müt sözü azərbaycan dilində

müt

Yazılış

  • müt • 80.0000%
  • MÜT • 13.3333%
  • Müt • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Havanın mütləq rütubətliyi
Kamil insan (Mürtəza Mütəhhəri)
Kamil insan — Mürtəza Mütəhhərinin əxlaqi-fəlsəfi əsəri. == Məzmun == Böyük filosof Mürtəza Mütəhhərinin bənzərsiz kitablarından olan bu kitabda müxtəlif fikir məktəblərinin “kamil insan” məfhumuna baxışları araşdırılır. Araşdırılan bir çox şərq və qərb məktəblərinin nöqsanları üzə çıxarılaraq göstərilir ki, əslində, qeyd olunan məktəblər hər baxımdan kamil olan bir insan yetişdirməyə qadir deyildirlər. Nəhayət, alim dəqiq əqli təhlillərdən sonra sübut edir ki, yalnız, səmavi göstərişlərə əsaslanan İslam dini kamil insan yetişdirmək qüdrətinə malikdir.
Kamil insan (Mütəhhəri)
Kamil insan — Mürtəza Mütəhhərinin əxlaqi-fəlsəfi əsəri. == Məzmun == Böyük filosof Mürtəza Mütəhhərinin bənzərsiz kitablarından olan bu kitabda müxtəlif fikir məktəblərinin “kamil insan” məfhumuna baxışları araşdırılır. Araşdırılan bir çox şərq və qərb məktəblərinin nöqsanları üzə çıxarılaraq göstərilir ki, əslində, qeyd olunan məktəblər hər baxımdan kamil olan bir insan yetişdirməyə qadir deyildirlər. Nəhayət, alim dəqiq əqli təhlillərdən sonra sübut edir ki, yalnız, səmavi göstərişlərə əsaslanan İslam dini kamil insan yetişdirmək qüdrətinə malikdir.
Materializmə yönəlmənin səbəbləri (Mütəhhəri)
Materializmə yönəlmənin səbəbləri — Mürtəza Mütəhhərinin əsəri. == Məzmun == İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə "İlk səbəb" problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? "Nizam dəlili" ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun "nizam dəlili"nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı?
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. == Həyatı == Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. == Mütaliə elmi-nəzəri problem kimi == İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.
Mütləq Monarxiya
Mütləq monarxiya — monarxiyanın əzəli və qəti forması; fеodal dövlətin son siyasi forması. Mütləq monarxiya fеodal münasibətlərinin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrdə mеydana gəlmiş, mövcud olmuşdur, hərçənd müasir dövrdə də mütləq monarxiya mövcuddur. Mütləqiyyət üçün monarxın (kralın, şahın, sultanın, çarın, impеratorun və s.) qеyri-məhdud, (xalq tərəfindən) nəzarətsiz, hərtərəfli və dərin hakimiyyətinin olması və hətta onu (monarxı), ilahiləşdirilməsi (müqəddəsləşdirilməsi), dövlətin və dövlət hakimiyyətinin təmərküzləşdirilməsi və gеniş bürokratik aparatın mövcudluğu, funksional dövlət mеxanizminin və daimi ordusunun olması və s. səciyyəvidir.
Mütləq bərk cisim dinamikası
Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur. Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir. == Tətbiqləri == Robot sistemlərinin analizi üçün Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün Kosmik obyektlərin analizi üçün Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün Video oyunların qrafikasının yaxşılaşdırılması == Həmçinin bax == Klassik mexanika == Ədəbiyyat == E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).
Mütləq demokratiya
Əksəriyyət demokratiyası, çoxluq demokratiyası və ya mütləq demokratiya (démoc-ratie absolue) çoxluğun qərarlarının tətbiq olunduğu və bu qərarların mütləq olduğu demokratiya növüdür. Qanunlar, azlıqların hüquqları, səlahiyyətlərin bölünməsi kimi amillər plüralist demokratiyada qəbul edilən qərarları məhdudlaşdırarkən, mütləq demokratiyada isə əksəriyyət tərəfindən qəbul edilən qərarlar qeyri-məhdud və mütləqdir. Ayrıca olaraq, idarə edilənlərin əksəriyyətinin seçki və idarəetmə dövründə təsirli olmasına əsaslanan mütləq (mejoritar) demokratiya İngiltərədə ilk tətbiqetmə modelini inkişaf etdirdiyinə görə, ona Vestminster modeli demokratiya da deyilir.
Mütləq hündürlük
Mütləq kəmiyyətlər
== Mütləq kəmiyyət == Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. İctimai-iqtisadi hadislərin kəmiyyət tərəfi mütləq kəmiyyətlərlə , miqdar nisbətləri isə nisbi kəmiyyətlərlə xarakterize edilir. == Növləri == === Fərdi mütləq kəmiyyətlər === Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Fərdi mütləq kəmiyyətlər obyektin ayrı-ayrı vahidlərinin həcmini , səviyyəsini ifadə edir. Fərdi mütləq kəmiyyətlərə misal olaraq ayrı-ayrı təsərrüfatların pambıq əkin sahələrini , aylıq əmək haqqının həcmini və s. göstərmək olar. Fərdi mütləq kəmiyyələr yekun mütləq kəmiyyətlərini əldə etmək üçün əsasdır. === Yekun mütləq kəmiyyətlər === Yekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmuyunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının bu və ya digər əlamətlər üzrə həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir.
Mütləq maksimum
Mütləq minimum
Mütləq qara cisim
Mütləq qara cisim – üzərinə düşən ixtiyarı dalğa uzunluğu şüaları tam udan cisim. Mütləq qara cisimin şüalandırdığı işığın enerjisi və spektral tərkibi yalnız onun temperaturu ilə müəyyən edilir və şüalandırıcı maddənin kimyəvi tərkibindən asılı deyil. Bu, mütləq qara cisimin işıq etalonu kimi qəbul edilməsinə səbəb olmuşdur. Təbiətdə mütləq qara cisim yoxdur. Qurum, qara məxmər, deşiyi olan qeyri-şəffaf divarlı içiboş qab və s. praktik olaraq mütləq qara cisim kimi qəbul oluna bilər. Bütün cisimlər kimi mütləq qara cisim də elektromaqnit dalğaları şüalandırır (bax Vin qanunu, Stefan-Boltsman qanunu, Plank qanunu).
Mütləq qiymət
Mütləq qiymət — riyaziyyatda bir həqiqi ədədin işarəsiz qiyməti. Kompüterlərdə bu əməli ifadə etmək üçün istifadə edilən riyazi funksiya adətən abs(...) kimi göstərilir.
Mütləq temperatur
== Mütleq temperatur == Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. === Mütləq maksimum === Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. === Mütləq minimum === Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Mütləq üstünlük
Mütləq üstünlük — iqtisadi nəzəriyyədə təşəbbüskarın, şirkətin və ya ölkənin eyni, müəyyən miqdarda mənbələrdən istifadə edərək daha keyfiyyətli məhsul istehsal etməsi kimi başa düşülür. Müəyyən mal və xidmətlərin istehsalındakı üstünlük əlverişli təbii və iqlim şəraiti, xammalın ucuz və asan mövcudluğu, mal istehsalında xüsusi bilik və bacarıq və digər xüsusi istehsal amilləri ilə ola bilər. Mütləq üstünlük anlayışı, 18-ci əsrdə tanınma qazanmış və Adam Smitin qurucusu sayılan mütləq üstünlük üstünlüyü nəzəriyyəsinin əsasını götürdü. Ölkənin müəyyən sahələrdə mütləq üstünlüyü, ölkənin müvafiq mal və ya xidmətləri daha az vahid xərclərlə istehsal edə bilməsi deməkdir. == Adam Smitin mütləq üstünlük nəzəriyyəsi == Adam Smit "Xalqların zənginliyinin təbiəti və səbəbləri haqqında araşdırma" (1776) adlı əsərində ölkələrin beynəlxalq ticarətin sərbəst inkişafında maraqlı olduqlarını göstərdi, çünki ixracatçı və ya idxalçı olmasından asılı olmayaraq ondan faydalana bilər. Ölkənin istehsalında mütləq üstünlüklərə sahib olduğu istehsal olunmuş məhsulları digər mallarla mübadilə edərək beynəlxalq əmək bölgüsündə iştirakdan fayda əldə etməyin mümkünlüyünün dəlili və əsaslandırılması mütləq üstünlüklər nəzəriyyəsi adlanır. O dövrdə hakim olan merkantilizm nəzəriyyəsinə qarşı çıxan Adam Smit, xalqların rifahının yığdıqları qızılın miqdarından deyil, son məhsul və xidmətlər istehsal etmə qabiliyyətlərindən asılı olduğunu göstərdi. Bu səbəbdən əsas vəzifə qızıl əldə etmək və yığmaq deyil, əmək bölgüsündə iştirak etmək və onun əməkdaşlığı sayəsində istehsalı inkişaf etdirməkdir. Adam Smit, iqtisadi fəaliyyətin ixtisaslaşmasına əsaslanan əmək bölgüsünün üstünlüklərinin öyrənilməsinə çox diqqət yetirmişdir. Eyni zamanda, A.Smit əmək bölgüsü ilə bağlı beynəlxalq ticarət sahəsinə dair nəticələrini genişləndirərək mütləq üstünlüklər (və ya mütləq xərclər) prinsipini ilk dəfə nəzəri əsaslandırdı: «Hər ağıllı ailə başçısının əsas qayda-qanunları evdə kənardan almaqdan daha çox xərc tələb edən şeylər etməyə çalışmamaqdır ...
Mütrüb
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.
Müttəfiqlər
Müttəfiq — şəxslər, qurumlar və ölkələr arasında bir məqsədə çatmaq üçün ortaqlıqlar və ittifaqlar qurma, həmfikir olma, bərabər hərəkət etmə.
Müttəhim
Müttəhim və ya Təqsirləndirilən şəxs — cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.

"müt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müt nədir? #müt sözünün mənası #müt nə deməkdir? #müt sözünün izahı #müt sözünün yazılışı #müt necə yazılır? #müt sözünün düzgün yazılışı #müt leksik mənası #müt sözünün sinonimi #müt sözünün yaxın mənalı sözlər #müt sözünün əks mənası #müt sözünün etimologiyası #müt sözünün orfoqrafiyası #müt rusca #müt inglisça #müt fransızca #müt sözünün istifadəsi #sözlük