Qəribova sözü azərbaycan dilində

Qəribova

Yazılış

  • Qəribova • 99.6024%
  • QƏRİBOVA • 0.3976%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir. N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur. Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şəbnəm Həsənli-Qəribova
Şəbnəm Həsənli Azərbaycanlı gənc alim, Filologiya üzrə elmlər doktoru, dosent[mənbə göstərin] Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. Birinci kurs tələbəsi ikən AMEA Nəsimi adına Dilçilik İnstitutu Bakı dilçilik məktəbinin keçirdiyi "Gənc dilçilərin müsabiqəsi"ndə "Türk dünyasının ilk ensiklopediyası" adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq görülmüşdür. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adına təqaüdlə bitirmişdir. 2008–2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. Magistr dövründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş "50+50" qrant layihəsinin qalibi olmuş və 2 il müddətinə bu layihəni həyata keçirmişdir. 2009-cu ildə "M. Kaşğarinin Divanü-luğat-it-türk" əsərində feilin zamanları" mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qalibi olmuşdur. 2009-cu ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə başlamış, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2012-ci illərdə BDU Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011–2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru pilləsi üzrə doktoranturada təhsili almış, "XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası" mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Oxşar sözlər

#qəribova nədir? #qəribova sözünün mənası #qəribova nə deməkdir? #qəribova sözünün izahı #qəribova sözünün yazılışı #qəribova necə yazılır? #qəribova sözünün düzgün yazılışı #qəribova leksik mənası #qəribova sözünün sinonimi #qəribova sözünün yaxın mənalı sözlər #qəribova sözünün əks mənası #qəribova sözünün etimologiyası #qəribova sözünün orfoqrafiyası #qəribova rusca #qəribova inglisça #qəribova fransızca #qəribova sözünün istifadəsi #sözlük