TEK • 14.9123%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mariya Tek
Mariya Tek (ing. Mary of Teck ; kraliça Mariya, ing. Queen Mary, tam adı — Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes — Viktoriya Mariya Avqusta Luiza Olqa Paulina Klodina Aqnessa; 26 may 1867 – 24 mart 1953) — kral V Georqun həyat yoldaşı, krallar VIII Eduard və VI Georqun anası. O həmçinin Hindistanın imperatriçası və İrlandiyanın kraliçası olub (1910-cu ildən). == Ümumi məlumat == Mariyanın atası, şahzadə Frans, alman knyaz ailəsinin nümayəndəsi idi. Anadan olandan " şahzadə Mey " İngiltərə ilə sıx bağlı olub. O Londonda dünyaya gəlib, onun anası Böyük Britaniya kralı III Georqun nəvəsi, Kembric hersoqu Adolf Frederikin qızı olub. 1891-ci ildə o kraliça Viktoriyanın böyük nəvəsi Albert Viktorla nişanlanır. Ancaq toya ay yarım qalmış 1892-ci ilin yanvarında Albert qripdən qəflətən vəfat edir. Yas mərasimlərində onun Albertin kiçik qardaşı Georqla yaxın münasibətləri yaranır və onlar növbəti il evlənirlər.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Neoseiulus teke
Neoseiulus teke (lat. Neoseiulus teke) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neotektonika (ən yeni tektonika)
Neotektonıka (yun. noes — yeni və tektonika) — ən yeni tektonika, tektonikanın bölməsi olub, Kaynozoy erasında (Oliqosen və ya Miosendən başlayaraq) baş verən tektonik prosesləri öyrənir. Bu proseslər yerin müasir relyefində əks olunan yeni struktur formalar yaratmaqla və qədim strukturları canlandırmaqla yer qabığının quruluşunda dəyişiklərə səbəb olmuşdur.Geoloqların çoxunun fikrincə, neogen-dördüncü dövrü əhatə edir. Hesab edilir ki, bu dövr müxtəlif regionlar üçün dəyişə bilər. Məsələn: Azərbaycanın ərazisi üçün bu mərhələ miosenin sonlarından (meotis əsri) başlanır. Plitələr tektonikası nəzəriyyəsi irəli sürüldükdən sonra neotektonik proseslərin öyrənilməsi yer qabığı və litosferin geodinamikasını, qabıqdaxili endogen prosesləri, onların həm planetar, həm də regional geoloji miqyasda öyrənilməsində mühüm rol oynayır. Neotektonika (ən yeni tektonika) seysmikliyin öyrənilməsi, seysmik proqnozlaşdırma üçün də olduqca vacibdir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Oq Tekyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. == Erkən həyat və təhsil == Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsa da, sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Orta Doğu Teknik Universiteti
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. == Tarix == Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. == Fakültələr və Kafedralar == ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: == Həmçinin bax == Türkiyə universitetlərinin siyahısı == Xarici keçidlər == Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Plitələr tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Plitələrin tektonikası
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Tekab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Tekirdağ
Təkirdağ — Türkiyənin Təkirdağ ilinin inzibati mərkəzi.
Tekiskiak
Tekiskiak — Meksikanın Meksika əyalətində olan Tekiskiak bələdiyyəsinin mərkəzidir.Bu şəhərin adı Nahuatldan gəlir və "natrium bikarbonat suların yeri" deməkdir.
Tekken (oyun)
Tekken (video oyun)
Tekken (yap. 鉄拳) — Tekken seriyasından olan ilk oyun. PlayStation və avtomatlar üçün nəzərdə tutulmuş faytinq janrındakı oyunun istehsalçısı Namco şirkətidir. 1995-ci ildə isə seriyanın ikinci oyunu satışa çıxarılmışdır. == Oyun prosesi == Tekken ilk 3D formatında döyüş oyunlarından biri hesab olunur. Sega tərəfindən hazırlanmış Virtua Fighter oyunu isə tam olaraq 3D qrafik ilə hazırlanmış ilk döyüş oyunudur. Standart olaraq hər döyüş iki raunddan ibarətdir. Buna baxmaraq, vaxt limiti də daxil olmaqla, hər döyüşdəki raundların sayını birdən beşə kimi seçmək mümükündür. Əgər vaxt bitməmiş qalib oyunçunu canını tam saxlaya bilsə, spiker "Perfect!" (azərb. Mükəmməl!‎) deyir.
Teklenburq
Teklenburq (alm. Tecklenburg‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.37 km2, əhalisi 9408 nəfərdir (2006).
Tekley Minassie Asgedom
Tekley Minassie Asgedom — Eritreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Tekmessa
Tekmessa (q.yun. Τέκμησσα) — qədim yunan mifologiyasının personajı. Frigiyalı Televtantın qızı (və ya Tevtraniya (Misiya) padşahı Tevfrantın). Troya müharibəsi zamanı əsir götürülmüşdür. Ayaks Telamonidin sevgilisi, onların Yevrisak adlı oğlu oldu. Eantın ölümündən sonra onun yasını saxlayırdı. Sofoklun "Eant" faciə əsərinin qəhramanıdır. 1906-cı ildə kəşf edilmiş (604) Tekmessa asteroidi onunşərəfinə adlandırılmışdır.
Teknofest
Texnofest (türk. Teknofest) (və ya Aviasiya, Kosmos və Texnologiya Festivalı) — Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı. Bayraktar-TB2 və Akıncı PUA-larının mühəndisi, Baykar şirkətinin texniki direktoru, "Qarabağ" ordenli konstruktor Səlcuq Bayraqdarın təşəbbüsü ilə Türkiyə Texnologiya Komandası Vəqfi ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən Türkiyənin milli texnologiyalarını inkişaf etdirmək məqsədi ilə təşkil edilən ilk və yeganə festivaldır. Ümumiyyətlə, festival milli texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır. Buna görə də ictimaiyyət üçün açıqdır və pulsuzdur. Festivalda seminarlar, mükafat qazanan texnologiya yarışmaları, yerli texnologiya sərgiləri və beynəlxalq sahibkarlıq sammiti keçirilərkən; Paraşütçülük, Solo Türk, Türk Ulduzları, Bənövşəyi Bənövşə və bu kimi yerli və beynəlxalq təşkilatların hava şouları da keçirilir. Festival bir il İstanbulda, bir il isə Anadolu vilayətlərinin birində keçirilir. Bunun məqsədi İstanbula çata bilməyən insanlara festivala qatılmaq üçün töhfə verməkdir. Dünyada təşkil olunması gözlənilən festival bütün xalqlar tərəfindən maraqla qarşılanır. Bir çox nazirlik və sədrliyin maraqlı tərəf olduğu festivalda maraqlı tərəf qurumları illərə görə dəyişir, lakin bu maraqlı tərəflər əsasən ASELSAN, ROKETSAN, Baykar, BMC, HAVELSAN, TÜBİTAK, STM, Türk Aerokosmik Sənayesi, TUSAŞ, Türk Hava Yolları, Türk Hava Qurumu, Türksat və Turkcell kimi tərəfdar və iştirakçılar olaraq; Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Qaradəniz Texniki Universiteti kimi bir çox universitet də akademik paydaşlar kimi iştirak etmişdir.
Teknofest Azərbaycan
Texnofest Azərbaycan — 2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı. == 2021 == Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib. "MiQ-29" təyyarələri beş gün ərzində İstanbulda hava şoularında da iştirak edib. == 2022 == Teknofest Azərbaycan tədbirinin 2022-ci ilin 26–29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilib. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edib. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılıblar.
Tekokota
Tekokota (fr. Reitoru) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 22 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 0,9 km²-dir. Daxilində laqun vardır. Kiçik boğazlarla okean suları ilə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hikueru kommunasına daxildir. == Tarixi == Ada 1774-ci ildə ingilis səyyah Ceyms Kuk tərəfindən kəşf edilmişdir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tekor kilsəsi
Tekor kilsəsi (həmçinin Müqəddəs Sarkis kilsəsi, Müqəddəs Təslis kilsəsi) - Türkiyə Cümhuriyyəti, Qars ilinin Ani şəhər xarabalığı yaxınlığında yerləşən Digor kəndi ərazisində V əsrdə aid edilən qədim bazilika. Kilsə, 1912-ci ilə kimi ilkin görünüşünü qoruya bilsə də, həmin il baş verən zəlzələ nəticəsində böyük bir hissəsi dağılaraq məhv olmuşdur. O dövrdə kilsənin qübbəsi, damı və Cənub divarı çökmüşdür. 1936 - cı ildə baş verən başqa bir zəlzələ isə binanın yrdə qalan hissəsinin dağılması ilə nəticələnmişdir. Dövrümüzə isə abidədən yalınız bəzi divar qalıntıları çatmışdır. Kilsənin Şimal girişi üzərindəki kitabədə binadan "Müqəddəs Sarkisin bu şəhidliyi" deyə bəhs edilməsi və şahzadə Sahak Kamsarakan tərəfindən inşa etdrilməsi məlumdur. Bu şahzadənin adnın çəilməsi binanın inşa tarixini 480-ci ilə qədər aparıb çıxarır. Kilsənin kitabəsi tarixdə məlum olan ən qədim erməni dilində olan yazı olub və anlaşılmaz bir şəkildə aşağıdan yuxarı yazılmışdır. Bina həmçinin bilinən ən qədim qübbəli erməni kilsəsidir. İlk öncə tədqiqatçılar binanın xristianlıqdan əvvəlki paqan dinlərə aid bir məbəd olduğunu, sonra isə apsis və qübbə əlavə edilərə kilsəyə çevrildiyini iddia edirdilər.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. == Coğrafi məlumat == Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir.
Teksel adasında gürcü üsyanı
Teksel adasında gürcü üsyanı (nid. Opstand der Georgiërs; gürc. ქართველთა აჯანყება ტექსელზე) - Gürcü legionu birliklərindən təşkil olunmuş Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonu tərəfindən Hollandiyanın şimalında yerləşən Teksel adasında başladılmış üsyan. Vermaxta qarşı başladılan üsyan hərəkatı 1945-ci ilin 5 aprelindən 20 may tarixinə qədər davam etmişdir. Avropa cəbhəsində son döyüş olaraq tarixə keçmiş üsyan nəticəsində Gürcü legionu məğlub edilmiş, 565 gürcü və 812 Vermaxt əsgəri həlak olmuşdur. == Arxa plan == Hollandiyanın şimal sahillərində yerləşən Teksel adası Adolf Hitler tərəfindən yaradılmış Atlantik divarının mühüm istinad nöqtələrindən biri idi. Müttəfiq qoşunların Normandiya sahillərinə qoşun çıxarmasının ardından adanın əhəmiyyəti azalmışdır. İkinci dünya müharibəsi dönəmində Tekseldə gürcülərdən ibarət 800 nəfərlik birlik saxlanılırdı. Şərq cəbhəsində aparılan hərbi əməliyyatlar zamanı Vermaxt qüvvələrinə əsir düşən gürcülərdən ibarət Gürcüstan legionu 1941-ci ilin dekabr ayında yaradılmışdır. Digər legion birləşmələrində olduğu kimi gürcülər də öz ölkələrinin sovet işğalından azad edilməsi üçün döyüşürdülər.
Tektam
Tektam (Teksaf, Teytam, Tektay; q.yun. Τέκταμος və ya Τέκσαφος, Τεύταμος, Τεκταῦος, Τεκταῖος) — qədim yunan mifologiyasında personaj. O, Dorun oğlu, Ellinanın nəvəsidir. Diodorun məlumatına görə, eolların və pelasqların başçısı olan Tektam Kritə keçərək adanın padşahı olur. Bu, Kritə köçən qəbilələrin üçüncüsüdür. Başqa bir versiyaya görə, Tektam dorilərin və axeylərin başçısı idi. O, Asterinin oğlu Krefeyin qızı ilə evlənmişdir. Yupiterin peyki Avropa üzərindəki Tektam xətti onun adını daşıyır.
Tektogenez
Tektogenez (rus. тектогенез, ing. tectogenesis) — yer qabığı strukturlarını formalaşdıran tektonik hərəkət və proseslərin məcmusu.

"tek" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tek nədir? #tek sözünün mənası #tek nə deməkdir? #tek sözünün izahı #tek sözünün yazılışı #tek necə yazılır? #tek sözünün düzgün yazılışı #tek leksik mənası #tek sözünün sinonimi #tek sözünün yaxın mənalı sözlər #tek sözünün əks mənası #tek sözünün etimologiyası #tek sözünün orfoqrafiyası #tek rusca #tek inglisça #tek fransızca #tek sözünün istifadəsi #sözlük