Qərinə sözü azərbaycan dilində

Qərinə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qərinə • 80.3681%
  • qərinə • 18.4049%
  • QƏRİNƏ • 1.2270%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qərinə Kərimova
Qərinə Rəhim qızı Kərimova (d. 16 iyun 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı. == Həyatı == Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur.Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil etmişdir. Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••••• 2.36
2004 •••••••••• 1.68
2005 •••••••• 1.35
2006 •••••••• 1.35
2007 ••••••• 1.06
2008 ••••• 0.73
2009 •••••• 0.96
2010 ••• 0.36
2011 •••• 0.60
2012 •• 0.17
2013 •• 0.29
2014 ••• 0.34
2015 0.17
2016 •• 0.17
2017 ••• 0.49
2018 0.15
2019 0.14
2020 ••• 0.40

qərinə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Əslində 33 illik bir dövr olub, əsr mənasında işlənir. Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük? Nə qazandıq? C.Məmmədquluzadə. Elə bir cahan ki, onun hər anı; Mənalı görünür bir qərinədən. S.Vurğun. Qərinələr yolçusu – ay göyləri dolanar; Göy üzünün şamları sübhəcən sönər, yanar. Ə.Cəmil.

    Azərbaycan dilinin izahlı lüğəti / qərinə

qərinə sözünün sinonimləri (yaxın mənalı sözlər)

qərinə sözünün rus dilinə tərcüməsi

qərinə sözünün ləzgi dilinə tərcüməsi

qərinə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

QƏRİNƏ1 ə. ibarənin anlaşılmasına kömək edən, başa düşülməsinə səbəb olan (söz və s.). QƏRİNƏ2 ə. zaman, dövr. QƏRİNƏ3 ə. 1) oxşar, tay (qadın); 2) yoldaş, rəfiqə; 3) arvad, həyat yoldaşı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

33 illik zaman, dövr; rəfiqə, dost.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"qərinə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qərinə nədir? #qərinə sözünün mənası #qərinə nə deməkdir? #qərinə sözünün izahı #qərinə sözünün yazılışı #qərinə necə yazılır? #qərinə sözünün düzgün yazılışı #qərinə leksik mənası #qərinə sözünün sinonimi #qərinə sözünün yaxın mənalı sözlər #qərinə sözünün əks mənası #qərinə sözünün etimologiyası #qərinə sözünün orfoqrafiyası #qərinə rusca #qərinə inglisça #qərinə fransızca #qərinə sözünün istifadəsi #sözlük