bəx sözü azərbaycan dilində

bəx

Yazılış

  • bəx • 71.4286%
  • Bəx • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abgərm bəxşi
Abgərm bəxşi (fars. بخش آبگرم‎), (az.-əbcəd آبگرم بؤلومو‎), iranın Qəzvin ostanının Avəc şəhristanına daxil olan bəxş.
Aslandüz bəxşi
Aslandüz bəxşi (farsca: بخش اصلاندوز‎‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşin 2006-cı il siyahıya almaya görə əhalisi 27,418 nəfər ve 5,220 evdir. Bəxşin mərkəzi Aslandüz şəhəridir.
Aşağı Tarım bəxşi
Aşağı Tarım bəxşi (fars. بخش طارم سفلی‎),(az.-əbcəd آشاغی تاریم بؤلومو‎),iranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Buduau-əl-Bəxri
Buduau-əl-Bəxri (ərəb. بودواو البحري‎, fr. Boudouaou El Bahri) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna . == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, Aralıq dənizi sahillərində dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 43 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 9 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 14,209 nəfər idi.
Bəxt gölü
Bəxt gölü (özb. Baxt, Бахт — «baxt») — Özbəkistanın Daşkənd şəhəri Bəyteymur tümənliyi ərazisinə daxil olan süni göl. Göl Çirçik çayının suları ilə doldurulmuşdur. Göl istirahət zonası rolunu oynayır. Bura park-göl statusu verilmişdir. == Təsviri == Bəxt gölü təqribi olaraq 27 ha ərazini əhatə edir. Göl sanki üçbucaqlı formaya malikdir. Ancaq kənarları düz xətt üzərində yerləşmir. Göl cənub-qərbdən, şimal-şərqə istiqamətlənmiş formaya malikdir. Gölün uzunluğu 900 metr, eni isə 300 metr təşkil edir.
Bəxt üzüyü (film, 1991)
Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir. == Məzmun == Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir.
Bəxt üzüyü 2 (film, 2017)
== Film haqqında == Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı “Bəxt üzüyü 2” filmi çəkilib. Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk “Bəxt üzüyü”ndə oynamış aktyorların iştirakına çalışılıb. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək”. “Bəxt üzüyü 2“ filminin çəkilişlərini “Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Bəxteqəyər (Baymak)
Bəxteqəyər (başq. Бәхтегәрәй, rus. Бахтигареево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Merəç kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 20 km, kənd sovetliyindən (Merəç): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 40 km.Şuqur çayının sahilində yerləşir.
Bəxti (Xudabəndə)
Bəxti (fars. بختي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (56 ailə).
Bəxtigətirən Dovşan Osvald (personaj)
Bəxtigətirən Dovşan Osvald (ing. Oswald the Lucky Rabbit) — 1927-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Bəxtiyar
Bəxtiyar — Azərbaycanlı kişi adı. Bəxtiyar Vahabzadə — Azərbaycan şairi. Bəxtiyar Siracov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. Bəxtiyar Quliyev (idmançı) — Avropa cempionu və Dünya rekordçusu. Bəxtiyar Yaqubov — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar İskəndərzadə — kikboksinq üzrə ikiqat dünya çempionu.
Bəxtiyar (1942)
Bəxtiyar qısametrajlı bədii filmi rejissor Ağarza Quliyev tərəfindən 1942-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinonovella Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. Əsas rolları Möhsün Sənani və Xeyri Əmirzadə ifa edirlər. == Məzmun == Kinonovellada Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. == Rollarda == Möhsün Sənani — BəxtiyarXeyri Əmirzadə — alman zabitiƏjdər Sultanov - alman əsgəriƏləsgər Şərifov — serjant == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Bəxtiyar (1955)
Bəxtiyar tammetrajlı bədii filmi rejissor Lətif Səfərov tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Bakı kinostudiyasında istehsal edilmişdir. Musiqili film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev ifa edirlər. == Məzmun == === Qısa məzmun === Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur.
Bəxtiyar (ad)
Bəxtiyar — Azərbaycanlı kişi adı. Bəxtiyar Vahabzadə — Azərbaycan şairi. Bəxtiyar Siracov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. Bəxtiyar Quliyev (idmançı) — Avropa cempionu və Dünya rekordçusu. Bəxtiyar Yaqubov — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti. Bəxtiyar İskəndərzadə — kikboksinq üzrə ikiqat dünya çempionu.
Bəxtiyar (dəqiqləşdirmə)
Bəxtiyar (film, 1942) — Azərbaycan filmi. Bəxtiyar (film, 1955) — Azərbaycan filmi. Bəxtiyar (kənd) — Tatarıstanda kənd.
Bəxtiyar (film, 1942)
Bəxtiyar qısametrajlı bədii filmi rejissor Ağarza Quliyev tərəfindən 1942-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinonovella Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. Əsas rolları Möhsün Sənani və Xeyri Əmirzadə ifa edirlər. == Məzmun == Kinonovellada Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. == Rollarda == Möhsün Sənani — BəxtiyarXeyri Əmirzadə — alman zabitiƏjdər Sultanov - alman əsgəriƏləsgər Şərifov — serjant == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Bəxtiyar (film, 1955)
Bəxtiyar tammetrajlı bədii filmi rejissor Lətif Səfərov tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Bakı kinostudiyasında istehsal edilmişdir. Musiqili film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev ifa edirlər. == Məzmun == === Qısa məzmun === Film gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Hələ uşaq ikən, gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur.
Bəxtiyar Abbasov
Bəxtiyar Abbasov (30 noyabr 1985, Qaradağlı)— Azərbaycanlı peşəkar MMA döyüşçüsü. == Həyatı == 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir.
Bəxtiyar Abbasov (idmançı)
Bəxtiyar Abbasov (30 noyabr 1985, Qaradağlı)— Azərbaycanlı peşəkar MMA döyüşçüsü. == Həyatı == 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir.
Bəxtiyar Allahverdiyev
Bəxtiyar Allahverdiyev (10 iyun 1974, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Allahverdiyev Bəxtiyar Əzizulla oğlu 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. "N" saylı hərbi hissədə xidmətə başlayır. == Döyüşlərdə iştirakı == Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlı rayonunda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir.
Bəxtiyar Aslanbəyli
Bəxtiyar Aslanbəyli (Bəxtiyar Əli oğlu Aslanbəyli; 7 avqust 1976, Bakı) — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, Beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis. == Həyatı == Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı idə Bakıda anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Bəxtiyar Aslanov
Bəxtiyar İlqar oğlu Aslanov (28 dekabr 1998, Naftalan – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Aslanov 28 dekabr 1998-ci ildə dünyaya göz açmışdır. Əslən Şuşa rayonundan idi. Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşmışdır. == Hərbi xidməti == Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə qulluq etmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edirlər.
Bəxtiyar Aydın
Bəxtiyar Aydın (1946 – 22 oktyabr 1993, Diyarbəkir) — Türk generalı,sabiq Diyarbəkir Jandarma Bölge Komandiri. == Həyatı == İlk təhsilini doğulduğu Nəfsi Piraziz Kəndində oxuyan Aydın, orta məktəb və liseyi Bulancakda tamamladı. 1963-də Quru Hərb Məktəbini qazandı və 30 Avqust 1965-də buradan məzun olaraq Jandarma Kiçik leytenant rütbəsi ilə peşə həyatına başladı. Peşə həyatında Tuğgeneral rütbəsinə qədər yüksələn Aydın Diyarbəkir Jandarma Bölgə Komandiri vəzifəsinə qədər yüksəldi. 1993-də Diyarbakır Jandarma Bölgə Komandiri oldu. Bölgədə, xalqa yaxın və qeyri-qanuni şiddət üsullarını təsdiq etməyən bir hərbçi olaraq tanınan Bəxtiyar Aydın, 22 Oktyabr 1993 tarixində Lice Asayiş Bölük Komandirliyi binası qarşısında vurularaq öldürüldü. Bəxtiyar Aydın sui-qəsdinin PKK tərəfindən reallaşdırıldığı eşitdirildi. Yüksekova Şəbəkəsinə istiqamətli istintaq daxilində sorğulanan bir şəbəkə üzvü verdiyi ifadədə Aydının JITEM adına çalışan etirafçılar tərəfindən öldürüldüyünü iddia etdi. Baş qərargah isə JITEM iddialarını rədd etməkdə Aydının PKK tərəfindən öldürüldüyünü müdafiə etməkdədir.
Bəxtiyar İslamov (leytenant)
Bəxtiyar Saleh oğlu İslamov (11 iyun 1997, Əli-Bayramlı – 12 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub. == Hərbi xidməti == Bəxtiyar İslamov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub. Şirvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Bəxtiyar İslamov (siyasətçi)
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991). == Həyatı == Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi. Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir. 1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2010 •••••••• 0.09

"bəx" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəx nədir? #bəx sözünün mənası #bəx nə deməkdir? #bəx sözünün izahı #bəx sözünün yazılışı #bəx necə yazılır? #bəx sözünün düzgün yazılışı #bəx leksik mənası #bəx sözünün sinonimi #bəx sözünün yaxın mənalı sözlər #bəx sözünün əks mənası #bəx sözünün etimologiyası #bəx sözünün orfoqrafiyası #bəx rusca #bəx inglisça #bəx fransızca #bəx sözünün istifadəsi #sözlük