* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Şən, şad, şadman, sevincli. Sakit küçələr [Midhədə] geniş göründü, … şəhər hürr və məsrur idi. Çəmənzəminli. Əbdül Saranın otağına daxil olub su səpir, yelləyir, fəqət üzü məsrurdur. C.Cabbarlı. // Zərf mənasında. [Rzaquluxan:] Sənin bu dillərin … məni çox məsrur yola salır. M.S.Ordubadi. Sən fəqət qalib olan ordunla; Cəbhələrdə dolaşırsan məsrur. A.Şaiq. Məsrur etmək – 1) sevindirmək, şadlandırmaq, şad etmək; 2) xoşbəxt etmək, məramına, istəyinə çatdırmaq. Məsrur olmaq – şad olmaq, sevinmək, şadlanmaq. Olmadın məsrur, ta mən zarü-giryan olmadım; Xatirin cəm olmadı, ta mən pərişan olmadım. Qövsi. [Şeyx Sənan:] Gəldi bir şeyx o dəm üzündə niqab; Məni ta gördü, oldu pək məsrur. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / məsrur3 ə. şad, sevincək, şən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məsrur1 I прил. устар. радостный, весёлый II нареч. радостно, весело; məsrur etmək радовать, обрадовать кого-л., məsrur olmaq радоваться, обрадоваться
Azərbaycanca-rusca lüğət / məsrur1 [ər.] 1. прил. шад; məsrur etmək а) шад авун, хвеши авун, шадарун; б) бахтлу авун, хушбахт авун, мураддихъ агакьарун; məsrur olmaq шад хьун, хвеши хьун; 2. нареч. шад яз, шаддаказ.
Azərbaycanca-ləzgicə lüğəti / məsrur