malı sözü azərbaycan dilində

malı

Yazılış

  • malı • 94.2099%
  • Malı • 5.1870%
  • MALI • 0.6031%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qonur Qafqaz malı
Qonur Qafqaz malı — yerli Qafqaz cinsi ilə Şvis cinsinin cütləşdirilməsi nəticəsində yaradılmış cütdırnaqlı heyvan. Əsasən Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan) yetişdirilir. Ümumiyyətlə cinsyaratma prosesində geniş istifadə olunmuş şvis cinsinin təsiri açıq müşahidə edilir. Şvis malında qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən onların əsasında yaradılan cinslərdə qonur rənglilik dominantlıq edir. Qonur Qafqaz cinsinin yaradılmasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarhq İnstitutu mühüm rol oynamışdır. Bu cins Azərbaycan SSR-də dağlıq və aran rayonlarda üstük cins kimi qəbul edilərək çoxaldılmışdır. Bu cinsin rəsmi təsdiqi 1960-ci ildə həyata keçirilmişdir. Əsasən ətlik-südlük istiqamətli olaraq düşünülmüşdür. Qonur, açıq və tünd qonur rəngli olurlar. Belində ağ zolaq və ağız ərtafında ağ haşiyə Şvis cinsindən keçmədir.
Qırmızı Qazax malı
Qırmızı Qazax malı — Azərbaycanda yetişdirilən xalq seleksiyasının məhsulu olan iribuynuzlu heyvan cinsi. Rəngi qızılı qırmızı, bəzən də tünd qırmızıdır. Möhkəm bədən quruluşuna sahib, mütənasib gövdə quruluşuna, normal yelin formasına malikdir. Çətin iqlim şəraitinə dözümlülüyü və normal bala verməsi ilə fərqlənir. Laktasiya ərzində inəklərin süd məhsuldarlığı 1900-2000 kq, südünün yağlılığı isə 3,7 3,9 % olur. İnəklərdə diri çəki 380-400 kq, buğalarda isə 450-500 kq olur. Cavan malın təmiz ət ümumi bədən kütləsindən 50 faizdən yüksək olur. Qırmızı Qazax malı çox az miqdarda Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarının fermer təsərrüfatlarında qalmışdır.
Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu. Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir. Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur. Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.
Həmid Malıbəyli
Malıbəyli Həmid (əsl adı: Həmid İmamqulu oğlu Qurbanov; 1869, Malıbəyli, Şuşa qəzası – 22 mart 1922, Ağdam, Şuşa qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi və tarzəni, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Həmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. O, bir müddət arabaçı işləmiş, sonralar isə Hacı Hüsünün təşkil elədiyi "Xanəndələr məclisi"nə daxil olmuş, burada Hacı Hüsü və Məşədi İsidən klassik Şərq və Azərbaycan muğamlarını öyrənmişdir. Həmid xanəndəliklə yanaşı, eyni zamanda tar çalmağı da öyrənirdi. Onun ilk tar müəllimi Sadıqcan olmuşdur. Həmid Şuşa məclislərində xanəndə kimi tanınırdı. Onun Şuşada ilk çıxışı Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və Avaneslə birlikdə Nəcəfqulu ağa adlı şəxsin məclisində baş tutmuşdu. Bu məclisdəki çıxışından sonra Həmidi tez-tez xalq şənliklərinə dəvət edirlər. O, uzun müddət toy şənliklərində və xalq məclislərində tarzənlər Cavadbəy Xənəzəyski, Məşədi Zeynal, Arsen Yaramışev, sonrakı dövrlərdə isə Məşədi Cəmil Əmirov və Qurban Pirimov ilə birlikdə ifa etmişdir. Malıbəyli Həmid xanəndə və tarzən olmaqla yanaşı, aktyor kimi də fəaliyyət göstərmişdir.
Malıbəy
Malıbəy — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Malıbəy kəndi Qarabağ yaylasındadir. Yaşayış məntəqəsi keçmişdə Malıbəyli adlanmışdır. Malı bəy kəndin əsasını qoyan təhməzli nəslinə mənsub ailələrin başçisi olmuşdur. Malıbəy kəndi tarixi baxımdan hələ tədqiq edilməsədə bu ərazidə Azərbaycan arxeologiyasının çox nadir nümunələri gizlənir. Hələ sovetlər dönəmində günəşin daş üzərində ilk orjinal ibtidai rəsmi məhz bu ərazidən tapılmışdı. Bu ərazidə böyük sayda at, qoç fiqurları və digər müxtəlif bədii daş nümunələri və kurqanlar mövcuddur. Bu kənd ayrı-ayrı dövrlərdə Keşitaşf, Mağavuz və Qaraçorlu mahallarının tərkibində olmuşdur.
Malıbəyli
Malıbəyli — Azərbaycan Respublikasının Xocalı rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib. == Tarixi == Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.
Malıbəyli Cümşüd
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu. Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir. Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur. Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.
Malıbəyli Həmid
Malıbəyli Həmid (əsl adı: Həmid İmamqulu oğlu Qurbanov; 1869, Malıbəyli, Şuşa qəzası – 22 mart 1922, Ağdam, Şuşa qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi və tarzəni, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Həmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. O, bir müddət arabaçı işləmiş, sonralar isə Hacı Hüsünün təşkil elədiyi "Xanəndələr məclisi"nə daxil olmuş, burada Hacı Hüsü və Məşədi İsidən klassik Şərq və Azərbaycan muğamlarını öyrənmişdir. Həmid xanəndəliklə yanaşı, eyni zamanda tar çalmağı da öyrənirdi. Onun ilk tar müəllimi Sadıqcan olmuşdur. Həmid Şuşa məclislərində xanəndə kimi tanınırdı. Onun Şuşada ilk çıxışı Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və Avaneslə birlikdə Nəcəfqulu ağa adlı şəxsin məclisində baş tutmuşdu. Bu məclisdəki çıxışından sonra Həmidi tez-tez xalq şənliklərinə dəvət edirlər. O, uzun müddət toy şənliklərində və xalq məclislərində tarzənlər Cavadbəy Xənəzəyski, Məşədi Zeynal, Arsen Yaramışev, sonrakı dövrlərdə isə Məşədi Cəmil Əmirov və Qurban Pirimov ilə birlikdə ifa etmişdir. Malıbəyli Həmid xanəndə və tarzən olmaqla yanaşı, aktyor kimi də fəaliyyət göstərmişdir.
Malıbəyli hamamı
Malıbəyli hamamı — Malıbəyli kəndinin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövründən qalan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisidir. Hamamın ayrıca kanalizasiya xətti, isti və soyuq suyu vardı. Bu hamam tikilisi Şərq memarlığı üslubunda inşa edilmiş, sal daşlardan - dağ və çaylaq daşlarından tikilmişdir. Qədim memarlıq sənətinin milli xüsusiyyətlərini özündə əks etdirən və qoruyub saxlayan Malıbəyli hamamından 1960-cı ilə qədər istifadədə olmuşdur. Yerli əhalinin dediklərinə görə, hamamda həftənin cümə günlərində qadınlar, qalan günlərində isə kişilər çimərdilər. Hətta, indiki Xankəndində və vaxtilə onun yaxınlığında mövcud olmuş yaşayış məntəqələrindən, eləcə də, Xanbağından və qonşu Quşçular kəndindən olan adamlar bu hamama gəlib burada çimərmişlər. Əsl mənada gözəl istirahət guşələri olan Şuşa hamamları Azərbaycanda bu sahədə olan memarlıq ənənələri əsasmda tikilmişdi. Onların əksəriyyəti 5 hissədən - «tulanbar» adlandırılan qızdırılan yerdən, yuyunma və kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsmələrlə ayrılan soyunub-geyinmə otaqlarından ibarət olurdu.
Malıbəyli kənd teatrı
Malıbəyli kənd teatrı — Şuşa rayonu Malıbəyli kəndində yaranmış teatr. Malıbəyli kənd teatrının ilk tamaşası Sultan Məcid Qənizadənin "Axşam səbri xeyir olar" vodevili olmuşdur. Bu tamaşa 1909-cu il noyabrın 7-də səhnəyə qoyulmuşdur. O vaxtlar Malıbəylidə müəllimlik edən Məmməd Qarayevin rəhbərliyi ilə kənd ziyalıları müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirirdilər. Məktəbdə təşkil olunmuş ilk teatr tamaşası da onun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. İlk teatr tamaşası o vaxt Novo-Çerkassk Politexnik İnstitutunda təhsil alan, maddi cəhətdən çox kasıb olan və məktəbdən qovulmaq təhlükəsi ilə üzləşən Mirhəsən Vəzirovun xeyrinə təşkil olunub. Məktəb binasının böyük zalında göstərilən tamaşada Məmməd Qarayev baş rolda, müəllimlərdən Mirmehdi Ağamirzadə, Bəylər İbrahimbəyov, Mirzə Hüseyn Varşabov və başqaları müxtəlif rollarda çıxış ediblər. Tamaşa uğurlu keçib və o vaxtın pulu ilə toplanan 50 manat Mirhəsən Vəzirova göndərilib. Sonralar Mirhəsən Vəzirov qəzet vasitəsilə malıbəylilərə minnətdarlığını bildirmişdi. İlk tamaşadan sonra teatr həvəskarlarının sayı getdikcə artmışdır.
Malıbəyli məscidi
Malıbəyli məscidi — Şuşanın Malıbəyli kəndinin mərkəzində yerləşən təkminarəli məscid. XX əsrin əvvəllərində məscidin minarəsi ermənilər tərəfindən uçurulub dağıdılmışdır. Məscid yerli çay daşlarından Şərq üslubunda tikilmişdir. Qiymətli tarixi-memarlıq abidəsi olan Malıbəyli məscidinin XVIII əsrdə tikilməsi ehtimal olunur. Doqquz künbəzli bu məscidin hündürlüyü 7 metr idi. Bu künbəzlər 4 böyük sal daş sütunların üzərində qurulmuşdu. Sütunları oyma naxışlıdır. Məscidin künbəzləri bişmiş kərpicdən hörülmüşdür. Məscidin sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk olunmuşdur.
Malıbəyli və Quşçular qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. == Hadisələrin gedişatı və qətliam == Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.
Malıbəyli xalçaları
Malıbəyli xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı–gəbələr geniş yayılmışdır.
Malıbəyli xalçası

Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Malıgin boğazı
Malıgin boğazı (rus. Пролив Малыгина) -Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Belı adasını Yamal yarımadasından ayırır. Boğaz dayazdır, dərinliyi 19 m təşkil edir. Sahilləri alcaqdır, qum və gil suxurları ilə örtülüdür. Sahilində Malıgin, Sedexanqensalya, Sadevanqutsalya, Şuberya (Belı adası), Qolovina, Yonba, Pendadasalya və Xelya (Yamal yarımadası) vardır. Uzunluğu 63 km, eni 9–27 km arası dəyişir. Boğaza Nyarka-Monqatayaxa, Sidyanyannqnqeboyaxa, Myanqnqevoyaxa və Yxadiyaxa çayları axır. Boğazın şimalında Paxa buxtası vardır. Qərqində Ostovoy, şərqində isə Tabnqo və Tyobsyanqo adaları vardır.
Malıy Jemçujnıy
Malıy Jemçujnıy — ada Xəzər dənizinın şimal-qərbində yerləşir. İnzibati cəhətdən Rusiyanın Həştərxan vilayəti ərazisində daxildir. Ada xüsusi qoruma statusuna malikdir. Xüsusi ilə Gümüşü qağayı, Xəzər suitisi, Hydroprogne caspia və digər canlılar qorunur.
Malıy Nesvetay çayı
Malıy Nesvetay çayı (rus. Малый Несветай) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Bolşoy Nesvetay çayının qoludur. Çayın uzunluğu 48 kilometrdir, hövzəsinin sahəsi 356 km²-dir. Yuxarı axarlarda sahillərində Novoşaxtinski şəhəri yerləşir. Çay kifayət qədır lillidir. Çay sistemi: Malıy Nesvetay → Bolşoy Nesvetay → Tuzlov → Aksay → Don. == Axını == Malıy Nesvetay başlanğıcını Dones vilayətindən götürür. Novoşaxtinski şəhərinin Barrikadskaya küçəsində yerləşir. Mənbəyi dəniz səviyyəsindən 200 metr yüksəklidə yerləşir.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Malıy adası (Laptevlər dənizi)
Malıy adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisndə yerləşən ada. Şimal Torpağı arxipelaqının bir hissəsi olan Sahil adaları qrupuna daxildir. == Yerləşməsi == Bolşevik adasının sahilinə yaxın ərazidə, Amba buxtası daxilində yerləşir. Sahil adalarına dsxil olan Bolşoy adası ondan cənub-şərqdə yerləşir. == Təsviri == Ovalvari formaya malik cənub-qərbdən şimal-şərqə uzanır. Sahilləri alçaq və düzəndir. Adada gözlə görünən zirvə yoxdur.
Malış adası
Malış adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı adalarının mərkəzi hissəsində, Naydyonış adasından 1,8 km cənubda, Oktyabr İnqilabı adasından 3,2 km şərqdə yerləşir. Uzunsov formaya malikdir . Uzunluğu 950 metrdir. Maksimal hündürlük 28 metrdir. Sahilləri hamardır.
Malışka
Malışka — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
İvan Malıqin
İvan Malıqin (22 yanvar (3 fevral) 1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri İvan Malıqin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Quşçular və Malıbəyli qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.

"malı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#malı nədir? #malı sözünün mənası #malı nə deməkdir? #malı sözünün izahı #malı sözünün yazılışı #malı necə yazılır? #malı sözünün düzgün yazılışı #malı leksik mənası #malı sözünün sinonimi #malı sözünün yaxın mənalı sözlər #malı sözünün əks mənası #malı sözünün etimologiyası #malı sözünün orfoqrafiyası #malı rusca #malı inglisça #malı fransızca #malı sözünün istifadəsi #sözlük