məğrur sözü azərbaycan dilində

məğrur

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məğrur • 84.0000%
  • Məğrur • 15.2500%
  • MƏĞRUR • 0.7500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.11 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.76
2004 •••••••••••••••••• 2.36
2005 •••••••••• 1.35
2006 ••••••••• 1.13
2007 ••••••• 0.85
2008 ••••••••••• 1.46
2009 ••••••••••••• 1.76
2010 ••••••••• 1.18
2011 •••• 0.51
2012 ••••••••••••• 1.72
2013 •••••• 0.73
2014 ••• 0.34
2015 •••• 0.51
2016 ••••••••••• 1.39
2017 •••• 0.49
2018 •••••••• 1.05
2019 ••••••• 0.83
2020 •••••••••• 1.33

məğrur sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı. [Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ceyhundan. H.Cavid. // İs. mənasında. [Salman] məğrurlara … xəlvətcə güzəştə gedir, üzlərinə gülümsəyirdi. M.İbrahimov. // məc. Əzəmətli, möhtəşəm, qürurlu. [Attal:] Hər yerə at sürdük, bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya. A.Şaiq. İstəməm, axmasın gözlərin yaşı! Çatılmasın məğrur ölkəmin qaşı! M.Müşfiq. // Zərf mənasında. Əzəmətlə, həşəmətlə, qürurla. Budur Qız qalası, gözəl abidə; Onun məğrur duran qədim tağları. M.Rahim. Üstünə alovdan yağır bir yağmur; Sənsə qala kimi durmusan məğrur. N.Rəfibəyli. 2. Başqalarına xor baxan, lovğa, təkəbbürlü, təşəxxüslü, iddialı. Məğrursan, ey gül, xəbərin yoxdur özündən; Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / məğrur

məğrur sözünün etimologiyası

məğrur sözünün sinonimləri (yaxın mənalı sözlər)

məğrur sözünün rus dilinə tərcüməsi

  • 1 1. гордый, надменный, честолюбивый, высокомерный; 2. гордо, надменно, высокомерно;

    Azərbaycanca-rusca lüğət / məğrur
  • 2 I прил. гордый: 1. обладающий чувством собственного достоинства, самоуважения. Məğrur xalq гордый народ, məğrur qadın гордая женщина 2. выражающий гордость. Məğrur görkəm гордый вид 3. считающий себя лучше других, высокомерный, заносчивый II нареч. гордо. Məğrur baxmaq гордо смотреть; məğrur olmaq быть гордым

    Azərbaycanca-rusca lüğət / məğrur

məğrur sözünün inglis dilinə tərcüməsi

məğrur sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. fi//er, -ère ; orgueilleu//x, - se ; alti//er, -ère ; hautain, -e ; ~ kişi homme m orgueilleux ; ~ danışmaq parler vi d’une manière orgueilleuse

    Azərbaycanca-fransızca lüğət / məğrur

məğrur sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. магърур (1. такабур, такабурлу; // пер. гьайбатлу, къудратлу, зурба; 2. дамах гвай, гъукь гвай, яхъа, лавгъа, такабурлу).

    Azərbaycanca-ləzgicə lüğəti / məğrur

məğrur sözünün türk dilinə tərcüməsi

məğrur sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) özünə güvənən; 2) qürurlu; 3) bir şeyə güvənən, bir şeyə güvənib xatircəm olan; 4) lovğa, kibrli.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

qürurlu, vüqarlı, mənlik hissi olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"məğrur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məğrur nədir? #məğrur sözünün mənası #məğrur nə deməkdir? #məğrur sözünün izahı #məğrur sözünün yazılışı #məğrur necə yazılır? #məğrur sözünün düzgün yazılışı #məğrur leksik mənası #məğrur sözünün sinonimi #məğrur sözünün yaxın mənalı sözlər #məğrur sözünün əks mənası #məğrur sözünün etimologiyası #məğrur sözünün orfoqrafiyası #məğrur rusca #məğrur inglisça #məğrur fransızca #məğrur sözünün istifadəsi #sözlük