* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin laylarından hər biri; lay, təbəqə. Torpağın alt qatları. Yer kürəsinin dərin qatları. Havanın üst qatları. – Bir sıra neftli sahələrin dərin qatlarında olan neft layları hələlik tədqiq edilməmişdir. M.Qaşqay. // Qədim təsəvvürə görə, göyün qübbələrini təşkil edən hər təbəqədən biri. □ Göyün (göylərin) qatı – çox uca mənasında. Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı. S.Vurğun. Fələki dolanır göyün qatını. M.Rahim. 2. Mərtəbə. Tövlə evin alt qatında idi. S.Hüseyn. Yeddimərtəbə binanın üçüncü qatında balkonu küçəyə baxan mənzil xüsusi bir səliqə ilə düzəlmişdi. S.Rəhimov. 3. Bükülmüş parçanın, kağızın və s.-nin hər bükümü. Parçanı dörd qat qatladım. // Büküş yeri, qırış. Bu parçanı qat kəsmişdir. // İpdə tel, burum. İpin qatını açmaq. 4. Dəfə, kərə (adətən rəqəmlərlə). Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat. M.Ə.Sabir. ◊ Dalı qatda, arxası qatda – dal tərəfdə, arxa tərəfdə, arxası üstdə. Şahsənəm dönüb Qəribi dalı qatda görən kimi atılıb, boynuna sarıldı. “Aşıq Qərib”.
Azərbaycan dilinin izahlı lüğəti / qat2 Qoşulduğu sayın göstərdiyi qədər çox mənasında mürəkkəb sifət düzəldilir; məs.: birqat, ikiqat və s.
Azərbaycan dilinin izahlı lüğəti / qat1 Ərəbcə (qate) “kəsən” deməkdir (qat kəsib deyirik), bizdə qas sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qat5 1. QAT [Qüdrət:] ..Abşeronun çox yerində iyirmi beş qatdan neft götürə bilərik (M.Hüseyn); TƏBƏQƏ, LAY Lakin bu kirəcli təbəqə o qədər də dərin deyildi. Kamil bilirdi ki, altında belə kirəc laylan olan torpaq üzüm və taxıl bitkiləri üçün çox faydalıdır (Y. Şirvan). 2. qat bax mərtəbə 1 3. qat bax dəfə
Azərbaycan dilinin sinonimlər lüğəti / qat1 QAT I is. Lay, təbəqə, büküm. Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı (S.Vurğun). QAT II f. Əlavə etmək, birləşdirmək. O iki atı ilxıya qat! (Dastanlar). QAT III num. söz Dəfə, kərə. Çünki milyonlardan yüz qat azsınız; Deyərək Bəxtiyar bir nişan aldı (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / qat1 1. слой, пласт; 2. этаж, ярус; 3. сгиб, складка; 4. после количественных числительных употребляется для обозначения повторяемости и соответствует слову "раз";
Azərbaycanca-rusca lüğət / qat2 сущ. 1. слой чего. Atmosfer qatları слои атмосферы, oduncaq qatları слои древесины, buz qatı слой льда, yağ qatı слой жира 2. пласт. Qar qatları снежные пласты, kömür qatı угольный пласт 3. разг. этаж. Binanın birinci qatı первый этаж здания 4. ярус (этаж в помещении театра). Üst qat верхний ярус, alt qat нижний ярус 5. сгиб, складка (на ткани, бумаге) 6. геогр. археол. горизонт 7. прослойка. Buz qatı ледяная прослойка 8. наслоение. Qat izləri следы наслоения 9. раз (в сочетании с колич. числит.) İndi şəhərimizdə əhali keçmişdəkindən iki qat artıqdır теперь в нашем городе населения в два раза больше, чем прежде; beş qat в пять раз ◊ göyün yeddinci qatında на седьмом небе
Azərbaycanca-rusca lüğət / qat3 вторая часть сложных слов с первой частью-числительным. İkiqat двукратный, beşqat пятикратный, onqat десятикратный
Azərbaycanca-rusca lüğət / qat1 i. 1. (həm müst. həm də məc.) layer; gil ~ı a layer of clay; torpaq ~ı a layer of earth; 2. geol. stratum, bed; qaya ~ları rock beds; 3. (paltarda və s.) fold, tuck, pleat; 4. d.d. bax mərtəbə
Azərbaycanca-ingiliscə lüğət / qat1 is. 1) couche f ; atmosfer ~ları couches atmosphériques ; buz ~ları couches glacières ; 2) coğ. horizon m ; 3) stratification f ◊ göyün yeddinci ~ında olmaq être au septième ciel
Azərbaycanca-fransızca lüğət / qat1 сущ. 1. къат; ччар; torpağın üst qatı накьвадин винел къат; 2. мертеба, гьава (дараматдин); 3. къат; кьатӀ, бириш (парчадин ва мс.); 4. тах (цӀилинин, епинин); 5. сефер, къат, -ра (гьисабралди); ** dalı qatda, arxası qatda далу патахъ, кьулухъ патахъ, далудихъ.
Azərbaycanca-ləzgicə lüğəti / qatI (Qax) dəst. – Adamın bi qat paltarı olar, honun da qədrini bilər II (Ordubad, Salyan) tərəf. – Qızım o qatda yaşıyır (Ordubad) III (Qax) evin sütunu üstünə kiplik üçün qoyulan balaca taxta
Azərbaycan dilinin dialektoloji lüğəti.(Qax) yumurta qabığı. – Qa:tdarı yığın, fal eliyək
Azərbaycan dilinin dialektoloji lüğəti.