mütrüb sözü azərbaycan dilində

mütrüb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mütrüb • 83.3333%
  • Mütrüb • 8.3333%
  • MÜTRÜB • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mütrüb
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı. Mütrüb oynatmaq daha çox Bakı-Şamaxı bölgəsi üçün xarakterikdir.

mütrüb sözünün leksik mənası və izahı

  • 1 is. [ər. mütrib] 1. Keçmişdə musiqinin müşayiəti ilə toylarda rəqs edən oğlan (bəzən qız). …Qorxurdum ki, özlərinə bir qəpik də saxlamayalar ki, mütrüb-zad oynadanda şabaş verələr. C.Məmmədquluzadə. Dəfçalan, zurnaçı, balabançı, mütrüb də manqalın başında oturardı. H.Sarabski. 2. dan. Hərəkət və danışığında yüngül, qeyri-ciddi adam haqqında; oyunbaz. Mütrübün biridir. – [Molla Güləndam Hürzada:] Ay qız, ey mütrüb, mən sındırmalı qoz deyiləm sındırasan… Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / mütrüb

mütrüb sözünün rus dilinə tərcüməsi

  • 1 устар. мальчик или юноша-плясун, танцующий в женском костюме (на востоке)

    Azərbaycanca-rusca lüğət / mütrüb
  • 2 сущ. 1. устар. танцовщик, танцовщица, приглашаемые на свадьбу 2. разг. шут, скоморох, забавник (тот, кто забавляет других своими шутовскими выходками)

    Azərbaycanca-rusca lüğət / mütrüb

mütrüb sözünün inglis dilinə tərcüməsi

mütrüb sözünün fransız dilinə tərcüməsi

mütrüb sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. mütrib] сущ. 1. виликра музыкадин макьамдал мехъеррик кьуьлердай гада (бязи чӀавариз руш); кьуьлдайди; 2. рах. (хесетдиз) кьезил, вичин чка течир кас; къабачи.

    Azərbaycanca-ləzgicə lüğəti / mütrüb

mütrüb sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MÜTRİB, MÜTRÜB ə. 1) çalğıçı, sazəndə, çalan; 2) oynayan, rəqqas; 3) yüngül, yerini bilməyən adam.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"mütrüb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mütrüb nədir? #mütrüb sözünün mənası #mütrüb nə deməkdir? #mütrüb sözünün izahı #mütrüb sözünün yazılışı #mütrüb necə yazılır? #mütrüb sözünün düzgün yazılışı #mütrüb leksik mənası #mütrüb sözünün sinonimi #mütrüb sözünün yaxın mənalı sözlər #mütrüb sözünün əks mənası #mütrüb sözünün etimologiyası #mütrüb sözünün orfoqrafiyası #mütrüb rusca #mütrüb inglisça #mütrüb fransızca #mütrüb sözünün istifadəsi #sözlük