Mücrü sözü azərbaycan dilində

Mücrü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mücrü • 57.0048%
  • mücrü • 41.5459%
  • MÜCRÜ • 1.4493%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mücrü nəşriyyatı
Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 21 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri ilə məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər; habelə bir çox layihə nəşrləri, promonəşrlər aiddir. “Mücrü” nəşriyyatı yazıçı-naşir Müşfiq XAN tərəfindən təsis edilmişdir. Şirkət fəaliyyətini aşağıdakı istiqamətlərdə davam etdirir: 1. “Mücrü” nəşriyyatı 2. “Mücrü ART” ədəbiyyat və sənət portalı 3. “Mücrü” kitab evi 4. “Mücrü” kitab klubu 5. “Mücrü” uşaq dərgisi = “Mücrü” nəşriyyatı = “Mücrü” nəşriyyatının seriyaları: “Çoxbilmiş” uşaq seriyası: Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir.“Abituriyent” seriyası: Bu seriyada ali məktəblərə, habelə magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan oxucular üçün metodik və akademik kitablar yayımlanır.
Mücrü (film, 1973)
== Məzmun == Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur. == Film haqqında == Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Mücrüm Kərim
Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Kirmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu xan Cavanşirə müraciət edib torpaq istəyir. Cəfərqulu xan da indiki Cəfərabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır. == Yaradıcılığı == Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir: - deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: - deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 •••• 0.34
2009 ••••••••• 0.96
2010 ••••••••••••••••••• 2.09
2011 ••••• 0.51
2012 •••• 0.34
2013 ••• 0.29
2014 ••••••• 0.69
2015 •••••••••••••••••••• 2.21
2017 ••• 0.33
2018 ••• 0.30
2020 ••• 0.27

mücrü sözünün leksik mənası və izahı

  • 1 is. Balaca sandıqça. Taxçaya düzülübdü bir neçə boğça, köhnə papaq və bir-iki mücrü. C.Məmmədquluzadə. Bir gün Həsənin əli dinc qalmayıb mücrünün dibinə girdi. B.Talıblı.

    Azərbaycan dilinin izahlı lüğəti / mücrü

mücrü sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MÜCRÜ [Məhəmməd:] Eşqimdən nişana saxla sən bunu; Deyə, o mücrüdən zər medalyonu; Çıxarıb istəyir taxa boynuna (B.Vahabzadə); SANDIQÇA Əbülhəsən bəy: O bunu deyərək balaca bir sandıqça gətirdi, oradan bir dəstə vəsiqə çıxardı (M.S.Ordubadi); YAXDAN (məh.) Hələ üstəlik, dəllək arvadının qiymətli boyunbağısı, qızıl suyuna çəkilmiş gümüş kəməri, bir də içi ağzınadək dolu yaxdan vardı (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / mücrü

mücrü sözünün rus dilinə tərcüməsi

  • 1 шкатулка, ларец, ларчик

    Azərbaycanca-rusca lüğət / mücrü
  • 2 сущ. ларец (ящичек, обычно художественно отделанный, для хранения драгоценностей, каких-л. мелких предметов и т.п.), ларчик, шкатулка

    Azərbaycanca-rusca lüğət / mücrü

mücrü sözünün inglis dilinə tərcüməsi

mücrü sözünün fransız dilinə tərcüməsi

mücrü sözünün ləzgi dilinə tərcüməsi

"mücrü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mücrü nədir? #mücrü sözünün mənası #mücrü nə deməkdir? #mücrü sözünün izahı #mücrü sözünün yazılışı #mücrü necə yazılır? #mücrü sözünün düzgün yazılışı #mücrü leksik mənası #mücrü sözünün sinonimi #mücrü sözünün yaxın mənalı sözlər #mücrü sözünün əks mənası #mücrü sözünün etimologiyası #mücrü sözünün orfoqrafiyası #mücrü rusca #mücrü inglisça #mücrü fransızca #mücrü sözünün istifadəsi #sözlük