qətliam sözü azərbaycan dilində

qətliam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qətliam • 97.5281%
  • Qətliam • 2.3221%
  • QƏTLİAM • 0.1498%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qətliam
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. == Tarixi == 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən rus-fars müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olmuş vətənlərinə qayıtmaq üçün kömək istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.
Altınkörpü qətliamı
Altınkörpü qətliamı (türk. Altınköprü Katliamı, ərəb. مذبحة التون کوبري‎) — 28 mart 1991-ci ildə İraqın Kərkük mühafəzəsinin əsasən türkmanların yaşadığı Altınkörpü qəsəbəsində qətliam. Qətliam İraq türkmanlarını, xüsusilə də həm uşaqlar, həm də böyüklər olmaqla kişiləri hədəf almışdır. Qətliam nəticəsində 135 nəfər həlak olmuşdur. Hadisə Səddam Hüseynin ordusuna bağlı təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilmişdir. Bu, 1991-ci ildə ölkənin şimal və cənubunda müxalif bölgələrdə baş vermiş üsyanların qarşısının alınması nəticəsində baş vermişdir. Qırğın türkmənləri hədəf alıb, əksəriyyəti kişilər, həm uşaqlar, həm də böyüklər, lakin qadınlar da öldürülüb. Səddam Hüseynin Baas rejimi insanlara ictimai yerlərdə türkcə danışmağı və hər hansı türkmən ənənəsini ictimai yerlərdə qeyd etməyi qadağan edib. == Zəmin == İraq ordusu Küveytdən geri çəkildikdən az sonra şimalda və cənubda bir sıra xalq üsyanları başlamışdır.
Azərbaycanlılara qarşı törədilən qətliamların siyahısı
== Həmçinin bax ==
Babiy Yar qətliamı
Babiy Yar qətliamı — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynada törədilən soyqırımı.
Ballıqaya qətliamı
Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı. == Hadisə öncəsi == 1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar. Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı. 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar. == Hadisə günü == Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu. Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir: Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı. Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır. == Soyqırım qurbanları == == Cinayət işinin açılması == Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.
Ballıqaya qətliamı (1992)

Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2022)
Benzin mişarı ilə Texas qətliamı (ing. Texas Chainsaw Massacre) — rejissor Devid Blu Qarsiya tərəfindən çəkilmiş amerikan sleşer qorxu filmi. Film 1974-cü ildə çəkilmiş orijinal filmin birbaşa davamıdır və bu seriyadan olan doqquzuncu filmidir. Premyera 18 fevral 2022-ci ildə Netflix servisində baş tutdu (daha əvvəl filmin kinoteatrlarda yayımı planlaşdırılmışdı). Film tənqidçilərdən mənfi rəylər aldı: onlar onu qeyri-orijinal adlandıraraq 2018-ci ildəki Helluin filmi ilə müqayisə etdilər, həmçinin yaradıcıları nostaljidən pul qazanmağa çalışmaqda ittiham etdilər. == Məzmun == Dəri üzlü qatilin 1973-cü ildəki cinayətlərindən təxminən 50 il sonra gənc sahibkarlar Melodi və Dante, Melodinin bacısı Layla və Dantenin sevgilisi Rut köhnə daşınmaz əmlakı hərraca çıxarmaq üçün Tesla Model S ilə Texasın tərk edilmiş Harlou şəhərinə gedirlər. Uğursuz vəziyyətdə olan uşaq evinin ətrafına nəzər salan qrup Cinni adlı yaşlı qadının hələ də orada yaşadığını aşkar edir. O, mülkün hələ də ona məxsus olduğunu sübut edən sənədlərə malik olduğunu iddia etdikdə mübahisə başlayır və mübahisəni ən üst mərtəbədən səssiz və uzun boylu bir kişi qısa müddətə kəsir. Daha sonra Cinni infarktdan yıxılır və Ruth və bir kişinin müşayiəti ilə şerif və onun bir köməkçisi tərəfindən xəstəxanaya çatdırılır. İnvestor Ketrin bir qrup potensial alıcı ilə birlikdə Melodi və Dantenin diqqətini yayındıraraq böyük avtobusda Harlouya gəlir.
Beytləhmdə uşaq qətliamı
Beytləhmdə uşaq qətliamı — rəngli boya ilə Piter Paul Rubens tərəfindən 1638-ci ildə incil rəvayəti əsasında dini mövzuda çəkilmiş renessans dövrünə aid rəsm əsəri.
Buça qətliamı
Buça qətliamı və ya Buça soyqırımı — Rusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələr. Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar. == Hesabatlar == The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər.Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi. Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı. Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar. Ukrayna ordusunun çəkdiyi videoda həmin zirzəmi işgəncə otağı kimi görünür.
Ceymstaun qətliamı
Ceymstaun qətliamı (ing. Indian massacre of 1622) - 1622-ci ildə Şimali Amerikaya gəlmiş Avropalıların yaşadığı Ceymstaun şəhərində, hindular tərəfindən gerçəkləşdirilmiş qətliam. 1607-ci ildə Ceymstaun şəhəri salınanda, ilk vaxtlar gəlmələrin yerli əhali ilə münasibətləri yaxşı idi. Hər iki tərəf arasında, qarşılıqlı ziyafətlərin təşkil edilməsi bunu bir daha təsdiq edir. Hindu qəbilə başçısı, Wahunsonacock öldükdən sonra yeni başçı Opechoncanough gəlmələri hindular üçün böyük təhlükə adlandırdı və yerli döyüşçüləri pilqremlərə qarşı mübarizəyə çağırdı. Opechoncanough avropalıları şübhələndirməmək, məqsədi ilə hakimiyyətə gələndə onlarla yaxşı davranmağa başladı. Bu müddət ərzində, silahların hazırlanması və basqında iştirak edəcək döyüşçülərin hazırlanması sürətlə davam edirdi. 22 mart 1622-ci ildə ani hücum başlandı. Aralarında qadın və uşaqlarında olduğu 350 nəfər öldürülmüşdür. == Ədəbiyyat == Steve Rajtar, Indian War Sites, McFarland and Company, Inc., 1999.
Charlie Hebdo qətliamı
Charlie Hebdo qətliamı (fr. Fusillade au siège de Charlie Hebdo) - Fransanın paytaxtı Paris şəhərində yerləşən Charlie Hebdo satirik qəzetinə edilən silahlı hücum və hücum nəticəsində 12 nəfərin həlak olması ilə nəticələnən qətliam hadisəsi. Öldürülən şəxslərdən iki nəfəri Fransa Milli Polisinin əməkdaşı, qalan şəxslər isə qəzetin redaksiya heyətinin üzvləridir. Bir nəfərin vəziyyəti ağır olmaqla 11 nəfər isə yaralanmışdır.Hadisə şahidlərinin sözlərinə əsasən silahlılar binaya əllərində AK-74 Kalaşnikov silahları ilə daxil olaraq Allahu Əkbər ifadəsini ucadan təkrar etməklə ətrafa atəş açmağa başlayıblar. Silahlardan toplamda 50 dəfə atəş açılıb. Bir qrup redaksiya işçisi isə gülləbarandan xilas olmaq üçün binanın damına sığınmağı bacarıb. Charlie Hebdo qətliamı Fransa yaxın tarixində baş vermiş ən çox insan itkisi ilə nəticələnən ikinci terror aktıdır. Buna qədər isə Fransada ən çox insan itkisi ilə nəticələnmiş hadisə Vitry-Le-François terror hadisəsi hesab olunurdu. 1961-ci ilin 18 iyun tarixində Strasburq-Paris xətti ilə hərəkət edən qatarın partladılması nəticəsində 28 nəfər həlak olmuşdu. Baş verən qətliama rəğmən Charlie Hebdo fəaliyyətini davam etdirmək qərarı alınmışdır.
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət (ing. International reactions to the Charlie Hebdo shooting) - 2015-ci ilin 7 yanvar tarixində Fransanın Paris şəhərində yerləşən Charlie Hebdo karikatura qəzetinə edilən silahlı basqın və hadisə nəticəsində 12 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına müstəqil dövlətlərin və xarici təşkilatların verdiyi reaksiya və başsağlığı mesajları. Ümumiyyətlə baş vermiş qətliam ilə bağlı 60 dan çox dövlət hadisəyə öz münasibətini bildirmişdir. == Dövlətlər == Azərbaycan - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransalı həmkarı Fransua Ollanda baş vermiş terror aktı ilə bağlı başsağlı verib və yaşanmış hadisəni qınayıb. Göndərilən məktubda deyilir: Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı, 7 yanvar 2015-ci il. ABŞ - Ağ evdən edilən açıqlama ilə baş vermiş silahlı instident pisləndi.
Comərdli qətliamı
Derfild qətliamı
Derfild qətliamı (ing. Raid on Deerfield) - Şimali Amerikada pilqremlərin yaşadığı koloniyalarda, fransızlar tərəfindən 1704-cü ildə gerçəkləşdirilən qətliam. Hadisə 27 fevral 1704-cü ildə, 47 fransız əsgərinin 200 nəfər əhalisi olan Derfild şəhərinə hücum etməsi ilə başlamışdır. Əsgərlər 50 nəfəri, bir neçə saat ərzində qətlə yetirmişdilər. 111 nəfər əsir götürülmüş və əsrilərdən yarıdan çoxu yolda ölmüşdür. Sonralar 60 nəfər fransızlar tərəfindən sərbəst bıraxılmışdır. == Ədəbiyyat == Demos, John. "The Unredeemed Captive: A Family Story from Early America", (New York, 1994) Haefeli, Evan and Sweeney, John. "Captors and Captives: The 1704 French and Indian Raid on Deerfield", (Amherst, 2003) Smith, Mary.
Dersim qətliamı
Dersim üsyanı 1937–1938-ci illərdə Dersimdə, mərkəzi Türk hökuməti ilə bəzi Dersim tayfaları arasında bölgənin hakimiyyəti ilə əlaqədar mübahisələr nəticəsində baş verən hadisələr. Dersimdə (Tunceli, Erzincan, Elazığ, Sivas, Malatya və Bingöl illərinin bir hissəsi) qəbilə üsyanı nəticəsində mütləq dövlət hakimiyyətini təmin etmək üçün Türk Silahlı Qüvvələri tərəfindən tayfalara qarşı əməliyyat təşkil edildi. Üsyançıların əksəriyyəti 1920-ci ildə Sivasın Zara və İmranlı bölgələrinə sığınan üsyançılardan ibarət idi. Əməliyyat nəticəsində bəzi mənbələrə görə bölgədə yaşayan 13.160 nəfər və 110 əsgər öldü və təxminən 12 min nəfər məcburən köçməli oldu. == Arxa plan == Koçkiri üsyanı yatırıldıqdan sonra Sivasın Zara və İmranlı bölgələrindən Dersimə çəkilən üsyançılar bölgədə təşkilatlanmaya başladılar. Bəzi Dersim tayfalarının təşkilatlanması qəbul olunsa da, Koçkiri üsyanının liderlərinə verilən əfv nəticəsində, Əlişir xaricində digər təşkilat üzvləri təslim oldular, Dersim bölgəsində qalanların əhəmiyyətli üsyan hərəkatına qarışmadığı bildirildi. Ancaq əvvəllər hökumətlə əlaqələr quran Seyid Rıza, Koçkirlilərin ona sığınması nəticəsində hökumətlə arası pozulmuşdu.Bölgə istər coğrafi qurluşuna görə, istərsə mərkəzdən uzaqlığına görə mərkəzi hakimiyyətin tam qurula bilmədiyi və feodal əlaqələrinin güclü olduğu quruluşda idi. Bu baxımdan Osmanlı dövründə bölgədə bir çox qiyam baş vermişdir. Bölgədəki Dersim qiyamları adlanan qiyamlar arasında Osmanlı dövründəki son üsyan 1916-cı ildə Birinci dünya müharibəsi dövründə baş vermişdi. Dövrün daxili işlər nazirlərindən biri Şükrü Kaya, 1876-cı ildən bəri bölgədə 11 hərbi əməliyyat həyata keçirildiyini;Bölge gerek coğrafi yapısı, gerekse merkeze uzaklığı nedeniyle merkezî otoritenin tam sağlanamadığı, ağalık tarzı feodal bağların kuvvetli olduğu bir yapıdaydı.
Deyr-Yasin qətliamı
Deyr-Yasin qətliamı — 1948-ci il 9 aprel hadisələri gedişində ərəblərin Deyr-Yasin kəndi sionist-revizionistlərin radikal təşkilatlarına aid olan yəhudi yarım hərbi silahlı dəstələri İrgun və Lehi tərəfindən tutuldu. Kəndə edilən hücum nəticəsində, müxtəlif hesablamalara görə, 107-dən 254-ə qədər kənd sakini öldürülmüş, 12 nəfər yaralanmışdır. Təcavüzkarların bölmələri ümumilikdə 132 nəfər dəstə üzvü olmaqla 5 nəfərin öldüyünü və 50 nəfərin yaralandığını bildirmişdir.Bir sıra İsrail mənbələrinə görə, "Deyr-Yasindəki qırğın" ifadəsi obyektiv deyil, təbliğat və Fələstin təssübkeşliyi məqsədi daşıyır.Hadisənin şahidlərinin ifadələri və qiymətləndirmə son dərəcə ziddiyyətlidir. == Ümumi məlumat == Təsvir edilən hadisələr Birləşmiş Millətlər Təşkilatının Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsi planının 1947-ci il noyabrın 29-da qəbul etdikdən sonra baş verdi, lakin bu ingilislərin Fələstin tərəfindən idarə edilməsinin və İsrail dövlətinin elan edilməsindən əvvəl (14 may 1948) olmuşdur. Qətnaməyə görə Qüds bu dövlətlərin heç birinə mənsub olmamalı və beynəlxalq nəzarət altında yerləşməli idi. Deyr-Yasin BMT planına görə, Qüds bölgəsinin bir hissəsi idi. Ərəb Dövlətləri Liqası və Fələstin Yüksək Ərəb Şurası da daxil olmaqla ərəb liderləri BMT-nin Fələstini bölüşdürmək planını qəti şəkildə rədd etdilər və bunun həyata keçirilməsinə mane olmaq üçün bütün səylərini göstərəcəklərini bildirdilər. Yəhudi və ərəb hərbiləşdirilmiş qrupları arasındakı lokal qarşıdurmalar genişmiqyaslı bir müharibəyə çevrilməyə başladı. Münaqişənin ilk mərhələsində ərəblərin planlarına yəhudi dövlətinin yaranmasının qarşısının alınması və 1948-ci il mayın 14-də İsrailin müstəqillik elan edildiyi andan - onun tamamilə məhv edilməsi ("yəhudiləri dənizə atmaq") və bütün Fələstinin Suriya, Transiordaniya və Misir arasında bölünməsi daxil idi. BMT qətnaməsinin qəbulundan cəmi dörd ay sonra 884 yəhudi öldürülmüşdü.
Deyr - Yasin qətliamı

Erməni qətliamı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin İstanbul və Ankara yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Lakin indiyədək ermənilər tərəfindən əsaslı sübutlar gətirilməyib.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı (türk. Hayırsızada köpek katliamı) – 3-4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında toplanıb öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir.İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etdi, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başladılar. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirildi.XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra başqa İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başladılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşdı. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirildi və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlandı. Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirildi. Fransa hökumətindən təlimat gözlənilsə də, heç bir cavab gəlmədi və itlərin baxımı çətinləşdiyindən 80.000 it Mərmərə dənizinin ortasındakı Sivriadaya sürgün edildi.
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Kaunas qətliamı
Kaunas qətliamı (ivr. ‏הטבח בחצר מוסך לייטוקיס בקובנה‏‎) - Barbarossa əməliyyatının ilk günlərində Litvanın Kaunas şəhərində yaşayan etnik yəhudilərə qarşı gercəkləşidirlmiş qətliam aktı. Hadisələr 1941-ci ilin 25-29 iyun tarixləri aralığında baş vermişdir.
Kyoto Animation qətliamı
Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam. Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır. İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir. Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır.Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır. == Arxaplan == Kyoto Animation Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyası və ranobe nəşriyyatçısıdır. Birinci studiyası Fuşimidə yerləşir. İkinci studiya (əsas ofis), beşinci studiya birinci studiyadan 1 stansiyalıq uzaqlıqda Ucidə yerləşir.
Lənkəran qəzasında qətliamlar
== Lənkəran qəzasında soyqırımlara dair mənbələr == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası denikinçi-daşnak-bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK-nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Xüsusilə də Zаqаfqаziyа (Qоri) Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Tədqiqatın gedişində Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrinə də müraciət edilmişdir. Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Mirhaşım Talışlının da xatirələrindən istifadə edilmişdir. == Daşnak-Denikinçi birləşmələrin törətdiyi soyqırımlar == Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.57 dəfə / 1 mln.
2006 •••• 1.80
2007 •••••• 2.96
2008 •••••• 2.92
2009 ••••• 2.40
2010 ••••••••• 4.36
2011 •••••••••• 4.63
2012 •••••••••••••••••• 8.52
2013 •••••••••••••• 6.71
2014 •••••••••••••••••••• 9.95
2015 ••••••••••••••• 6.97
2016 ••••••••••• 5.03
2017 ••••••••••• 5.20
2018 ••••• 2.25
2019 ••••••• 3.48
2020 •••••• 2.65

Oxşar sözlər

#qətliam nədir? #qətliam sözünün mənası #qətliam nə deməkdir? #qətliam sözünün izahı #qətliam sözünün yazılışı #qətliam necə yazılır? #qətliam sözünün düzgün yazılışı #qətliam leksik mənası #qətliam sözünün sinonimi #qətliam sözünün yaxın mənalı sözlər #qətliam sözünün əks mənası #qətliam sözünün etimologiyası #qətliam sözünün orfoqrafiyası #qətliam rusca #qətliam inglisça #qətliam fransızca #qətliam sözünün istifadəsi #sözlük