qumri sözü azərbaycan dilində

qumri

Yazılış

  • qumri • 70.0000%
  • Qumri • 30.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirzə Məhəmməd Tağı Qumri
Mirzə Məhəmməd Tağı Qumri (1819, Dərbənd, Rusiya Respublikası – 1891, Dərbənd, Dağıstan vilayəti) — XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair. Dərbənd şairlərindən ən məşhuru Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və "Qumri" təxəllüsdür. Qumri əslən Dərbəndlidir və bu şəhərdə hicri tarixi ilə 1235-ci ildə dünyaya gəlib. Qumri səğir sinnindən məktəbə qoyulub, öz zehnü fərasəti sayəsində az vaxtda türkcə, farsca və hətta ərəbcə gözəl savad kəsb edib, öz vaxtının və müasirinin mabeynində mütədavil olan ülumü kəmalata dara olubdur. Mirzə Məhəmməd Tağı əxlaqü ətvar cəhətincə cümlənin nəzərində məmduhü mümtaz bir vücudi-möhtərəm sayılırdı. Kəsbi-məaşını ticarət əmrinə münhəsir qılıb, mütəşəxxis və mötəbər tüccarlardan birisi hesab olunurdu. Sahibi-əqlü tədbir olduğu üçün müşkül əmrlərdə əbnayi-vətəni, dost və aşnası ona rücu edib, onun səlahdidi ilə rəftar edərdilər. Otuz sinninə yetdikdə nəzmü təlifi-əşari-gövhərbar və əbyati-dürnisari-müsibəti-əhli-beyti-əthar və şühədayi-Kərbəlaya şüru etməklə bir qüvveyi-iqtidar peyda etmiş Qumri "Kənzül-məsaib" nam əsərinin dibaçəsində nəsr ilə yazdığı bir neçə püribarə sətirlərdən belə anlaşılır ki, əyyami-şəbabını zövqü işrətdə keçirdiyindən peşman olubdur. Necə ki, ol cənab bu xüsusda deyir: "Bəndeyi-zəlil rusiyah əlmüznibü təhidəst, sərmayeyi-itaəti-übudiyyət və qutəvəri-dəryayi-bimüntəhayi-məasi, əsiri-həvayi-nəfsi-əmmareyi-şərir əbdül-həqir kəsirüz-zünubü təqsir Məhəmməd Tağı ibnül-mərhum İbrahim Dərbəndi əlmütə-xəllis bə "Qumri" məşğuli-sevdayi-cəmali-bər xəttü xali-məhbubani-əbruhilal və məftuni-nərgisi-fəttani-dilfəribani-cadumisal olub və bəmüfadi "əl məcazü qəntərətül-həqiqə" gülüstani-aləmi-imkanü məcazdə aşüftəvü nalan, kəmali-nəğmeyi-məqamati-fərəhəfza ilə guya və rətbül-lisan olduğu halda nagah şahbazi-büləndpərvazi-nüktəpərdazi-əqli-mümtazi-kamilnəvazi-[aləmi]-insan mərəzi-xitab-itaba gəlib, mütərənnimi-məqal vəcdü hal və müstəhzəri-sualü cavab oldu". Şairin təbi-rəvanpərvəri ağılın bu gunə Qumrini xabi-qəflətdən bidar edib, axirət və mənəviyyət aləminə onun fikrü xəyalatını sövq etməyini müşahidə edib, filfövr ağıl ilə mübahisəyə daxil olur və meydani-fəsahətü bəlağət[də] tündü çapük gedən atını cövlan etdirib, bir xeyli mükalimə və mübahisədən sonra təb ağıla qalib gəlir.

qumri sözünün leksik mənası və izahı

"qumri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qumri nədir? #qumri sözünün mənası #qumri nə deməkdir? #qumri sözünün izahı #qumri sözünün yazılışı #qumri necə yazılır? #qumri sözünün düzgün yazılışı #qumri leksik mənası #qumri sözünün sinonimi #qumri sözünün yaxın mənalı sözlər #qumri sözünün əks mənası #qumri sözünün etimologiyası #qumri sözünün orfoqrafiyası #qumri rusca #qumri inglisça #qumri fransızca #qumri sözünün istifadəsi #sözlük