* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] : qət etmək – 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli; 2) həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək. – İki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə; 3) keçmək, yol getmək. Təyyarə saatda 800 kilometr yol qət edir. – Əgər fəhlələr sürətlə gedən qatara minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn. Məsafəni qət etmək uzun çəkdi. Ə.Əbülhəsən; 4) qəti qərara gəlmək, qəti rəyə gəlmək, kəsdirmək. Qət etdik ki, bu gün yola düşək. – [Həcər xanım:] Oğlum, Çingiz, biz qocalar qət etdik ki, səni də aparaq. S.S.Axundov. Qət olunmaq (edilmək) – 1) (bəzən “qət olmaq” şəklində işlənir) kəsilmək. Hacı Xəlilin səsi getdikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, dodaqları yavaş-yavaş tərpənirdi. Ə.Haqverdiyev; 2) həll edilmək, həll olunmaq. Axırda qət olundu ki, təhqiqat getsin. Mir Cəlal. Qəti-əlaqə etmək – əlaqəsini kəsmək, aranı qırmaq. …Xalqdan bir dəqiqə də olsa qətiəlaqə etmək yaramaz. M.İbrahimov. Qəti-nəzər etmək – üz döndərmək, əlaqəni kəsmək. Qəti-ümid olmaq – ümidini kəsmək, əlini üzmək. [Qoca:] Məndən aşan iş isə, oğlum, qəti-ümid olub bizi atıb getmə. A.Divanbəyoğlu.
Azərbaycan dilinin izahlı lüğəti / qət2 QƏT’ ə. 1) kəsmə; 2) ayırma, üzmə, qırma; 3) ayırd etmə; 4) xətlərin bir-birini kəsməsi; 5) iş kəsmə, qərar çıxarma (məhkəmədə). Qət’i-əlaqə əlaqəni kəsmə, aranı pozma; qət’i-imkan istintaqa cəlb olunan adam haqqında prokurorun gördüyü tədbir; qət’i-nəzər 1) vaz keçmə, üstündən keçmə; 2) baxmayaraq; 3) gözdən salma, etinasızlıq; qət’i-təriq yolkəsmə, qaçaqçılıq; qət’i-yəd oğrunun əlini kəsmə cəzası.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qət1 Qət-təzə ifadəsi işlədirik. Güman edirəm ki, 1) sözün əsli qat kimi olub (hələ qatı açılmamış, lap təzə, təptəzə) ; 2) təptəzə sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qət1 в сочет. с глаг. qət etmək: 1. решать, решить; 2. кончить, закончить, завершить; 3. преодолевать, преодолеть (расстояние) ◊ qəti-nəzər etmək устар. не обращать внимания, оставлять без внимания; qəti-ümid olmaq устар. терять надежду; qət olunmaq решаться, быть решённым
Azərbaycanca-rusca lüğət / qət1 i.: ~ etmək 1. (qərara almaq) to decide (d.), to settle (d.); to make* up one’s mind, to determine; məktub yazmağı ~ etmək to decide / to determine / to make* up one’s mind to write a letter; 2. to overcome*; məsafə ~ etmək to overcome* distance
Azərbaycanca-ingiliscə lüğət / qət1 [ər.]: qət etmək къетӀ авун а) кьатӀ авун, атӀун; б) гьял авун, гьялна куьтягьун (са кар, месэла); в) рехъ фин, фин; г) къетӀи къарардиз атун, икьрар хьун; qəti-əlaqə etmək алакъа атӀун, ара атӀун; qəti-nəzər etmək ччин элкъуьрун, алакъа атӀун; qəti-ümid olmaq умуд атӀун, гъил къачун.
Azərbaycanca-ləzgicə lüğəti / qət