Məsih sözü azərbaycan dilində

Məsih

Yazılış

  • Məsih • 92.7711%
  • məsih • 6.0241%
  • MƏSİH • 1.2048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Məsih (dəqiqləşdirmə)
Məsih (Hendel)
Məsih Paşa
Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür. Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur.
İsa Məsih
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası == Həyatı == Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir.
Məsih (III hissə)
Məsih (HWV 56) — Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan "O, xor görüldü" səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin "Haleluya" xoru ilə başa çatan "Tanrının triumfu" hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: "…Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir…" Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (II hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (I hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın birinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissə Məsih haqında vəhy və Yesayanın onun bakirədən doğulması haqqında təsviri ilə başlayır. Çobanların müjdələnməsindən sonra Məsihin doğulması və onun dünyada vəzifəsi, bu vaxta kimi Yesayanın sözləri əsasında qəbul edilir ki, bu oratoriyada həmin İncilə əsaslanan yeganə hissəsidir. Oratoriyanın ikinci hissəsində Məsihin fəaliyyəti, ölümü, dirilməsi, yüksəlməsi və İncilin yayılması təsvir edilir. Üçüncü hissədə Pavelin Məsihin ölümü və dirilməsinin Cənnətdə necə öyülməsini öyrətməsi təsvir edilir. Məsih oratoriyasının birinci hissəsi daha çox "Milad hissəsi" adı ilə tanınır və tez-tez Milad bayramı mərasimlərində tez-tez ifa olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il təqviminə uyğun qurulmuşdur: Birinci hissə Müjdə, Milad və Məsihin həyatı; İkinci hissə Böyük Pəhriz, Pasxa, Yüksəliş və Pentekros; Üçüncü hissə Kilsə ilinin başa çatması və yeni ilin başlanması ilə üst-üstə düşür.
Məsih (serial, 2020)
Məsih (ing. Messiah) — ABŞ internet-televiziya serialı. Birinci mövsüm, 2020-ci ilin yanvar ayında Netflix-də verilmişdir. Ümumilikdə 10 bölümdən ibarətdir. Netflix 26 mart 2020-ci ildə birinci mövsümdən sonra serialı ləğv etdi. Serial, ilk əvvəl Orta Şərqdə meydana gələn və izləyicilərinə İsa Peyğəmbərin (İslam dinli İsa Peyğəmbər) esxatoloji qayıdışı olduğunu iddia edən bir adama müasir dünyanın reaksiyasına əsaslanır. Birdən-birə meydana gəlməsi və görünən möcüzələri, CIA işçisi tərəfindən araşdırılan adam, əslində kim olduğu mövzusunda şübhələr yaradaraq beynəlxalq izləyici topladı.
Məşədi Məsih Qarabaği
Məşədi Məsih Hacı İmamqulu oğlu Qarabağı — (1780, Şuşa), divanbəyi, vəkil. Məsih Hacı İmamqulu oğlu 1780-ci ildə Şuşa şəhərində doğululmuşdu. (Bəzi mənbələrdə onun 1760-cı ildə doğulduğu yazılır ki, ağlabatan deyil). Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin, Mehdiqulu xanın divanxanasında çalışmışdı. Rus üsul-idarəsi dönəmində əyalət məhkəməsində işləmişdi. Divanbəyi adlanırdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Sənəd: 1838-ci il martın 2-də çərşənbə günü iştirakçılar Qarabağ əyalət məhkəməsinə gəldilər. Qarabağ komitəsi və məhkəmə sədri vəzifəsini yerinə yetirən mayor, knyaz Baratov idi.
Xilaskar Məsih monastırı
Xilaskar Məsih monastırı – Culfa rayonunun Qazançı kəndi ərazisində, Qədim Cuğa şəhər yeri yaxınlığında yerləşən monastır. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Sünik və Qafqaz Albaniyası kilsələrinin Erməni Qriqorian Kilsəsinə tabe edilməsindən sonra, həmin kilsələrin tabeliyində olan bütün dini tikililər kimi, Müqəddəs Məsih kilsəsi də erməni kilsəsi kimi inkişad etmiş, orta əsrlərdə isə şərqdə ən məşhur erməni monastırlarından birinə çevrilmişdir. Buna baxmayaraq IX-X əsrlərə aid edilən monastır başkilsəsi, VIII-X əsrlər Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan xüsusiyyətləri daşımaqdadır. Cuğa nekropolunun şimal-qərb tərəfində yerləşən dərin vadi qədim dövrlərdən “Küləklər vadisi” adıyla tanınır. Xilaskar Məsih monastırı həmin vadinin sonundakı yüksək Əlincədağın ətəyində, Cuğa nekropolundan təxminən 3 km aralıda, tarixi Əlincəqala və Qazançı qalalarının yaxınlığında yerləşir. Monastırın cənub tərəfində Araz çayı, digər tərəfdə isə Əlincəçay axır. Monastırdan şərq tərəfdə tarixi Cuğa şəhərinin xarabalıqları və Gülüstan türbəsi yerləşir. Mesrop Smbatyanın verdiyi məlumata görə, monastırın əsası 1271-ci ildə Vaqram adlı bir nəfər tərəfindən qoyulmuşdur. Lakin, yazılı mənbələrdə monastırın adı 1271-ci ildən əvvəl də çəkilir.
Xədim Məsih Mehmed Paşa
Xədim Məsih Mehmed Paşa (1485, Bosniya əyaləti – 1592, Konstantinopol) — III Murad dönəmində 1 noyabr 1585 – 14 aprel 1586 tarixlərində ümumilikdə 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Əslən bolqar olan Məsih Mehmed Paşa kiçik yaşlarında xədim edilərək saraya alınmışdır, burada təhsil aldıqdan sonra hərəmdə vəzifələndirilmişdir. Ardından bir müddət xəzinədar olan Mehmed Paşa 1574-cü ilin oktyabrında Misir bəylərbəyiliyinə gətirildi. Osmanlı tarixçilərindən İbrahim Peçəvi, Gəlibolulu Mustafa Əli və onları mənbə olaraq alan digər tarixçilərin yazdığına görə, II Səlim dövründə saray anbarında böyük bir yanğın çıxmış, sarayın bütün ərzaq və ləvazimatları məhv olmuşdu. Bu səbəblə saray anbarını yenidən təmin etmək üçün saray ağalarından Məsih ağaya paşa ünvanı verilərək Misirə göndərilmişdir. 5 il bu vəzifədə qalan Məsih Mehmed Paşa idarəçilikdəki bacarığı ilə məşhurlaşmış, 1579-cu ildə paytaxta çağırılaraq ikinci vəzir olaraq divan məclisinə alınmışdır. Sədrəzəm Özdəmiroğlu Osman Paşanın yerinə paytaxtda qalaraq sədarət naibi oldu. Ancaq sədrəzəmin səfər əsnasında xəstələnib ölməsi ilə 1 noyabr 1585 tarixində III Murad tərəfindən sədrəzəmliyə gətirildi. Sədrəzəm olaraq padşahın və saray əhlinin dövlət idarəsinə qarışmasına qarşı idi. 1586-cı ilin aprelində vəzifəsindən razı olmadığı rəis-ül küttab Həmzə ağanın vəzifədən alınmasını istəmiş, ancaq bu istəyi padşah tərəfindən qəbul edilməmişdir.
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Müqəddəs Xilaskar İsa Məsih kafedralı (Şuşa)
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Məsihi
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) — mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim. Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar. Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Məsihin dirilməsi
Məsihin Dirilməsi (1499–1502), həmçinin Kinnaird Dirilməsi (rəsmin keçmiş sahibi Lord Kinnaird adı ilə) İtaliyanın Yüksək İntibah dövrü ustası Rafael Santinin ağac üzərində yağlı boya ilə çəkdiyi rəsmdir. Əsər rəssamın 1499–1502-ci illər arasında çəkilmiş ən qədim rəsmlərindən biridir. O, ehtimal olunur ki, naməlum predellanın bir hissəsidir, lakin belə bir fikir irəli sürülür ki, rəsm Rafaelin ilk qeydə alınmış əsərlərindən olan (1789-cu ildə zəlzələdə ciddi zədələnmiş, hissələri hazırda Avropa muzeylərindədir) Baronçi altarının qalan artefaktlarından biri ola bilər. Rəsm indi San Paulo İncəsənət Muzeyindədir. Kinnaird Dirilişi, ustası Pietro Peruqinonun incə poetik üslubundan fərqli olaraq, onun təbii dramatik kompozisiya üslubunun artıq açıq-aydın olduğu Rafaelin qorunub saxlanmış ilk əsərlərindən biridir. Olduqca rasional kompozisiyaya səhnənin bütün elementlərini birləşdirən və ona qəribə animasiya ritmi verən mürəkkəb ideal həndəsə rəhbərlik edir, personajları ümumi qəhrəmanlara unikal "Xoreoqrafiya"ya çevirir. Rəsm Pinturikkio və Melozzo da Forlidən estetik təsirə malikdir, baxmayaraq ki, əsərin məkan orkestri, hərəkətə meylliliyi ilə Rafaelin 16-cı əsrin Florensiyalı bədii mühiti haqqında biliklərini göstərir. Əsər 1954-cü ildə San Paulo İncəsənət Muzeyi tərəfindən alınıb. Muzeyin keçmiş direktoru Pietro Mariya Bardi, Romadakı Studio D'Arte Palma-dakı əməkdaşı Mario Modestininin tövsiyəsi ilə, Kinnaird Dirilişini Rafaelin əsərlərinə əlavə etmək məsuliyyətini öz üzərinə götürdü və beləliklə kompozisiya üçün iki hazırlıq işinin mövcudluğuna əsaslanaraq, onun müəllifliyi ilə bağlı qızğın müzakirələr başlayır. Bu gün Rafaelə istinad ekspertlər tərəfindən demək olar ki, yekdilliklə qəbul edilir.
Məsihin dirilməsi (Rafael)

Rüknəddin Məsud Məsihi
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) — mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim. Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar. Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur.
İsa Məsiha
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İsa Məsihin heykəli
İsa Məsihin heykəli (port. O Cristo Redentor) — 38 metr hündürlüyündə olan bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə dağdan baxan Korkovado dağının üzərində ucaldılıb. Heykəl beş ilə hazırlanıb və açılışı 1931-ci ildə olub. Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilir.
İsa Məsihin tarixiliyi
İsa Məsihin tarixiliyi — Müqəddəs kitablarda rəvayət olunan İsanın tarixi və arxeolji materialllar, eləcə də mənbəşünaslığa aid sənədlər əsasında tarixi şəxsiyyət olub-olmaması və ya onun tarixi prototipinin olub-olmaması məsələsini araşdıran Elmdir Və Alimlər Məsihin Tarixliyini Qəbul edir İsa və ilkin xristianlar haqqında bəzi romalı tarixçilərin və yazarların əsərlərində qısa məlumatlar vardır. Bunlardan ən ilkin çağlara aid edilənlər İosif Flaviusun (lat. Josephus Flavius) (37–100), Publius Kornelius Tasit (lat. Publius Cornelius Tacitus) (56–117) və bir sıra başqa yazarların sitatlarıdır. İosif Flaviusun yəhudi tarixinə həsr olunmuş "Antiquitates Judaicae" (azərb. Yəhudi qədimlikləri‎) adlı kitabında belə sözlər vardır: "Yəhudi qədimlikləri"nin slavyan tərcüməsi də vardır. Orada yuxarıda göstərilən mübahisəli sitat yoxdur. Orada İsa haqqında başqa məlumat verilir: Lakin burada da müəmmalı məqamlar vardır. Birincisi odur ki, əgər Flavius əslində İsanı burada xatırlamışdırsa, onda yuxarıda göstərilən saxtakarlıq nəyə lazım idi? İkincisi, bu sitatı da ilkin xristian yazarları heç yerdə xatırlamamışdırlar.
Şeyx Məsiha Urməvi
Şeyx Məsiha Mirzə Həsən oğlu Urməvi (?-1913) —İslam alimi, müctəhid. Şeyx Məsiha Mirzə Həsən oğlu Urmiya şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi. M. Rəsulzadə yazırdı: “İndiki əncümənin sədri Urmiyədə məşhur müctəhid Ağa Şeyx Məsiha ağadırlar. Müxbiriniz ağanın ziyarətinə nail olduqda haman əncümənin halından xəbər aldım. Dedilər ki, hal-hazırda əncümən səy ediyor ki, tazədən darüşşurayi-millinin məhəlli əncümənlər barəsində qərar verdiyi qəvaninə müvafiq əncüməni tazədən seçsin”. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Məsihin Katedral Kilsəsi, Laqos
Məsih Marina Katedral Kilsəsi, Laqos şəhəri, Nigeriyadakı Anqlikan kilsəsidir.. İlk kafedral binanın təməl daşı 29 mart 1867-ci ildə qoyulmuş, kafedralın təməli isə 1869-cu ildə tamamlanmışdır. Memar Baqan Benjamin tərəfindən layihələndirilmiş binanın tikintisinə 1 noyabr 1924-cü ildə başlanılıb.. Katedralın tikintisi 1946-cı ildə tamamlanmışdır. 1976-cı ildə İngiltərə kilsəsinin ilk Afrikalı yepiskopu olmuş, keçmiş yorubalı qul olan Möhtərəm Samuel Ajayi Krouterin qalıqları kafedrala köçürülmüşdü. Kenotaf onun abidəsi kimi ucaldılıb.. Məsih Katedrali Nigeriya kilsəsindəki ən qədim Anqlikan kafedralıdır. Tarixin müxtəlif dövrlərində kafedral Qərbi Afrika əyalətinin Arxiyepiskopunun, bütün Nigeriyanın Arxiyepiskopunun və primatının iqamətgahı və Lagos kilsəsi vilayətinin Arxiyepiskopunun iqamətgahı idi. Hal-hazırda Laqos yepiskopunun iqamətgahıdır.
İsa Məsihin Ali Ordeni
Məsihin Ali Ordeni (it. Ordine Supremo del Cristo) — 1939-cu ildə tərtib edilib və papa tərəfindən verilə bilən ən yüksək cəngavərlik adı ilə təqdim olunan ordenidir. 1987-ci ildən bu yana heç bir təltif olunma olunma həyata keçirilməyib. Ordeni vermək hüququ İohann XXII-dən bəri ardıcıl papalar tərəfindən verilib. Portuqaliya monarxiyası uzun illər papanın orden vermək hüququna qarşı çıxdı. Portuqaliya tacının mövqeyi ondan ibarət idi ki, yeganə qanuni şərəf mənbəyi Tacdır. Katolik Kilsəsinin fikrincə, papa hər bir dini ordenin başçısıdır və yüksək generalın icazəsi olmadan öz mülahizəsinə uyğun olaraq layiq bildiyi istənilən şəxsi təyin edə bilər. 1905-ci ildə Papa şərəflərinin ümumi yenidən qurulması çərçivəsində Papa Pius X Məsihin Papa ordeni ən yüksək Papa mükafatı elan edildi və ənənəvi olaraq katolik dövlət başçılarına verildi. Sərəncamın istifadəsi Papa VI Paul tərəfindən edildi. 15 aprel 1966-cı il tarixli Papal Bull Equestres Ordinis-də Paul bu əmri yalnız Papanın özü iştirak etdiyi çox xüsusi halları xatırlamaq üçün katolik dövlət başçıları ilə məhdudlaşdırdı.

məsih sözünün leksik mənası və izahı

məsih sözünün rus dilinə tərcüməsi

  • 1 рел. мессия (по верованию иудеев, пророк, призванный восстановить еврейское государство)

    Azərbaycanca-rusca lüğət / məsih

"məsih" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məsih nədir? #məsih sözünün mənası #məsih nə deməkdir? #məsih sözünün izahı #məsih sözünün yazılışı #məsih necə yazılır? #məsih sözünün düzgün yazılışı #məsih leksik mənası #məsih sözünün sinonimi #məsih sözünün yaxın mənalı sözlər #məsih sözünün əks mənası #məsih sözünün etimologiyası #məsih sözünün orfoqrafiyası #məsih rusca #məsih inglisça #məsih fransızca #məsih sözünün istifadəsi #sözlük