Tomares Desinens
Tomares desinens (lat. Tomares desinens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Azərbaycanın endemik canlısıdır.
== Açılış tarixi və etimalogiyası ==
10 may 1971-ci ildə azərbaycanlı və sovet entomoloqu Rüstəm Məmməd-Əmin Əffəndi (1934–1991) Talış dağlarında Tomares cinsinə aid olan kəpənək cinsi aşkarlayır. Bu canlılar Tomares callimachus və Callophrys suaveola kəpənəkləri ilə birlikdə Onobrychis cornuta bitkisinin çiçəkləri üzərində uçurdular. Əffəndi ilk əvvək 10 dişi və 2 erkəkdən ibarət ekzemplyar aşkarlayır. Sonradan altı dəfə eyni əraziyə səfərlər təşkil edilsə də yeni fərdlər aşkarlanmır. Bu səbəbdən növə "Yoxa çıxmış" ləqəbi adı verilir.
== Görünüşü ==
Ön qanadlarının uzunluğu 11–13 mm olur. Qanadların önü tünd-qəhvəyi olur və orta nahiyəsi tünd qırmızı olur.