* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] …Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim. M.F.Axundzadə. Tərk etməyə amalını aləm hamı məcbur. A.Səhhət. □ Məcbur etmək – vadar etmək, zorla bir işi gördürmək. [Xədicə:] Hər kəsi özü ilə hesablaşmağı məcbur edərdi. S.Hüseyn. [Sevinc Mahmuda:] Səni məktəbdən qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil. Məcbur qalmaq – bax məcbur olmaq. Mənzil başına çatmadan tramvaydan düşməyə məcbur qaldım. Qantəmir. Məcbur olmaq – vadar olmaq, əlacsız qalaraq bir işi görməli olmaq, bir işi məcburən görmək. [Qız:] Bəlkə Şirmayı anasından qorxub həqiqəti gizlətməyə məcbur olmuşdur? M.Hüseyn. Ataş öz ata yurduna qaçmağa məcbur olmuşdu. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / məcbur2 ə. güclə vadar edilmiş, icbar olunmuş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məcbur2 I прил. 1. вынужденный что-л. делать, сделать, поступать, поступить как-л II предик. məcburam (-san, -dur и т. п). İşləməyə məcburam я вынужден работать, danışmağa məcburdur он вынужден говорить, belə hərəkət etməyə məcbur idi он вынужден был поступить так; məcbur etmək kimi nəyə заставлять, заставить, вынуждать, вынудить, принуждать, принудить кого к чему, на что; məcbur olmaq быть вынужденным
Azərbaycanca-rusca lüğət / məcbur1 s. forced, constrained, obligatory, compulsory; ~ etmək to force (d.), to compel (d.), to oblige (d.), to make* (d.); to induce (d.); susmağa ~ etmək to reduce (d.) to silence; to coerce (d.) into silence; düşünməyə / fikirləşməyə ~ etmək to set* thinking (d.); Bu işi görməyə onu heç bir şey məcbur edə bilməz Nothing will induce him / her to do it; O, bizi gözləməyə məcbur etdi He / She made us wait; ~ olmaq to be* forced, to be* obliged, to be* compelled; bir şeyi etməyə məcbur olmaq to be* forced / compelled to do smth.
Azərbaycanca-ingiliscə lüğət / məcbur1 sif. forcé, -e ; contraint, -e ; obligé, -e ; obligatoire ; ~ etmək forcer vt, obliger vt ; özünü ~ etmək forcer (se), contraindre (se), ~ olmaq être forcé, -e ; être contraint, -e
Azərbaycanca-fransızca lüğət / məcbur1 [ər.] прил. мажбур; məcbur etmək мажбур авун, са кар гужалди ийиз тун, мажбурун; məcbur qalmaq кил. məcbur olmaq; məcbur olmaq мажбур хьун, са кар мажбур яз авун.
Azərbaycanca-ləzgicə lüğəti / məcbur