Məçitli
Məçitli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 7 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Məcitli formasında qeyd edilir.
Toponim türk mənşəli məçitli tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin l.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Nor
Kyank qoyulmuşdur.