qeyri sözü azərbaycan dilində

qeyri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qeyri • 90.0897%
  • Qeyri • 9.8558%
  • QEYRİ • 0.0545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qeyri-Elektrolitlər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir. Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır. Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Qeyri-aktiv pəncərə
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qeyri-bioloji resurslar
Hazırda Okeanın dəyişiklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 -dən artıq neft və qaz yataqlan aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır. Dəniz və okanlann dibindən hər il 700 mln. ton neft çıxanlır, bu dünyada istehsal edilən neftin 30%-i qədərdir. Dənizərin dibindən 300 mlrd. m³-dan artıq qaz çıxanlır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelfdə çıxanlacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m³ hesablanmışdır.
Qeyri-hökumət təşkilatları
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. Transparency International Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Qeyri-hökumət təşkilatı
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. Transparency International Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyası Qeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəri Burada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.
Qeyri-mükəmməl rəqabət
Qeyri-mükəmməl rəqabət — iqtisadi nəzəriyyəyə görə, bazar quruluşunun mükəmməl rəqabət şərtlərinə cavab vermədiyi bir vəziyyətdir. Qeyri-mükəmməl rəqabət formalarının aşağıdakı təsnifatı yaygındır: Yalnız bir satıcının olduğu inhisar (məsələn, qaz təchizatı bazarı); Az sayda satıcının olduğu oliqopoliya (məsələn, mobil xidmətlər bazarı); Bənzər mallar istehsal edən bir çox satıcının olduğu inhisarçı rəqabət eyni zamanda bir qədər fərqlidir (fərqləndirmə meyarı satıcının yeri də ola bilər); Yalnız bir alıcının olduğu Monopsoniya (məsələn, ağır silah bazarı); Az sayda alıcının olduğu Oliqopsoniya. Qiymətlər və ya mallar haqqında məlumatların yetərli olmadığı, yəni bazar mühitinin qeyri-şəffaf olduğu bazarlarda qeyri-kamil məlumatlar da ola bilər. Несовершенной конкуренции теория // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Робинсон Дж.Экономическая теория несовершенной конкуренции. — М.: Прогресс, 1986.
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığı Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Qeyri-müəyyənlik
Qeyri-müəyyənlik — cümlənin, müddəanın və ya həllin aydın şəkildə müəyyən edilmədiyi, bir neçə şərhi ağlabatan edən məna növüdür. Bu, bir işarənin, simvolun, şəklin və ya ifadənin birdən çox mənası ola biləcəyi vəziyyətləri təsvir edən bir termindir. Beləliklə, nəzərdə tutulan mənası məhdud sayda üsullarla bir qayda və ya prosesə uyğun olaraq qəti şəkildə həll edilə bilməyən hər hansı bir fikrin və ya ifadənin atributudur. Qeyri-müəyyənlik anlayışı çox vaxt fəlsəfə ilə əlaqələndirilir.
Qeyri-zorakılıq
Qeyri-zorakılıq — şiddəti qəbul etməmək və hər hansı məqsədə çatmaq üçün zorakılıqdan istifadə etməkdən imtinadan ibarət dəyər sistemi, etik və sosial anlayış. Qeyri-zorakılıq özünü fundamental dini, etik, fəlsəfi inanc və praqmatik siyasi strategiya kimi göstərə bilər. Xristianlıqda zorakılıq etməmək əmrləri Dağdakı Xütbədə verilmişdir. Onlardan biri belə idi: “Kim səni sağ yanağına vursa, digər yanağını da ona çevir” (Mf. 5:39). Buddizm, caynizm və hinduizmdə qeyri-zorakılıq anlayışı zorakılığın əksi olan və "canlı mövcudatlara zərər verməmək" mənasını verən ahimsa ideyasından irəli gəlir. Mahatma Qandinin ahimsa anlayışını qeyri-zorakılığın sinonimi kimi istifadə etdikdən sonra bu anlayış müasir Avropa mədəniyyətində bərqərar oldu. Bununla belə, ahimsa anlayışı Qandinin başa düşdüyü kimi, qeyri-zorakılığın aktiv, fəal tərəfini gizlədirdi. Qandi sonradan qeyri-zorakılığa dair fikirlərini ifadə etmək üçün hind fəlsəfəsində yeni “ satyaqraha ” konsepsiyasını işləyib hazırladı. Cəmiyyətə və hökumətə vətəndaş təsirinin bir yolu olaraq, sosial transformasiyaya aparan mübarizə strategiyası, qeyri-zorakılıq Hindistanda Britaniya hakimiyyətinə qarşı onilliklər boyu davam edən mübarizədə Mahatma Qandi tərəfindən həyata keçirildi.
Qeyri-müsəlman
Qeyri-müsəlman — islam hüququnda və dünyagörüşündə müsəlman olmayanları təsvir etmək üçün istifadə edilən termin. İslam prinsipləri ilə idarə olunan dövlətlərin idarəsi altında yaşayan, islamdan başqa əqidəyə malik olan fərdlər və icmalar həmçinin, zimmilər kimi təsnif edilir. İslam hüququ ümumiyyətlə dörd dinin mənsublarını "kitab əhli" hesab edir, baxmayaraq ki, imamların fərqli baxışları var. Bunlar xristianlar, yəhudilər, zərdüştilər və sabilərdir. Yenə islam şəriətinin müddəalarına əsasən, "kitab əhli" müsəlman ölkəsində yaşayarsa, onların varlığı və təhlükəsizliyi islam dövlətinin öhdəsində olur və onlara "əhli-zimmət", yaxud sadəcə olaraq zimmi deyilir. Osmanlı torpaqlarında yaşayan qeyri-müsəlmanlar da bu statusda idilər. Bu dörd dini qrupdan zərdüştilərə Osmanlı torpaqlarında heç vaxt rast gəlinməmişdir, sabilər isə demək olar ki, yox idi. Qalan iki qrupdan ən çoxsaylısı xristianlar idi. Yəhudilər xristianlardan daha az olsalar da, onların ölkə daxilində iqtisadi təsiri kifayət qədər böyük olmuşdur. Osmanlı imperiyasında yaşayan qeyri-müsəlmanları din, məzhəb və etnik vəziyyətinə görə aşağıdakı kimi təsnif etmək olar: Etnik olaraq rumlar, yunanlar, bolqarlar, slavyanlar, albanlar, rumınlar , qaqauzlar, macarlar, polyaklar, qaraçılar, ermənilər, gürcülər, aysorlar, xaldeylər, ərəblər, yəhudilər, qibtilər və həbəşlər qeyri-müsəlman ölkənin bir hissəsini təşkil edirdilər.
Qeyri-məzhəblilik
Qeyri-məzhəblilik və ya məzhəbsizlik — hər hansı bir xüsusi və ya spesifik dini məzhəbə tabe olmayan (və ya bununla məhdudlaşmayan) şəxs və ya təşkilat. Termin müxtəlif dinlərin, o cümlədən caynizm, bəhailik, zərdüştilik, unitar universalizm, neo-bütpərəstlik, xristianlıq, islam, iudaizm, hinduizm, buddizm və vikka kontekstində istifadə edilmişdir. Dini məzhəblə ziddiyyət təşkil edir. Qeyri-məzhəb əqidəsindən olan dindarlar müxtəlif dini məsələlərə və hökmlərə münasibətdə daha açıqfikirli olurlar. Qeyri-məzhəbli düşüncə tərzinə çevrilən bəzi şəxslər iştirak etdikləri əvvəlki institutlarda ənənəvi təlimlərlə bağlı mübahisələrin təsirinə məruz qalmışdılar. Bu, yerli əhalinin geniş dini inanclardan qaynaqlandığı zaman ictimai meydanda neytrallığın tətbiqi üçün bir vasitə kimi də istifadə edilmişdir.
Qeyri-müvazinət makroiqtisadiyyatı
Qeyri-müvazinət makroiqtisadiyyatı — iqtisadiyyatda qeyri-tarazlığın roluna diqqət yetirən bir araşdırma ənənəsidir. Bu yanaşma eyni zamanda Nevalras nəzəriyyəsi, dəyər əsaslı müvazinət nəzəriyyəsi, bazar olmayan klirinq yanaşması və bazar nəzəriyyəsi kimi də tanınır. Bu sahədə erkən işlər Don Patinkin, Robert Klauer və Aksel Leyonhfvud tərəfindən həyata keçirilmişdir. Onların işləri 1970-ci illərdə təsirli olan ümumi tarazlıq modelləri şəklində rəsmiləşdirildi. 1970-ci illərin sonlarında Amerikalı iqtisadçılar bu modellərdən böyük ölçüdə imtina etdilər, lakin Fransız iqtisadçılar ənənələrə davam etdilər və sabit qiymət modelləri hazırladılar. Neoklasik sintezdə tarazlıq modelləri qayda idi. Bu modellərdə sərt əmək haqqı işsizliyi tarazlıqda modelləşdirdi. Bu modellərə Don Patinkin və daha sonra müvazinət nəzəriyyəçiləri tərəfindən etiraz edildi. Patinkin işsizliyin tarazlığın nəticəsi olduğunu müdafiə etdi . Patinkin, Robert Klauer və Aksel Leyonhfvud qeyri-bərabərlik roluna diqqət yetirdilər .
Qeyri-müəyyən inteqral
İbtidai funksiya (və ya qeyri müəyyən inteqral; törəmənin əksi) verilmiş aralığın bütün nöqtələrində F(x)=f'(x) bərabərliyini ödəyən funksiya. F(x) funksiyasına həmin aralıqda f(x) funksiyasının ibtidai funksiyası deyilir. Nümunə: Göstərək ki, F ( x ) = 3 x 4 {\displaystyle F(x)=3x^{4}} funksiyası ( − ∞ ; + ∞ ) {\displaystyle (-\infty ;+\infty )} aralığında f ( x ) = 12 x 3 {\displaystyle f(x)=12x^{3}} funksiyasının ibtidai funksiyasıdır. F ′ ( x ) = ( 3 x 4 ) ′ = 3 ( x 4 ) ′ = 3 ⋅ 4 x 3 = 12 x 3 = f ( x ) {\displaystyle F'(x)=(3x^{4})'=3(x^{4})'=3\cdot 4x^{3}=12x^{3}=f(x)} Doğrudan da aralığının istənilən nöqtəsində bərabərliyi ödənilir. Tutaq ki funksiyası verilmiş aralıqda kəsilməz funksiyasının ibtidai funksiyasıdır. Onda ixtiyarı sabitı üçün funksiyası da həmin aralıqda funksiyasının ibtidai funksiyasıdır. Qeyri müəyyən inteqralın (ibtidai funksiya) aşağıdakı xassələri var.1: Qeyri müəyyən inteqralın törəməsi inteqralaltı funksiya diferensialı isə inteqralaltı ifadəyə bərabərdir: ( ∫ f ( x ) d x ) ′ = f ( x ) {\displaystyle (\int f(x)dx)'=f(x)} d ( ∫ f ( x ) d x ) = f ( x ) d x {\displaystyle d(\int f(x)dx)=f(x)dx} İsbatı: Tutaq ki, F(x) funksiya ibtidai f(x)-sin funksiyasıdır: F(x)=f(x). Onda ∫ f ( x ) d x = F ( x ) + C {\displaystyle \int f(x)dx=F(x)+C} yaza bilərik. Bu bərabərliyin hər iki tərəfindən törəmə alsaq, ∫ f ( x ) d x = ( F ( x ) + C ) ′ = F ′ ( x ) + C ′ {\displaystyle \int f(x)dx=(F(x)+C)'=F'(x)+C'} , yəni ∫ f ( x ) d x = f ( x ) {\displaystyle \int f(x)dx=f(x)} . 2.Kəsilməz törəməsi olan F(x) funksiyasını törəməsinin qeyri-müəyyən inteqralı onun özündən sabit toplananla fərqlənir, yəni ∫ F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int F'(x)dx=F(x)+C} və ya ∫ d F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int dF'(x)dx=F(x)+C} .
Qeyri-müəyyənlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Qeyri-oyunçu personaj
Qeyri-oyunçu personaj (ing. Non-player character; abr. NPC) — video oyunlarda oyunçu tərəfindən idarə edilməyən personaj. Video oyunlarda, bu, adətən gerçək süni intellekt yerinə kompüter tərəfindən qabaqcadan müəyyən edilən və ya həssa davranı vasitəsilə idarə edilən personajlara deyilir. Ənənəvi stolüstü rol oyunlarında termin digər oyunçular yerinə, sadəcə hakim tərəfindən idarə edilən personajlara aid edilir.
Qeyri-qabarıqlılıq (iqtisadiyyat)
Qeyri-qabarıqlılıq iqtisadiyyatda — ibtidai iqtisadiyyatın qabarıqlıq fərziyyələrinin pozulmasına aiddir. Əsas iqtisadiyyat dərsliklərində qabarıq seçimləri olan (qabaqcılları orta dəyərlərdən üstün olmayan) və qabarıq büdcə dəstləri olan istehlakçılara, həmçinin qabarıq istehsal dəstləri olan istehsalçılara diqqət yetirilir; qabarıq modellər üçün proqnozlaşdırılan iqtisadi davranış yaxşı başa düşülür. Konveksiya fərziyyələri pozulduqda, rəqabətli bazarların bir çox yaxşı xüsusiyyətlərinə sahib olmaq lazım deyil: beləliklə qabarıqlıq tələb və təklif fərqli olduqda və ya bazar tarazlığı ola biləcəyi zaman bazar uğursuzluqları ilə əlaqələndirilir təsirsiz. Qabarıq olmayan iqtisadiyyatlar qabarıq analizin ümumiləşdirilməsi olan hamar olmayan analizdən istifadə etməklə öyrənilir. Tercihlər dəsti qabarıq deyilsə, bəzi qiymətlər iki ayrı optimal səbəti dəstəkləyən büdcə xəttini təyin edir. Məsələn, zooparklar üçün bir aslanın bir qartalla eyni qiymətə olduğunu və bununla yanaşı, zoopark büdcəsinin bir qartal və ya bir aslan üçün kifayət olduğunu xəyal edə bilərik. Zoopark gözətçisinin hər hansı bir heyvanı bərabər dəyərdə hesab etdiyi də ehtimal edilə bilər. Bu vəziyyətdə, zoopark ya bir aslan, ya da bir qartal alıb. Əlbəttə ki, müasir bir zoopark yarısı qartal və yarısı aslan almaq istəmir. Beləliklə, heyvanat parkı gözətçisinin üstünlükləri qabarıq deyil: heyvanat parkı qoruyucusu, hər hansı bir heyvana sahib olmağa üstünlük verir, əksinə onların hər hansı bir qabarıq birləşməsindən daha çox.
Qeyri-rəsmi iqtisadiyyat
Qeyri-rəsmi iqtisadiyyat — iqtisadiyyatın sektoru, insan fəaliyyətinin üstünlük əldə etməyə yönəlmiş, əsas tənzimlənməsi üstünlük təşkil edən qeyri-rəsmi normaların köməyi ilə baş verən sahəsi, müxtəlif səbəblərə görə (qeyri-pul dövriyyəsi, yüksək vergilər, qanunvericilik qadağaları və s.) rəsmi statistika ilə nəzərə alınan və ÜDM-ə daxil edilməyən Termin özü “mənfi” tərifin nümunəsidir, yəni əksinə olan tərifdir, iqtisadçılar arasında qeyri-formal iqtisadiyyat kimi nəyin sayılacağına dair konsensus yoxdur. İqtisadi motivli hər hansı bir fəaliyyətin qeyri-formal iqtisadiyyatın elementi sayıla bilməyəcəyi, ilk növbədə, qanunlarla müəyyən edilir.Eyni zamanda, sosial normalar və əxlaq həlledici deyil: məsələn, oğurluq və quldurluq qeyri-formal iqtisadiyyatın elementləridir, lakin müsadirə deyil. Qeyri-formal iqtisadiyyat geniş mənada müşahidə olunmayanlarla eynidir , ona qeyri-müntəzəm , "qara" və kölgə iqtisadiyyatları, eləcə də bir çox başqaları daxildir. Qeyri-formal iqtisadiyyat bütövlükdə bütün iqtisadiyyata xas olan münasibətlər məcmusu kimi və ya iqtisadi və sosioloji yanaşma çərçivəsində iqtisadi subyektlərin xüsusi strategiyası (məntiqi) kimi müəyyən edilə bilər . görülən hərəkətlərin qanunauyğunluğundan asılı olmayaraq insanların tələbatının ödənilməsinə yönəldilmiş pul vəsaiti, digər tərəfdən isə təsərrüfat subyektlərinin qanunlar çərçivəsində mövcud olandan daha məqbul şəraitdə öz məqsədlərini həyata keçirə bilməsi. Belə geniş mənaya əlavə olaraq, “qeyri-rəsmi iqtisadiyyat” “qara” iqtisadiyyat kimi müəyyən edilir: gəlirlər və onları əldə etmək üsulları dövlət qurumlarının idarə edilməsi çərçivəsindən kənarda qaldıqda, eyni zamanda, fayda əldə etmək məqsədi ilə fəaliyyət. fəaliyyətləri onlar tərəfindən tənzimlənir. “Qara” iqtisadiyyat gizli fəaliyyətdir, onu göstərmək olar, lakin onu həyata keçirənlər üçün tənzimləyici orqanların lazımsız diqqətindən yayınmaq daha sərfəli görünür. Bu daha dar tərif kölgə iqtisadiyyatının gizlətmək qanuni fəaliyyətini (onun cinayət növləri istisna olmaqla, qara bazara baxın) əhatə edir və cəhd etməsələr belə, hesablanması çətin olan sosial iqtisadiyyatı (o cümlədən məişət, ictimai və mənəvi) əhatə etmir. Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidmətinin tənzimləyici sənədlərində qeyri-formal iqtisadi fəaliyyət daha dar mənada, əslində məişət və ya kommunal iqtisadiyyat kimi müəyyən edilir: əsasən qanuni əsaslarla həyata keçirilən fəaliyyət kimi.
Qeyri-səlis məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Qeyri-səlis çoxluq
Qeyri-səlis çoxluq (və ya əlamətsiz çoxluq) anlayışı, çoxluq anlayışının element olmanın qiymətləndirilməsinə söykənən ümumiləşdirmədir. Qeyri-səlis çoxluq əlamətsiz məntiqin təbii bir ümumiləşməsi olaraq 1965-ci ildə Lütfi Zadə tərəfindən isbat edilmişdir. Bir obyekt bir çoxluğun ya elementi ya da elementi olmadığı halda, bir qeyri-səlis çoxluğun müəyyən bir nisbətdə qismən elementi ola bilər. X {\displaystyle X} sıfırdan fərqli bir universal çoxluq olaraq seçilsin. Bir A : X → [ 0 , 1 ] {\displaystyle A:X\to [0,1]} funksiyasına X {\displaystyle X} üzərində bir qeyri-səlis çoxluq adı verilir. Qeyri-səlis çoxluq müxtəlif cür də göstərilə bilər ancaq çoxluğun hər nöqtə üçün [ 0 , 1 ] {\displaystyle [0,1]} aralığında (qapalı) bir qiymət alması baxımından bu təsvirlərin hamısı bir-birinə bərabərdir.. Bir x {\displaystyle x} ∈ X {\displaystyle X} elementi üçün A ( x ) {\displaystyle A(x)} qiymətinə x {\displaystyle x} -in A-dakı elementlik dərəcəsi deyilir. Bu qiymət kimi zaman μ A ( x ) {\displaystyle \mu _{A}(x)} ilə də göstərilir. A ( x ) = 1 {\displaystyle A(x)=1} olması klassik çoxluq anlayışında x {\displaystyle x} -in A {\displaystyle A} -nın elementi olması, A ( x ) = 0 {\displaystyle A(x)=0} olması isə klassik çoxluqlarda x {\displaystyle x} -in A {\displaystyle A} -nın elementi olmaması mənasına gəlir. Əgər x {\displaystyle x} üçün A ( x ) = α {\displaystyle A(x)=\alpha } isə x {\displaystyle x} ∈α A {\displaystyle A} yazılır və x {\displaystyle x} -in A {\displaystyle A} qeyri-səlis çoxluğunun α {\displaystyle \alpha } dərəcəsində elementi olduğu deyilir.
Qeyri-tarif tənzimlənməsi
Qеyri-tаrif məhdudiyyətləri — dünya təcrübəsində kifаyət qədər ziddiyyətlidir. Ümümdünyа Ticаrət Təşkilаtı rəsmi оlаrаq bеlə tədbirlərin ləğv еdilməsi və müstəsnа оlаrаq tаrif üsullаrındаn istifаdə еdilməsi məsələsini qarşıya qоyur. Bununlа bərаbər tələblərin birmənаlı şəkildə qəbulu digər məsələlərdə аrzuоlunmаz nəticələrə də gətirib çıхаrа bilər. Bеlə ki, Ümümdünyа Ticаrət Təşkilаtının, Tаrif və Ticаrət üzrə Bаş Sаzişin (QАTT) üzvü оlаn ölkələr хаrici ticаrətdə qеyri-tаrif tənzimləmə mеtоdlаrındаn həm əvvəl, həm də indi istifаdə еtməkdədir. Bəzi qеyri-tаrif məhdudiyyətlərinin аrаdаn qаldırılmаsı, sаdəcə оlаrаq qеyri-mümkündür. Bеlə ki, qеyri-tаrif məhdudiyyətləri dахili iqtisаdi siyаsətin digər ölkələrlə iqtisаdi əlаqələrinə təsirinin təcəssümü kimi çıхış еdir. Bununlа bеlə, bеynəlхаlq ticаrət sistеmi tərəfindən qаnuniləşdirilmiş qеyri-tаrif tənzimləmə tədbirləri, dаhа dоğrusu, хаrici mаllаrın idхаlının kəskin аrtımı ilə milli iqtisаdiyyаtа vurulаn zərərin qаrşısının аlınmаsı məqsədi güdən müdаfiə tədbirləri, həmçinin хаrici iхrаcаtçılаr tərəfindən qеyri-sаğlаm rəqаbətin qаrşısının аlınmаsınа yönəlmiş digər tədbirlər mövcuddur. İdхаl əməliyyаtlаrındа qеyri-tаrif məhdudiyyətlər (QTM) ̶хаrici mаllаrın dахili bаzаrа nüfuz еtməsinin qаrşısını аlаn məhdudlаşdırmа – qаdаğаn хаrаktеrli tədbirlər kоmplеksidir. Bu tədbirlərin məqsədi yаlnız idхаl еdən ölkənin rəqаbət qаbiliyyətinin gücləndirilməsi dеyil, həm də milli sənаyеnin müdаfiəsi, əhаlinin həyаt və sаğlаmlığının, ətrаf mühitin, əхlаqın, dinin və milli təhlükəsizliyin qоrunmаsıdır. Bundаn bаşqа, QTM iхrаc əməliyyаtlаrındа dа istifаdə еdilir.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (Azərbaycan)
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Köpək Barbos və qeyri-adi qaçış (film, 1961)
Köpək Barbos və qeyri-adi qaçış (rus. Пёс Барбос и необычный кросс) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Bu, Stepan Oleynikin bir felyetonu əsasında çəkilmiş qeyri-adi və ekssentrik kinokomediyadır. Burada uğursuz brakonyer üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin balıqtutma zamanı dinamitlə olan sərgüzəştlərindən danışılır. == Film haqqında == Filmin çəkilmiş hazır materialı 30 dəqiqə təşkil edirdi. Lakin filmin rejissoru Leonid Qayday hazır işi 10 dəqiqəyə qədər qısaldır. Beləcə filmdən bir çox trüklər çıxarılandan sonra bu kadrlar "Araq çəkənlər" filmində istifadə olundu. Çəkilişlər üçün aktyor Yuri Nikulinin gözlərinə uzun kirpiklər yapışdırılmışdı. Filmin quruluşçu rejissoru Leonid Qayday Yuri Nikulinə demişdi: "Sizin olduqca gülməli simanız var. Burada yalnız bir detal fikirləşmək lazımdır.
Qeyri-Adi Dəniz (1975)
Sənədli televiziya filmi Mingəçevir "dənizi"nə və Mingəçevir şəhərinə həsr olunmuşdur. Burada Azərbaycan EA Zoologiya İnstitutu laboratoriyası əməkdaşlarının balıqlarla bağlı apardıqları tədqiqatlar barədə də söhbət gedir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Qeyri-Münbit Torpaqlarda Pambıq Bitkisi (1972)
Qeyri-adi dəniz (film, 1975)
Sənədli televiziya filmi Mingəçevir "dənizi"nə və Mingəçevir şəhərinə həsr olunmuşdur. Burada Azərbaycan EA Zoologiya İnstitutu laboratoriyası əməkdaşlarının balıqlarla bağlı apardıqları tədqiqatlar barədə də söhbət gedir.
Qeyri-adi görüşlər (film, 1988)
Film-tamaşada aktrisa Nəsibə Zeynalova uzun illər ərzində yaratdığı obrazları ilə bir daha qarşılaşır.
Qeyri-adi ov (film, 1974)
Kinolent təbiətin qorunması və ziyalıların şəhərdən kəndə qayıtması kimi mühüm məsələyə həsr olunmuşdur. Film rejissor Əbdül Mahmudovun diplom işidir.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.
Qeyri-kumulyativ imtiyazlı səhmlər
Qeyri-maddi mədəni irs
Qeyri-maddi mədəni irs (ing. intangible cultural heritage (ICH)) — YUNESKO-nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiya. YUNESKO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya ilə tənzimlənir. Qeyri-maddi mədəni irs anlayışı son illərdə geniş istifadə olunur. Bu anlayış əsasən mənəvi mədəniyyəti özündə cəmləşdirir. YUNESKO-nun 2003 – cü ilin 17 oktyabrında qəbul etmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyada Qeyri-maddi mədəni irsin tərifi, Qeyri-maddi mədəni irs siyahısının tərtib edilmə qaydaları, bu siyahıya daxil edilmə qaydaları öz əksini tapmışdır. Bu Konvensiyanın qəbulunu şərtləndirən əsas amillər: - qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılıq; - qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratması ilə yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmamazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyinin olması; - bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atması və bununla əlaqədar yaşanan ümumi narahatlıq; - icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynaması; - YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətin böyük əhəmiyyəti; - hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmaması; - mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacın olması; - qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyi; “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın məqsədləri aşağıdakılardır: (a) qeyri-maddi mədəni irsin qorunması; (b) aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi; (c) yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi; (d) beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi. “Qeyri-maddi mədəni irs” xüsusilə aşağıdakı sahələrdə aydın şəkildə üzə çıxır: (a) qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr; (b) ifaçılıq sənətləri; (c) sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; (d) təbiətə və kainata aid bilik və təcrübələr; (e) ənənəvi sənətkarlığa aid bilik və təcrübələr. Konvensiyaya qoşulan hər bir dövlət öz ərazisində olan qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir, icmaların, qrupların və müvafiq qeyri-hökumət təşkilatlarının iştirakı ilə öz ərazisində olan qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirməli və müəyyən etməlidir. Qoruma məqsədilə eyniləşdirmənin təmin edilməsi üçün hər bir İştirakçı Dövlət, özünün mövcud vəziyyəti nəzərə alınmaqla, öz ərazisində olan qeyri-maddi mədəni irsin bir və ya bir neçə siyahısını tərtib edir.
Qeyri-metal mineral maddələrin istehsalı
Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir. 1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
Qeyri-münbit torpaqlarda pambıq bitkisi (film, 1972)

qeyri sözünün leksik mənası və izahı

  • 1 1. qoş. Başqa. Səndən qeyri. Ondan qeyri. Əhməddən qeyri heç kəsin yazısı hazır deyil. – Ey sevdiyim, səndən qeyri kimim var? M.V.Vidadi. // Sif. mənasında. Bahadır qeyri bir halətdə idi. N.Nərimanov. 2. sif. Özgə, yad, kənar, başqa. Qeyri adamlara içəri daxil olmaq qadağandır. Qeyri şəxslərin bilməsinə icazə yoxdur. // sif. Kənar, işə, məsələyə aid olmayan. Qeyri söhbətlərlə vaxtını almaq. – Heç o körpə olmasaydı; Bəlkə səni görməzdim mən; Qəbristanı ev etsən də; Qeyri məna verməzdim mən. M.Araz. 3. is. Başqa adam, başqası. // Cəm şəklində: qeyriləri – başqaları, digərləri, o biriləri. Qoy qeyrilərinə də dərs olsun. Elmi işçiləri, yazıçıları və qeyrilərini də bu işə cəlb etmək lazımdır. – Qonşuların cəhd eləsə sənətə; Yetsə də qeyriləri hürriyyətə; Vermə qulaq söhbəti-milliyyətə… M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / qeyri
  • 2 müəyyən \. 1.Sonu harda bitəcəyi naməlum olan, sonlu və ya sonsuz olduğu bilinməyən şey.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / qeyri

qeyri sözünün etimologiyası

  • 1 Ərəbcədən alınmadır. Türk dillərində onun yerinə dış kəlməsi işlədilib. Qeyri-qanuni sözü tuva dilində qanun dışında şəklində işlədilir. Əğyar sözü ilə qeyri sözü eyni kökə malikdir. 1-ci söz 2-cinin cəmidir. Poeziyada əğyar daha çox “rə­qib” an­la­mında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qeyri

qeyri sözünün sinonimləri (yaxın mənalı sözlər)

qeyri sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QEYRİ I sif. [ ər. ] Özgə, yad, kənar, başqa. Bahadır qeyri bir halətdə idi (N.Nərimanov). QEYRİ II qoşma Seçilmə, fərqlənmə, əlavə mənalarında. Zərif İran xalçası ilə döşənmiş balaca otaqda Firidundan qeyri heç kəs yox idi (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / qeyri

qeyri sözünün rus dilinə tərcüməsi

  • 1 1. другой, иной, прочий; 2. кроме; 3. находясь перед словом в виде приставки, слово qeyri придает тому слову отрицательный смысл, подобно "не", "без";

    Azərbaycanca-rusca lüğət / qeyri
  • 2 I прил. 1. другой, иной 2. чужой, посторонний II в знач. сущ. 1. другой, иной. Qeyrilər üçün dərs olsun пусть будет уроком для других, qeyrisini göndər пришли другого 2. чужой, посторонний III послел. кроме, помимо. Bizdən qeyri кроме нас, bundan qeyri кроме этого

    Azərbaycanca-rusca lüğət / qeyri

qeyri sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i.: others; ~ləri others; və ~ləri and others; ~ləri haqqında düşünmək to think* of others; Mən qeyriləri ilə də məsləhətləşməliyəm I must consult the others; Qoy bu qeyrilərinə dərs olsun Let it be a lesson to others II. s. other; ~ adamlar other people; ~ vaxt other time; ~ vəziyyətlərdə in other circumstances; ~ bir another; ~ bir kitab another book; ~ bir vaxt another time; Qeyri bir vaxt gəlin Come another time III. z. else, besides; Mən dedim ki, onu tanımıram, mən qeyri nə deyə bilərdim? I said I didn’t know him / her. What else could I say?; Bundan qeyri mən heç nə istəmirəm I want nothing besides this IV. qoş. besides; bundan ~ besides (that); məndən, səndən, ondan və s. ~ besides me / you / him / her, etc.; Sizdən qeyri orada heç kim olmayıb There was nobody besides you V. ön qoş. un-, in-, im-, a-; ~-adi unusual; ~müəyyən indefinite; ~ mümkün impossible; ~ əxlaqi amoral

    Azərbaycanca-ingiliscə lüğət / qeyri

qeyri sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. гъейри; маса, ччара, къерехдин; месэладиз (кардиз) талукь тушир (мес. ихтилат); // къушм. ondan qeyri адалай гъейри; 2. сущ. маса кас, масад; qeyriləri гз. масабур, масадбур, муькуьбур.

    Azərbaycanca-ləzgicə lüğəti / qeyri
  • 2 “тушир” манада; мес. qeyri-təbii тӀебии тушир.

    Azərbaycanca-ləzgicə lüğəti / qeyri

qeyri sözünün türk dilinə tərcüməsi

"qeyri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qeyri nədir? #qeyri sözünün mənası #qeyri nə deməkdir? #qeyri sözünün izahı #qeyri sözünün yazılışı #qeyri necə yazılır? #qeyri sözünün düzgün yazılışı #qeyri leksik mənası #qeyri sözünün sinonimi #qeyri sözünün yaxın mənalı sözlər #qeyri sözünün əks mənası #qeyri sözünün etimologiyası #qeyri sözünün orfoqrafiyası #qeyri rusca #qeyri inglisça #qeyri fransızca #qeyri sözünün istifadəsi #sözlük