məs sözü azərbaycan dilində

məs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məs • 82.0628%
  • Məs • 16.4425%
  • MƏS • 1.4948%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbas Mirzə məscidi
Şah Abbas məscidi, Abbas Mirzə məscidi Sərdar məscidi və ya Xan məscidi — ilk dəfə 1606-cı ildə, 2-ci dəfə 1810-cu ildə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilən məscid. Qala məscidi və ya Köhnə məscid də adlandırılan bu məscid İrəvandakı məscidlərin ən qədimidir.Bəzi mənbələrdə İrəvanda mövcud olmuş 3 məscid — Şah Abbas məscidi, Abbas Mirzə məscidi və Sərdar məscidlərinin əslində eyni bir məscid olduğu iddia edilir. == Tarixi == === İlk məscid === İlk dəfə 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar - Şeyx Bəhai tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər. Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir. İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlandığından bu gün xaraba halındadır. === İkinci məscid === 1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid 2008-ci ildə tamamilə sökülmüşdür. Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir.
Abdullah ibn Məsud
Abdullah ibn Məsud (V əsr, Taif, Məkkə bölgəsi[d] – 653, Mədinə, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamı ilk qəbul edənlərdən və Məhəmmədin ən yaxın səhabələrindən biri. == Bioqrafiya == Məkkədə anadan olub. Bənu Xuzeyl qəbiləsindəndir. İslam rəvayətinə görə Abdullah ibn Məsud gəncliyində Uqbu ibn Əbu Muaytın yanında işləyən çoban olmuşdur. O, İslamı ilk qəbul edənlərdən olub və əl-Ərkəm evində müsəlman məclislərinin üzvü olmuşdur. Həmin dövrdə müsəlmanlar bütpərəstlər tərəfindən zülmə məruz qalır, lakin Abdullah ibn Məsud bundan qorxmur. Kəbənin yanında "Ər-Rəhman" surəsini oxuyur, buna görə onu tutub işgəncələrə məruz qoyurlar. Abdulla cəsarətlə bütün işgəncələrə dözür və Efiopiyaya mühacirət etməyə məcbur olur. Efiopiyadan qayıdandan sonra, Məhəmməd peyğəmbərlə birlikdə Mədinəyə hicrət edir.
Adana Ulu məscidi
Adana Ulu məscidi — Adanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır. Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır.Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar. Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır. Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var. Qərb qapısı üzərində iki ilan şəkli olan bir günbəz və bir kitaba var.
Adana Yeni məscidi
Adana Yeni Məscidi — Adanada Məmlük memarlığı təsiri altında tikilmiş tarixi məscid. Məscid kitabələrindən birinə görə məscidi, 1724-ci ildə Abdürrəzzak Antaki adlı Antakyalı bir zəngin tərəfindən tikdirilmiş; Başqa bir kitabəyə görə minarəsi 1729-ci ildə Abdullah İbn Əli Beşə tərəfindən tikdirilmişdir. Düzbucaqlı formasında, on günbəzli bir quruluşa malikdir. Minarəsinin giriş qapısının üstündə bir günəş saatı vardır. == Yerləşimi == Kuruköprüden Kiçik Saata gedən Özlər Prospekti üzərində yerləşmişdir. Kiçik bir məsciddir. == Xarici görünüşü == İlk baxışda, qiblə divarı xaricində qalan cəbhələrdə, əlavə edilən dəmir-beton hissələrlə məscidin əsas xarakteri pozulmuş olsa da, dəyişikliyə uğramamış olan qiblə divarı ilə minarəsi məscidin orijinal vəziyyətini ortaya qoymağı bacarır. Cənub-qərb tərəfdə olan minarənin qaydası eyni zamanda həyət qapısı vəziyyətindədir. Silindrik minarə gövdəsi ziqzaqşəkilli xətlərlə bəzədilmiş, Məmlük məscidlərində olduğu kimi tağ ilə örtülmüşdür.
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar - metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Alpan məscidi
Alpan məscidi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən tarixi-memarlıq abidəsi. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi ilə kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilmişdir. 1814-cü ildən dini ayinlərin icrası üçün istifadəyə verilən kənd məsçidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məsçidi 70 il ərzində kolxoz və sovxozun taxıl anbarı kimi istifadə edilmişdir. (tarixi məlumatlar daş kitabəyə istinadən verilmişdir) SSRİ dağıldıqdan sonra kənd camaatının öz dini etiqadlarına gizlin sitayiş etmələri artıq tarixdə qaldı və camaatın dini ayinlərin icrası üçün anbar kimi istifadə edilən məsçidin yenidən bərpasına ehtiyac duyuldu. 1995-96-cı illərdə kənd əhalisinin təkidi ilə məsçidin anbar kimi istifadə edilməsinə son qoyuldu. Bu qərarın verilməsində həmin dövrdə sovxozun direktoru olmuş Tofiq Qubatovun da əməyi olmuşdur. Məsçidin təmiri ilə əlaqədar təkliflə ilk çıxış edənlərdən biri də kənd sakini Əlipaşa Murtuzov olmuşdur. 1996-cı ildə həmkənlilərimiz hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şəqsünas Vidad Ələsgərov məsçidin təmir edilməsində yaxından iştirak etmiş və kənd camaatının yanında olmuşdur. 1998-ci ildən etibarən kənd məsçidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Apanaev məscidi
Apanaev məscidi (tatar. Апанай мәчете) - tatar mədəniyyət arxitekturası olaraq, Kazan şəhərində Əski Tatar meydanında yerləşir. == Tikintisi == Kazan müsəlmanlar idarəsinin başsıçı II Yekaterinadan Anna İoanavnanın sökdürdüyü iki mərtəbəli daş məscidin yenidən tikilməsi üçün icazə aldıqdan sonra Yaqub Sultanqalayev (1768-1771-ci illərdə) onu inşa edir. == Etimologiya == Məscidin adı bu məhəllə yaşamış tacir Apanaevin adı ilə bağlanır. Bu məscidlə yanaşı Baykaya (Tat dilində Bəylər) məsciddə belə bir adla bağlıdır. == Arxitekturası == Rusların "Moskva", bakkor və tatarların arxitekturasına əsaslanır. Əvvəl məscid birmərtəbəli və bir minarədən ibarət idi. 1872-ci ldə P.İ. Romanov məscidin şimal hissəsində iki mərtəbli bina inşa etdirir ancaq həmin bina əvvəlki binanın arxitekturasının davamı olur. 1882-ci ildə məscidin yanında kərpicdən ibarət dəzgahlar qoyulur. == Tarixi == 6 fevral 1930-cu ildə Tatar prezidiumunun qərarı ilə bağlanır.
Arslanhane məscidi
Arslanhane məscidi (türk. Arslanhane Camii) — Türkiyənin Ankara şəhərində yerləşən 13-cü əsrə aid məscid. == Yeri == Məscid Ankaranın köhnə məhəlləsindəki Ankara qalasının yanında yerləşir. 947 metr yüksəkliyində yerləşir. == Tarixi == Məscid Türkiyənin ən qədim məscidlərindən biridir. 1290-cı ildə Anadolu Səlcuqlu Dövlətinin II Mesudun hakimiyyəti dövründə inşa edilmişdir. Onun memarı Ebubekir Mehmet idi. Tikintisi iki əxilik lideri Hüsamettin və Hasaneddin tərəfindən sifariş edilmişdir. Ancaq 1330-cu ildə başqa əxilik lideri Şerafettin tərəfindən təmir edildi və hazırda məscid adını daşıyır. Bir neçə kiçik təmirdən sonra məscid 2010–2013-cü illərdə Vəqflər Ümumi Müdirliyi (türk.
Aymani Kadırova məscidi
Aymani Kadırova adına məscid — Rusiya Federasiyasının Çeçenistan Respublikasının Arqun şəhərində yerləşir. 16 May 2014 tarixində açılışı olmuşdur. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun dul həyat yoldaşı Aymani Kadırovanın adını daşıyır. == Tikinti == Məscidin inşası 2011-ci il yanvarın ortalarında Arqun şəhərinin mərkəzində, keçmiş şəhər məscidinin yerində başladı. Türk mütəxəssisləri tərəfindən hazırlanmış və Türk memarı Dəniz Baykanın layihəsinə əsasən İnkomstroy şirkəti tərəfindən inşa edilmişdir. Məscidin inşası Əhməd Kadırov adına regional ictimai fond tərəfindən maliyyələşdirilmişdir. Tikinti 1238 gün davam etdi və 2014-cü ilin aprel ayının ortalarında tamamlanmışdı. == Açılışı == Əvvəlcə Aymani Kadırova məscidinin 9 Mayda açılması nəzərdə tutulsa da, ancaq sonra açılış tarixi bir həftə sonra, 16 May 2014 tarixinə qədər təxirə salındı. Açılış mərasimindən əvvəl "ürəkdən ürəyə" marafonu təşkil edildi. Burada 5000-dən çox Çeçenistan və Şimali Qafqaz respublikalarının sakinləri Qroznıda yerləşən "Çeçenistanın ürəyi" məscidindən Arqundakı Aymani Kadırova məscidinə qədər 16.4 km məsafədə qaçmışdı.
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxs. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir. Agentliyin fəaliyyəti üçün "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılaraq aparılır.Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.Agentlik idarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarətdir.İdarə Heyətinin sədri Samir Axundov, sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı. == Cümhuriyyətə qədərki dövrdə aqrar məsələ == Onun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu.
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətində qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Dərbənd məsələsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. == Arxa plan == Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.
Azərbaycan məscidləri
Azərbaycandakı məscidlərin siyahısı - Azərbaycan Respublikasında 2166 məscid (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar istisna olmaqla) mövcuddur. Qeyd edək ki, sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunmuşdur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur Bakıdakı məscidlərin siyahısı Gəncədəki məscidlərin siyahısı == Mənbə == Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, Beynəlxalq Əlhuda nəşriyyatı, Bakı - 2001, ISBN 964-8121-59-1 anl.az archive.org == İstinadlar == == Xarici keçidlər == İbadət yerləri: Hansı rayonda neçə məscid var? - I YAZI İbadət yerləri: Hansı rayonda neçə məscid var?
Azərbaycanın ərazi və suverenlik məsələlərinin xronologiyası
Azərbaycanın ərazi və suverenlik məsələlərinin xronologiyası — 1918-ci ildən etibarən Azərbaycanın hərbi və diplomatiya yolları vasitəsilə iddia etdiyi əraziləri nəzarətinə götürməsi, həmçinin bu ərazilərdə suverenliyini bərpa etməsi ilə bağlı hadisələrin xronologiyası. == Siyahı == == İstinadlar == == Mənbə == Göyüşov A ., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000; Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. Stenoqrafik hesabatlar, c.l, B., 1998. Jiroxov, Mixail. Семена распада. войны и конфликты на территории бывшего СССР (rus). Moskva: BHV-Peterburg. 2012. ISBN 978-5-9775-0817-9.
Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası == Həyatı == Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir.
Aşağı Gövhər ağa məscidi
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Aşağı Gövhərağa məscidi
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Baba Kuhi Bakuvi məscidi
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Baba Məsimov
Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.75 dəfə / 1 mln.
2003 ••• 0.39
2006 •• 0.23
2007 •• 0.21
2010 •• 0.18
2011 ••••• 0.60
2012 •• 0.26
2013 ••••• 0.73
2014 •••• 0.51
2015 ••••• 0.68
2016 •••••••••••••••••••• 2.95
2017 ••••• 0.65
2018 ••••••••• 1.20
2019 ••••••• 0.97
2020 •••••••••••••••••••• 2.92

məs sözünün leksik mənası və izahı

  • 1 bax məst2. [Midhəd] qapıda çəkmələrinin üstündən məs geydi… Çəmənzəminli. [Səriyyə:] Ayaqlarında … məs, əynində qolları çiyninə qədər nazik və qısa don var idi. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / məs

məs sözünün rus dilinə tərcüməsi

məs sözünün inglis dilinə tərcüməsi

məs sözünün fransız dilinə tərcüməsi

məs sözünün ləzgi dilinə tərcüməsi

məs sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qardabani, Qazax, Quba, Şəki) xromdan tikilmiş yumşaq ayaqqabı. – Məs qabağlar ulardı, üzü də düğməli ulardı (Quba); – Hindi də məs giyən var kəntdə (Şəki); – Ayağımda məs var (Qazax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"məs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məs nədir? #məs sözünün mənası #məs nə deməkdir? #məs sözünün izahı #məs sözünün yazılışı #məs necə yazılır? #məs sözünün düzgün yazılışı #məs leksik mənası #məs sözünün sinonimi #məs sözünün yaxın mənalı sözlər #məs sözünün əks mənası #məs sözünün etimologiyası #məs sözünün orfoqrafiyası #məs rusca #məs inglisça #məs fransızca #məs sözünün istifadəsi #sözlük