* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Tale, qismət. O zülf qarə qılıb bəxtimi məgər, Seyyid? Mənim əzəl də bu bəxti-qarəliyim var idi. S.Ə.Şirvani. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Ə.Haqverdiyev. Mənim böyük düşmənim öz bəxtimdir. M.S.Ordubadi. 2. Müvəffəqiyyət, uğur. Onun oyunda heç bəxti yoxdur. 3. Nisbət şəkilçisi ilə, çıxışlıq halda: bəxtimdən, bəxtimizdən (ara söz) – bir hadisə, keyfiyyət və s. münasibəti ilə məmnunluq, razılıq ifadə edir (bəzən mənfi mənada işlənir). Bəxtimizdən hava açıldı. – Bəxtindən işıq sönməsi onun [Qulamın] işini daha asanlaşdırdı. Ə.Əbülhəsən. ◊ Bəxt ulduzu şair. – bəxt simvolu. Bir körpə tək oxşardı məni yaşlı gözəllər; Bəxt ulduzu parlaq və uzun saçlı gözəllər. S.Rüstəm. Bəxt əxtəri (sitarəsi) klas. – bax bəxt ulduzu. Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn; Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. Füzuli. Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə, şəm! S.Ə.Şirvani. Bəxti ayaq üstə durmaq – işi avand olmaq, istədiyinə çatmaq. Bəxti açılmaq – işi yaxşı gətirmək, işi düzəlmək, çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq. [Musa kişi:] Bəlkə bu il bəxtimiz açıldı, … ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. M.İbrahimov. Bəxti dönmək – uğursuzluğa məruz qalmaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlamaq. Bəxtim dönüb, evim yıxılıb, izzətim gedib; Seyyid, o mah yar olub əğyarə, ağlaram. S.Ə.Şirvani. Bəxti işləmək – bax bəxti gətirmək. Bəxti gətirmək – müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək. [Puan Qay] bəxti gətirib 60-70 qəpikdən çox qazananda … balıq da alıb şad evlərinə gələrdi. S.S.Axundov. Bəxti çönmək – bax bəxti dönmək. Bəxti çönüb, çünki zəmanə dönüb; Şadü xürrəm işi fəğanə dönüb. M.V.Vidadi. Bəxtinə çıxmaq – 1) yaxşı, ya pis bir şeyə təsadüf etmək, rast olmaq; 2) udmaq, aparmaq (oyunda). Xoş bəxtiniz olsun! – salamatlıq, xoşbəxtlik arzusunu bildirən ifadə.
Azərbaycan dilinin izahlı lüğəti / bəxt2 f. 1) tale, qismət; 2) səadət, xoşbəxtlik. Bəxti-bidar bəxti ayaq üstündə olan, bəxti oyaq; bəxti-xabalud «bəxti yuxulu» bəxti yatmış, bədbəxt; bəxti-siyah bax bəxtsiyah.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəxt2 BƏXT “Bəxt”, “qismət” kimi əlfazı unut; Səy ilə bazuyi-iqbalını tut (A.Səhhət); İQBAL (kl.əd.) O deyirdi: “Bu ulduz ki, sanki indi sönəcək; Yazıq, yoxsul bir kimsənin iqbalıdır yanır tək (M.Rahim); QİSMƏT [Falçı qarı:] Sənin qismətində deyəsən bir gözəl var (Çəmənzəminli); TALE Gimon: Qarşıda ən böyük səadət var; Səni bu yurda taleyin çəkmiş (A.Şaiq); UĞUR Cavanşir: Uğurumuz xoş olarsa, yenə burada görüşərik (M.Hüseyn).
Azərbaycan dilinin sinonimlər lüğəti / bəxt2 сущ. 1. судьба (доля, участь, удел). Öz bəxtindən küsmək обижаться на свою судьбу 2. счастье, удача. Bəxti yoxdur kimin нет счастья у кого; bəxtini sınamaq попытать счастья (счастье), sən mənim bəxtimsən ты моё счастье; bəxtimdən к моему счастью, bəxtindən к твоему (его, её) счастью, bəxtimizdən к нашему счастью ◊ bəxti olmaq иметь счастье; быть удачливым; mənim bəxtimə на моё счастье; bəxti kəsib (işləyib) kimin на чьё счастье; bəxtiniz gətirdi ki, … ваше счастье, что …; bəxtindən razı olmaq быть довольной (довольным) своей судьбой; bəxtinə güvənmək положиться на судьбу; bəxtindən şikayətlənmək жаловаться на судьбу; bəxti açılmaq: 1. везти, повезти кому-л.; 2. выходить замуж (обычно о девушках, засидевшихся в девках); bəxti dönüb kimin счастье отвернулось от кого; bəxti gətirib (gətirdi) повезло кому, bəxt üzünə güldü kimin счастье улыбнулось кому; bəxtindən küs пеняй на себя; hardadır məndə (bizdə, onda) elə bəxt откуда такое счастье у меня (у тебя, у нас)
Azərbaycanca-rusca lüğət / bəxt1 i. fate; lot; fortune; ~i olmaq to be* lucky / fortunate; ~i olmamaq to be* unlucky / unhappy; ~ı açılmaq to become* lucky / fortunate; Onun bəxti açıldı He / She became lucky; ◊ ~ı dönmək / qara gəlmək to become* unlucky / unhappy; Onun bəxti dönüb / qara gəlib He / She has become* unhappy / unlucky; ~indən şikayət etmək to complain of one’s, fate; ~indən razı olmaq to be* pleased with one’s fate / satisfied with one’s lot; ~indən narazı olmaq to be* displeased / dissatisfied with one’s fate; ~i kəsmək to have* the luck (+to inf.); to be* lucky / fated enough (+to inf.); Sizin bəxtiniz kəsdi məni evdə tapdınız You had the luck to find me at home; ~ə çıxmaq to fall* on smb.’s fate / lot / fortune; ~inə lənət oxumaq to curse one’s fate; ~i gətirmək to be* successful; Onun bəxti hər şeydə gətirir He is successful in everything
Azərbaycanca-ingiliscə lüğət / bəxt1 is. destin m, destinée f ; sort m ; lot m ; chance f ; ~i olmaq avoir de la chance ; être fortuné, -e ; ~i olmamaq être malheureu//x, -se ; ~i açılmaq devenir vi (ê) heureu//x, -se (chanceu//x, -se, fortuné, -e) ; être bien loti, -e ; Onun ~i açıldı il (elle) est devenu (e) heureux (heureuse) ◊ ~i dönmək (qara gəlmək) ne pas voir le bonheur ; ~indən şikayət etmək plaindre (se) de sa destinée (de son sort) ; ~indən razı olmaq être content, -e de son destin (de son lot) ; ~indən narazı olmaq être mécontent, -e de sa destinée ; ~inə lənət oxumaq maudir sa destinée
Azərbaycanca-fransızca lüğət / bəxt1 [fars.] сущ. бахт (1. кьисмет; 2. агалкьун, югъур); ** bəxt ulduzu şair. бахтунин гъед (бахтунин символ); bəxti ayaq üstə durmaq бахт кӀвачел хьун, бахтуни гъун, кар къени (дуьз) хьун; bəxti açılmaq бахт ахъа хьун, гъили кьун, кар дуьз хьун, четинвиляй акъатун; bəxti dönmək бахтуни чин элкъуьрун, бахтуни чин тагун, татугайвилерал дуьшуьш хьун, крар хъсан тефин, уьмуьрдин залан, четин девир атун; bəxti işləmək кил. bəxti gətirmək; bəxti gətirmək бахтуни гъун, агалкьунар хьун, крар дуьз атун; bəxti çönmək кил. bəxti dönmək; bəxtinə çıxmaq бахтуниз акъатун; хъсан ва я пис са затӀунал гьалтун, дуьшуьш хьун; xoş bəxtiniz olsun! хуш бахтар хьурай! хъсан сятар хьурай! (саламатвал, хушбахтвал тӀалабдай ибара).
Azərbaycanca-ləzgicə lüğəti / bəxt