* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. zool. Göyərçin cinsindən boz rəngli gözəl bir quş. Bülbüllərə şərh edərdi halın; Qumrulara möhnətü məlalın. Füzuli. Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun. Gündüzümün, gecəmin fəraqını yığaraq; Qəfəsdə qumru kimi səni gözləyəndə, bax. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / qumru3 Göyərçin cinsindən boz rəngli gözəl bir quş. (“Koroğlu” dastanının lüğəti) Məcazlarda “gözəl danışıq”, “gözəl söhbət” mənasında işlənir. Bir mina gərdənli, durna boğazlı, Bir alma yanaqlı, bir şəhla gözlü, Tuti danışıqlı, qumru ağızlı, Şirin dili canım aldı, Koroğlu! (“Koroğlunun Ərzurum səfəri”) * Hüsnün Züleyxadı, zəbanın qumru, Yetişibdi bir cüt nar sinən üstə. (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)
Azərbaycan dastanlarının leksikası / qumru1 Ərəbcədir, quş adıdır, cəm forması qumardır. Dialektlərdə qur-qur da deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qumru1 сущ. зоол. кару (лиферин жинсиникай са къуш); // карудин (мес. шараг).
Azərbaycanca-ləzgicə lüğəti / qumru