Qəri sözü azərbaycan dilində

Qəri

Yazılış

  • Qəri • 97.7099%
  • qəri • 2.2901%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Qəribov
Adil Qəribov (tam adı: Adil Əbdulxaliq (Abdulxalıq) oğlu Qəribov; 28 mart 1950, Nuxa rayonu) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə məktəbi gümüş medаlla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuşdur. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın organika və Fiziki Kimya institutunda namizədlik disertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə aspiranturanı bitirdikdən sonra, Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib, 1978–1980-cı illərdə kiçik, daha sonra 1980–1990-cı illərdə baş elmi işçi kimi çalışıb.1990–1995-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasion kimyası" qrupunun rəhbəri olub. 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə isə "Radiasiya kimya" ixtisası üzrə professor adını alıb. 1995–2001-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasiya kimyası" laboratoriyasının, AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna dəyişdirilib və oranın direktoru seçilib. O, 2007-ci ildən AMEA –nın Radiasiya Kimya ixtisası üzrə müxbir üzvü seçilib.
Asif Qəribov
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Qəribov (şəhid)
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Qəribov
Azər Qəribov və ya Azər Qərib — Azərbaycan jurnalisti, blogger, səyyah. == Həyatı == 22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşqul olmuşdur.Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır. Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.
Aşıq Qərib
== Həyatı == Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir. Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblә evlənmək üçün küllü miqdarda mal-dövlət istəyirlər.
Aşıq Qərib (film, 1988)
Aşıq Qərib (gürc. აშიკ-ქერიბი) — David Abaşidze və Sergey Paracanovun 1988-ci il Gürcüstan-film istehsalı bədii filmi. Film Mixail Lermontov tərəfindən yazıya alınmış eyniadlı Azərbaycan məhəbbət dastanına əsaslanır. Film Andrey Tarkovskiyə ithaf edilib. Film bir çox kinofestivalda göstərilib mükafatlar qazansa da, Bakıda çəkildiyinə və azərbaycan dilində saundtreki olduğuna görə 1996-cı ilin yazına qədər Ermənistanda göstərilməyib. == Məzmun == Kasıb Aşıq Qərib toylarda və digər mərasimlərdə saz çalır. O, anası və bacısı ilə birlikdə sevdiyi qız olan Mahul-Mehrinin varlı atasının yanına elçi gedir. Varlı ata pul yerinə çiçək gətirən elçilərə qızını ərə vermək istəmir. Aşıq Qərib qızla evlənmək üçün pul yığmağa səyahətə çıxır. Yolda bir atlı (Xurşid bəy) Aşıq Qəribə yoldaşlıq təklif edir.
Aşıq Qərib (opera)
Aşıq Qərib - bəstəkar Zülfüqar Hacıbəyovun 1916-cı ildə eyniadlı dastan əsasında yazdığı muğam-operası. Libretto Üzeyir Hacıbəyovundur. == Məzmun == == Qaynaq == Əfrasiyab Bədəlbəyli - "Aşıq Qərib". "Kommunist", 31 dekabr 1926.
Aşıq Qərib dastanı
Aşıq Qərib (erm. Աշուղ Ղարիբ; gürc. აშიკ ქერიბი; krımtat. Yolcu Ğarip; türk. Aşık Garip; türkm. Şasenem-Garyp) — Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqdə geniş yayılan xalq nağılı. Həmçinin bu əsər aşıqlar tərəfindən ifa olunan lirik dastanı sayılır, bundan başqa o, əsasında məşhur folklor süjeti ("ər arvadının toyunda iştirak edir") olan epos janrına aid olunur. Dastan oğuz-türk mənşəlidir. 1837-ci ildə Mixail Lermontov nağılın Azərbaycan versiyasını ilk dəfə yazdıqdan və yazı 1846-cı ildə dərc olunduqdan sonra, əsər rusdilli mühitdə geniş şöhrət qazandı. Bundan başqa erməni, gürcü, türk, türkmən və s.
Balacayev Qərib
Qərib Nəsib oğlu Balacayev (25 dekabr 1997; Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balacayev Qərib Nəsib oğlu 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2 bacının tək qardaşı olan Qərib subay idi. == Hərbi xidməti == 2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı" olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə "N" saylı hərbi hissədə komandirin "Baş mexannik sürücüsü" kimi BMP idarə edib.
Beynimdə qəribəlik (roman)
Beynimdə Qəribəlik — Orxan Pamukun 2014-cü ildə nəşr edilən romanı bu cümlə ilə başlayır: "Boza satıcısı Mövlud Qaradaşın həyatı, macəraları, xəyalları və dostlarının hekayəsidir və 1969–2012-ci illər arasında İstanbul həyatının bir çox insanların gözündən izah edilən bir rəsmidir". == Məzmunu == "Beynimdə qəribəlik vardı, içimdə də nə o zamana, nə o məkana aidlik duyğusu". — William Wordsworth, Prelüd-dən sitat. "Beynimdə qəribəlik" həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı (yalnız bir dəfə toy mərasimində ötəri gördüyü) sevgilisinin İstanbuldakı həyatlarından danışır. İyirmi beş yaşında kəndindən bir qız qaçırdı (yanlış qızı qaçırır); Qəribə bir şey oldu, onun bütün həyatını təyin etdi. İstanbula qayıtdı, evləndi, iki qızı oldu. Mövlud 1969–2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir.
Bizim qəribə taleyimiz (film, 2005)
== Məzmun == XX əsr Azərbaycan ədəbiyyatı klassiki, böyük nasir və dramaturq İlyas Əfəndiyevin yaradıcılığı həmişə ədəbi tənqidin də, ictimaiyyətin də diqqət mərkəzində olub. Dramaturqun həyat və fəaliyyətini əhatə edən film İlyas Əfəndiyevin oğulları, müasir ədəbiyyatımızın aparıcı simalarından biri olan xalq yazıçısı Elçinin və filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin ataları haqqında danışdıqları xatirələrin üzərində qurulub. Əslində, onların söylədikləri xatirədən daha çox, İlyas Əfəndiyevin şəxsiyyəti barədə, onun yaradıcılıq xüsusiyyətləri haqqında deyilən səmimi və düşündürən fikirlərdir. Gənc rejissor tərəfindən bu fikirlərin ekran təcəssümü mexaniki yox, yaradıcı şəkildə, yəni deyilənlərin estetik qavranışı ilə verilib. Buna görə də film canlı və səmimi alınıb. Rejissor İlyas Əfəndiyevlə bağlı sənədli kadrlara, eləcə də ayrı-ayrı əsərlərindən səhnələrə o qədər də çox yer ayırmayıb, lakin buna baxmayaraq, böyük ədibin dolğun ekran obrazını yarada bilib. Filmin ümumi yaradıcı əhval-ruhiyyəsi, süjet xəttindəki fikir ardıcıllığı imkan verib ki, İlyas Əfəndiyevin timsalında bütün canı ilə, qanı ilə xalqına, vətəninə bağlı olan, heç bir konyukturaya uymayaraq milli ədəbiyyatımızın qızıl fonduna məxsus sənət inciləri yaratmış bir sənətkarın portreti ərsəyə gəlsin. Yaradıcılıq uğurunun əldə edilməsində quruluşçu operator Mətləb Yaqubovun da rolu olub. Onun çəkdiyi kadrlar peşəkarlığı ilə seçilir. Operator çalışıb ki, həm rejissorun, həm də ssenari müəllifinin İlyas Əfəndiyev şəxsiyyətindən və sənətindən doğan xarakterik cizgiləri mavi ekranda canlandırmaq istəyini kamera ilə təcəssüm etdirsin.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Cem Qəriboğlu
== Cinayət haqqında və etiraf == 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. Cem Qəriboğlu: "Mən hadisədən 1 il əvvəl Körpədə təsadüfən Münəvvər Qarabulud ilə tanış oldum. 5 ay sonra da sevgili olduq. Hətta Münəvvər ilə sevgiliykən Ənvər ilə tanış olduq. Münəvvər 7–8 dəfə evimizə gəldi. Münəvvəri anam ilə də tanış etdim. Hadisədən bir neçə gün əvvəl bizə gəlmişdi, mübahisə müzakirə etdik. Mənə təhqir etməyə başladı. Kişiliyimə təhqir etdi.
Emin Qəribov
Emin Qəribov - Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.
Fərhad Qəribov
Fərhad Qəribov — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib. 1977-ci ildən "Muğanmeliorasiyasutikinti" Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən "Kəndtikinti" Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdır. 1986-cı ildən "Azərneft" Birliyinin "Azərneftlayihətikinti" Birliyində tikinti-quraşdırma idarəsinin rəisi, mənzil-kommunal kontorunun rəis müavini, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən tikinti-quraşdırma idarəsinin rəisi vəzifələrində işləmişdir. 2002–2004-cü illərdə "Debüt" Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləmişdir. 2004–2005-ci illərdə "Azəri-Holdinq" maliyyə-sənaye qrupuna rəhbərlik etmişdir. === Ailəsi === Evlidir.
Fəxri Qəribzadə
Fəxri Elmir oğlu Qəribzadə (10 yanvar 1994, Güloğlular, Bərdə; 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəxri Qəribzadə 10 yanvar 1994-cü ildə, Bərdə rayon Güloğlular kəndində anadan olub. 2001–2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb. Orta məktəbi başa vurduqdan sonra, 2012–2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Ağdərə döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə Şəhidlər Xiyabanı'da torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hüseyn Qəribzadə
Hüseyn Qəribzadə (tam adı: Hüseyn Qədir oğlu Qəribzadə; 6 sentyabr 2001; Şəmkir, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Çinarlı qəsəbəsinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Hüseyn Qəribzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Qəribzadə sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Həyat, sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013-2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. == Məzmun == Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur.Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir. Keçmişin ağrılı-acılı günləri tez-tez onun yaddaşında oyanır, onu rahat buraxmır, addımbaaddım təqib edir.
Həyat nə qəribəsən (film, 2022)
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Həyat sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013-2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. == Məzmun == Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur.Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir. Keçmişin ağrılı-acılı günləri tez-tez onun yaddaşında oyanır, onu rahat buraxmır, addımbaaddım təqib edir.
Kərim Qəriboğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. == Həyatı == Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda doğulmuşdur. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır.Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur.Qərib Kərimoğlu 9 oktyabr 1926-ci ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərib Kərimoğlu Şəki qəzası Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri olmuşdur. Qərib Kərimoğlu 15 dekabr 1918-ci il tarixində Nuxa qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir.
Musa Qəribli
Musa Nasil oğlu Qəribli (25 iyun 1992, Ərəbocağı, Ağdaş rayonu – 30 oktyabr 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. == Həyatı == Musa Nasil oğlu Qəribli 25 iyun 1992-ci il Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib və qayıtdıqdan sonra isə 2014-cü ildə MAXE işləmək qərarına gəlir və MAXE işləyir. == Hərbi xidməti == Əsgər Maxe Musa Qəribli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı başından yaralanır. Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam edib. Uzun müddət müalicədən sonra 30 oktyabr 2016-cı ildə şəhid olur. Oktyabrın 31-i isə Musa Qəribli doğulduğu Ağdaş rayonunun Ərəbocağı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər maxe Qəribli uğrunda şəhid olduğu torpağa tapşırıldı. Musa Qəribli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Məşədi Qərib məscidi
Məşədi Qərib məscidi — Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid. == Haqqında == Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid 1876-cı ildə yerli əhali tərəfindən tikilib. Məscidin sahəsi 250 m² təşkil edir və burada eyni vaxtda 160 nəfər ibadət edə bilər. Məscidin dini icması dövlət qeydiyyatından keçib.
Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir. N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur.Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Yenə o bağ olaydı (film, 2002) Manqurt (film, 2003) Qurban (film, 2011) Şəbəkə (film, 2011) İnikas (film, 2014) 4.1.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.52 dəfə / 1 mln.
2017 ••••••• 1.30
2018 •••••••••••••••••••• 3.90
2019 •••••••••• 1.95
2020 •••••••• 1.46

"qəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəri nədir? #qəri sözünün mənası #qəri nə deməkdir? #qəri sözünün izahı #qəri sözünün yazılışı #qəri necə yazılır? #qəri sözünün düzgün yazılışı #qəri leksik mənası #qəri sözünün sinonimi #qəri sözünün yaxın mənalı sözlər #qəri sözünün əks mənası #qəri sözünün etimologiyası #qəri sözünün orfoqrafiyası #qəri rusca #qəri inglisça #qəri fransızca #qəri sözünün istifadəsi #sözlük