məsləhət sözü azərbaycan dilində

məsləhət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məsləhət • 90.1485%
  • Məsləhət • 9.7869%
  • MƏSLƏHƏT • 0.0502%
  • məsləHət • 0.0144%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məsləhət (film, 1988)
Hərbi Yardım Təminatı Məsləhət Qrupu
Hərbi Yardım Təminatı Məsləhət Qrupu (ing. Military Assistance Advisory Group), həmçinin HYTMQ və ya MAAG — adi silahlı qüvvələrin təliminə kömək etmək və hərbi yardımı asanlaşdırmaq məqsədilə digər ölkələrə göndərilən ABŞ hərbi məsləhətçiləri üçün təyinat. 1940–1970-ci illərdə, o cümlədən 1951-ci ildən sonra Yuqoslaviyada çoxsaylı HYTMQ-lar fəaliyyət göstərmişdir, lakin onlardan ən məşhurları Vyetnam müharibəsi zamanı və ondan əvvəl Cənub-Şərqi Asiyada fəaliyyət göstərənlər idi. Tipik olaraq, HYTMQ-lərin şəxsi heyəti ABŞ-nin ölkədəki diplomatik missiyasına bağlı olan və onun imtiyazlarından istifadə edən texniki işçilər hesab olunurdu. "Hərbi Yardım Təminatı Məsləhət Qruplarında xidmət edən şəxsi heyətin xüsusi statusu onların vəzifə yerinə yetirdikləri Birləşmiş Ştatlar səfirliyinin ayrılmaz hissəsi kimi mövqelərindən irəli gəlir". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Curtis, Glenn E., redaktorYugoslavia : a country study. Washington, D.C.: Federal Research Division, Library of Congress. 1992. Fleck, Dieter; Addy, Stuart. Handbook of the Law of Visiting Forces.
Doktorantura məsləhətçisi
Doktorantura məsləhətçisi (həmçinin dissertasiya rəhbəri, dissertasiya məsləhətçisi və ya doktorantura nəzarətçisi) universitetin professor-müəllim heyətinin üzvü olub, əsas vəzifəsi doktoranturada təhsil almaq istəyən aspirantlara rəhbərlik etmək, onlara kurs seçimində köməklik etmək, tələbələrin seçimini formalaşdırmaq, təkmilləşdirmək və istiqamət verməkdir. Tələbələr ümumiyyətlə öz fənləri üzrə maraqlarına, seçilmiş məzun fakültə üzvləri ilə yaxından işləmək istəyinə və bu fakültələrin onlarla işləmək istəyinə əsasən məsləhətçi seçirlər.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.

məsləhət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, göstəriş, tövsiyə. Həkim məsləhəti. Məsləhət vermək. – [Şah buyurdu ki:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. [Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal. □ Məsləhət bilmək – olmasını, edilməsini müvafiq görmək, tövsiyə etmək. Həkimlər [Səlimin] yerində tərpənməyini, durub asta-asta, köməkçi ilə gəzməyini məsləhət bilirdilər. S.Rəhimov. Məsləhət deyil – məsləhət görülmür, lazım deyil, tövsiyə edilmir. …Bəlkə, heç Şeyxi narahat eləməyimiz məsləhət deyil? C.Məmmədquluzadə. Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ə.Haqverdiyev. Məsləhət etmək (eləmək) – 1) bax məsləhət görmək. Düşəndə eylərlər sizə məsləhət; Xahi aşikarə, xahi də xəlvət. Q.Zakir; 2) bax məsləhətləşmək 2-ci mənada. Noxudu bozbaşa salanda aşpazı qoyub, axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə. Bilmək olmur nə məsləhət edirlər; Bəlkə basqın eyləməyə gedirlər? A.Səhhət. Məsləhət qoymaq – məsləhətləşib qərara gəlmək. [Səriyyə:] Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. C.Cabbarlı. Məsləhət vermək (görmək) – necə hərəkət etmək, nə etmək haqqında birinə yol göstərmək, münasib bilmək, tədbir göstərmək, göstəriş vermək. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Ə.Haqverdiyev. [Almaz:] Sən öz sağlam duyğunla mənə məsləhət ver. C.Cabbarlı. 2. Hər hansı bir məsələyə dair mütəxəssisin tövsiyəsi, göstərişi; konsultasiya. Məsləhət almaq. Məsləhət üçün mütəxəssisə müraciət etmək. // Dərsi daha yaxşı mənimsəmək üçün müəllimin tələbəyə dərsdən əlavə köməyi, yardımı. Məsləhət saatı təyin etmək. Məsləhət günü.

    Azərbaycan dilinin izahlı lüğəti / məsləhət
  • 3 ə. 1) yaxşılıq və ya xeyir iş üçün tədbir; 2) sülh, asayiş; 3) əməl, iş; 4) tövsiyə, göstəriş, təklif; 5) mənafe.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məsləhət
  • 4 ərəb. xoşbəxtlik, rifah, fayda tədrisdə maarif və ixtisası təkmilləşdirmə sistemində tədris məşğələsinin bir növü: adətən müəllimin şagirdlərlə (tələbələrlə, dinləyicilərlə) söhbəti kimi keçir, onların biliyini genişləndirmək və dərinləşdirmək məqsədi daşıyır. Məsləhətdən ali və orta ixtisas məktəblərində, xüsusən bunların qiyabi və axşam şöbələrində istifadə olunur. Məsləhət fərdi və qrup üzrə olur.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / məsləhət

məsləhət sözünün etimologiyası

məsləhət sözünün sinonimləri (yaxın mənalı sözlər)

məsləhət sözünün rus dilinə tərcüməsi

  • 1 совет, благоусмотрение, консультация

    Azərbaycanca-rusca lüğət / məsləhət
  • 2 сущ. 1. совет: 1) наставление, указание, предложение как поступать. Məsləhət vermək давать, дать совет, məsləhətimə qulaq as слушай мой совет, həkim məsləhəti совет врача, faydalı məsləhət полезный совет, ağıllı məsləhət умный совет, məsləhətlə kömək etmək (eləmək) помочь советом, atamın məsləhəti ilə по совету отца 2) совместное обсуждение каких-л. вопросов. Ailə məsləhəti семейный совет, dost məsləhəti дружеский совет 2. консультация: 1) совет специалиста по какому-л. вопросу. Məsləhət almaq получить консультацию, məsləhətə ehtiyacı olmaq нуждаться в консультации 2) помощь преподавателя учащимся в усвоении предмета. Rus dilindən məsləhət консультации по русскому языку, məsləhət saatları часы консультаций II прил. консультационный. Məsləhət günləri консультационные дни; məsləhət vermək консультировать, проконсультировать, məsləhət almaq консультироваться, проконсультироваться, məsləhət bilmək (görmək) kimə nəyi советовать, посоветовать кому что; məsləhət bilməmək (görməmək) nəyi не советовать чего

    Azərbaycanca-rusca lüğət / məsləhət

məsləhət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. advice, counsel; (hüquqi) opinion, consultation; həkim ~i medical advice / consultation, doctor’s consultation; onun ~i ilə according to his / her advice, on his / her advice; ~ vermək / etmək to give* advice; yaxşı ~ vermək / eləmək to give* a piece of good advice; O, mənə çoxlu məsləhət verdi He / She gave me many pieces of advice; Mənim məsləhətimə qulaq as Take my advice; Onlar qoca kişinin məsləhətinə qulaq asmaqdan imtina etdilər They refused to listen to the old man’s counsel / advice

    Azərbaycanca-ingiliscə lüğət / məsləhət

məsləhət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. conseil m, avis m ; consultation f ; həkim ~i conseil médical ; ~ vermək donner un conseil ; ~ görmək conseiller vt ; ~ə qulaq asmaq suivre un conseil ; ~i ilə par le conseil de ; ~ saatları heures f pl de consultation

    Azərbaycanca-fransızca lüğət / məsləhət

məsləhət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. меслят (1. совет; теклиф авун, къалурун (са кар ийидай рехъ, къайда, тегьер); həkim məsləhəti доктордин меслят; // məsləhət bilmək меслят акун, лазим акун; məsləhət deyil меслят туш, меслят аквазвач, лазим туш; məsləhət vermək (görmək) меслят гун (акун), рехъ къалурун; 2. консультация; // учителди кӀелзавайбуруз гудай тарсунилай алава куьмек).

    Azərbaycanca-ləzgicə lüğəti / məsləhət

məsləhət sözünün türk dilinə tərcüməsi

"məsləhət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məsləhət nədir? #məsləhət sözünün mənası #məsləhət nə deməkdir? #məsləhət sözünün izahı #məsləhət sözünün yazılışı #məsləhət necə yazılır? #məsləhət sözünün düzgün yazılışı #məsləhət leksik mənası #məsləhət sözünün sinonimi #məsləhət sözünün yaxın mənalı sözlər #məsləhət sözünün əks mənası #məsləhət sözünün etimologiyası #məsləhət sözünün orfoqrafiyası #məsləhət rusca #məsləhət inglisça #məsləhət fransızca #məsləhət sözünün istifadəsi #sözlük