məqbul sözü azərbaycan dilində

məqbul

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məqbul • 98.5841%
  • Məqbul • 1.4159%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məqbul (Sayınqala)
Məqbul (fars. مقبول‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.46 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 20.56
2003 ••••••••••••••••••• 20.87
2004 ••••••••••••••••••• 20.89
2005 ••••••••••••• 13.50
2006 ••••••••••••••• 15.77
2007 ••••••••••••••••••• 20.09
2008 ••••••••••••••••• 18.03
2009 •••••••••••••••• 16.64
2010 •••••••••••••••••• 19.61
2011 ••••••••••••••• 15.61
2012 •••••••••••••• 14.46
2013 •••••••••••••• 15.02
2014 •••••••••• 10.98
2015 •••••••••••••• 14.46
2016 •••••••••••••••• 17.01
2017 •••••••••••••••• 17.40
2018 •••••••••••••••••••• 22.17
2019 •••••••••••••••••••• 21.56
2020 •••••••••••••••••••• 21.62

məqbul sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Qəbul olunan, bəyənilən, xoşagələn, yaxşı. [Ağa Kərim:] Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzadə. [Xəyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha məqbul. H.Cavid. □ Məqbul bilmək (görmək) – daha münasib və əlverişli bilib qəbul etmək; bəyənmək, xoşlamaq. Düşmən bu tədbiri, deyəsən, daha məqbul bilmişdi. Ə.Əbülhəsən. Məqbul etmək – qəbul etmək, bəyənmək, yaxşı hesab etmək. Əgər istəsəydi Allah, ki səni edəydi məqbul; Bizə verdiyi tək əlbət sənə həm verərdi pul-mul. M.Ə.Sabir. Məqbul olmaq – qəbul olunmaq, qəbula keçmək, bəyənilmək, xoşlanmaq. [Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı. M.F.Axundzadə. Təqsim eylə, olaq yeməyə məşğul! Amma ki, təqsimin olsun həm məqbul. Q.Zakir. 2. Şagirdin, tələbənin biliyinə verilən kafi qiymət. Fizikadan “məqbul” almaq.

    Azərbaycan dilinin izahlı lüğəti / məqbul

məqbul sözünün sinonimləri (yaxın mənalı sözlər)

məqbul sözünün rus dilinə tərcüməsi

  • 1 приемлемый, допустимый, уважительный

    Azərbaycanca-rusca lüğət / məqbul
  • 2 I в сочет. məqbul bilmək считать удовлетворительным, məqbul etmək признавать, признать удовлетворительным, məqbul olmaq признаваться, быть признанным II в знач. сущ. 1. удовлетворительно (самая низкая из положительных оценок успеваемости) 2. зачёт, зачтено. Məqbul almaq получить зачёт III прил. приемлемый. Məqbul variant приемлемый вариант

    Azərbaycanca-rusca lüğət / məqbul

məqbul sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. pass-examination; ~ almaq to pass an examination; ~ yazmaq to pass smb. (in) II. s. acceptable, admissible; ~ təklif acceptable proposal; ~ əsas admissible evidence

    Azərbaycanca-ingiliscə lüğət / məqbul

məqbul sözünün fransız dilinə tərcüməsi

məqbul sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. кьабул тир, бегенмиш тир, хуш(униз) къведай, хъсан; məqbul etmək кьабул авун, бегенмиш хьун, хуш атун, хъсан гьисабун; məqbul olmaq кьабул хьун, бегенмиш хьун, хушуниз атун; 2. сущ. пуд (ученикдин чирвилиз гудай къимет); kimyadan “məqbul” almaq химиядай “пуд” къачун.

    Azərbaycanca-ləzgicə lüğəti / məqbul

məqbul sözünün türk dilinə tərcüməsi

məqbul sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) qəbul olunmuş; 2) bəyənilmiş; 3) mötəbər, etibarlı; 4) xoşagələn, göyçək, qəşəng; 5) tələbənin biliyinə verilən müsbət qiymət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məqbul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məqbul nədir? #məqbul sözünün mənası #məqbul nə deməkdir? #məqbul sözünün izahı #məqbul sözünün yazılışı #məqbul necə yazılır? #məqbul sözünün düzgün yazılışı #məqbul leksik mənası #məqbul sözünün sinonimi #məqbul sözünün yaxın mənalı sözlər #məqbul sözünün əks mənası #məqbul sözünün etimologiyası #məqbul sözünün orfoqrafiyası #məqbul rusca #məqbul inglisça #məqbul fransızca #məqbul sözünün istifadəsi #sözlük