Kərimova sözü azərbaycan dilində

Kərimova

Yazılış

  • Kərimova • 99.4995%
  • KƏRİMOVA • 0.5005%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afaq Kərimova
Afaq Kərimova (Bakı) — Azərbaycanın tanınmış xalçaçı rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xəzər Universitetinin Tətbiqi Sənət Muzeyinin direktoru == Həyatı == Afaq Kərimova Bakı şəhərində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdir. 1990-1995-ci illərdə Azərxalça İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ABŞ-yə ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. 1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildə Məhəmməd Füzulinin 500-illik yubileyində UNESCO xətti ilə "Füzuli - 500" xalçası Parisdə nümayiş etdirilmişdir. 1997-2005-ci illərdə Hüseyn Cavid muzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur. 1997-ci ildə Nizami muzeyində, 2007-ci ildə İncəsənət muzeyində fərdi sərgiləri olmuşdur.
Elmira Kərimova
Elmira Kərimova (31 dekabr 1941, Qasım İsmayılov rayonu – 10 dekabr 2021) — fizikaçı-alim == Həyatı == • Elmi əsərlərinin sayı- 585 • Xaricdə dərc olunan əsərlərinin sayı- 340 • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 160 • Monoqrafiya və kitablarının sayı- 1(708səh) • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 23 • Elmi-pedaqoji fəaliyyəti- 1963–1965 Azərbaycan Texniki Universiteti; müəllim • Dil bilikləri — Azərbaycan, Rus dillərini sərbəst bilir, İngilis dillini orta == Əsas elmi nəticələri == 1. Bərk məhlulların tərkibinin onların fiziki xassələrinə təsirinin analizi göstərdi ki, keçid metallarının miqdarının artması ilə qadağan olunmuş zonanın eni artır və eksiton enerjisinin maksimumuna uyğun gələn qiyməti xətti olaraq artır. Bundan başqa rentgenkeçiricilik 2÷3 dəfə artması müşahidə olunur və faza keçidlərinə uyğun temperatur aşağı oblastlara doğru yerini dəyişir. 1,8K temperaturda TlGaS2 monokristalında eksiton lüminesensiya udulma və kombinasyon səpilmə spektri tədqiq olunmuşdur. 2,48–2,54ev intervalında çoxzolaqlı fotolüminisensiya müəyyən edilmişdir ki, bu da çəp eksitonun fononları emissiya etməsi rekombinasiya şüalanması əsasında izah olunur. Düz eksitona uyğun gələn eksitonun energetik vəziyyəti (2,606eV) və çəp eksitona uyğun gələn (2,540eV) enerji təyin edilmişdir. 2. TlGa1-xFexS2 monokristalında λ- modulyasiya modulyasiya metodu ilə tədqiqi nəticəsində eksiton udulma oblastında müəyyən edilmişdir ki, GaFe (1–2 at%) əvəzləməsi nəticəsində eksiton zolağının sürüşməsi baş verir. Fe atomlarının konsentrasiyası artdıqca eksiton piki udulma sərhəddində itir. Bu monokristallarda laylar arası əlaqənin güclü dəyişməsi ilə izah olunur. 3. TlIn1-xFexS2 (x=00,01) monokristalında In atomlarının Fe atomları ilə qismən əvəz olunması nəticəsində alınmış nəticələr göstərdi ki, x-in artması ilə fotokeçiriciliyin sərhəddi daha uzundalğalı oblasta döğru yerini dəyişir (826nm-dən 1127nm-ə qədər), seqnetoelektrik faza keçidinə uyğun gələn temperatur 200K-dən 185K-ə doğru sürüşür, fonon spektri isə 250÷350sm-1 oblastında dəyişikliyə məruz qalır. 4. A3B6; A3B3C26 və onların bərk məhlulları olan [ (TlGaSe)1-x(TlInSe2)x; Tl(GaS2)1-x(InSe2)x; Tl(InS2)1-x(FeSe2)x; TlGa1-xFexS2] monokristalların rentgenkeçiriciliyi və rentgendozimetrik xarakteristikalarının xüsusiyyətləri öyrənilmişdir.
Elnarə Kərimova
Elnarə Kərimova (1962) — tanınmış azərbaycanlı xormeyster, Azərbaycanın xalq artisti (2018). Türkiyənin "Orfeon" kamera xorunun və TRT-nin böyük xorunun bədii rəhbəri və baş dirijoru. == Həyatı == Elnarə Kərimova Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == Ailəsi == Həyat yoldaşı Tərlan Quliyev Azərbaycan Dövlət Kamera Orkestrində skripka ifaçısıdır. Hazırda Türkiyədə operada çalışır. Oğlu Türkiyədə doğulub.
Elvina Kərimova
Elvina Kərimova (d. 25 mart 1994) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Elvina Kərimova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Firuzə Kərimova
Firuzə Qədəşi qızı Kərimova — neftçi, filantrop == Həyatı və təhsili == Firuzə Kərimova 1907-ci ildə neftçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında olanda müsəlmanların maariflənməsi məsələsi ilə məşğul olan "Nəşr-Maarif" Cəmiyyətinin Balaxanıda açılmış ibtidai məktəbinə daxil olur. Onun xisləti-məcazı ibtidai məktəb illərindən qeyri-adiliyi ilə nəzərə çarpır. O zamanlar qızların məktəbə getməsinə mövhumatçılar maneçilik edirdilər. Firuzə bütün hədələrə sinə gərərək təhsilini davam etdirir. O, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirərək, kənd qadınlarına savad öyrətməyə başlayır. Onların evində, atasının yanında toplaşan gizli yığıncaqların iştirakçıları: Müseyib Dadaşov, Mikayıl Oalarov, Əlisəttar İbrahimov, Ağahüseyn Rəsulzadənin söhbətlərinə qulaq asır və onların tapşırığı ilə gizli vərəqlər paylamaqla onlara kömək edirdi. İnqilabçı fəhlələr arasında birinci dəfə gizli vərəqələr paylayanda Firuzənin 13 yaşı var idi. Bundan başqa o, 1919-cu ildə Balaxanıda Fatma Maqsudovanın rəhbərlik etdiyi qadın özfəaliyyət dərnəyinə gedir, başqa balaxanılı qadınlarla səhnə əsərlərinin tamaşaya qoyulmasında iştirak edirdi. Həmin illərdə Bakıda Ceyran Bayramova, Mələknisa Qafarova, Zeynəb Rizvanovanın fədakar əməkləri nəticəsində qadınlar klubu yaradılır.
Flora Kərimova
Kərimova Flora Ələkbər qızı (23 iyul 1941, Bakı) — Azərbaycanın estrada, muğam və opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1992) Milli Azadlıq Hərəkatı fəalı, ictimai xadim. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, Xocalı şəhərinin Fəxri Vətəndaşı, Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfının fəxri üzvü. == Həyatı == Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Əslən anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir. Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnmişdir. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir. Flora Kərimova üç dəfə ailə qurub.
Gülnarə Kərimova
Gülnərə İslamovna Kərimova (özb. Gulnora Islomovna Karimova; 8 iyul 1972, Fərqanə) — Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun qızı; Özbəkistanın İspaniyadakı səfiri (yanvar 2010 - iyul 2012) == Həyatı == Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib. == Fəaliyyəti == 2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışır. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir.
Gülsədəf Kərimova
Gülşən Kərimova
Gülşən Kərimova (d. 16 sentyabr 1979) — Azərbaycanı təmsil edən voleybolçu. Gülşən Kərimova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Gülşən Kərimova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Könül Kərimova
Könül Kərimova (15 sentyabr 1968, Ağcabədi) — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == K. Kərimova 1968-ci ildə Ağcabədidə anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir. Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Lalə Kərimova
Lalə İslamovna Kərimova-Tillayeva (özb. Lola Islomovna Karimova-Tillaeva) — Özbəkistanın UNESCO-dakı daimi nümayəndəsi, diplomat, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun kiçik qızı, ölkəsində xeyriyyə işləri, mədəniyyət və idmana dəstəyi ilə tanınır. == Təhsili == Daşkənt Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə magistr dərəsəbini, sonra isə Daşkənt Dövlət Universitetində dussertasiya müdafiə edərək psixologiya elmlər namizədi elmi dərəcəsi alıb. == Həyatı == Lalə Kərimova 1978-ci ildə iyulun 3-də Daşkənddə anadan olub. İki dəfə ailə həyatı qurub. Həyat yoldaşı Timur Tillayev biznesmen, Harvard universitetinin məzunudur. Üç uşağı var: qızı Məryəm, oğlu Ömər və qızı Səfiyə. == Fəaliyyəti == O, Özbəkistanda iki iri xeyriyyə təşkilatının təsisçisidir. "Sən tək deyilsən" (özb. Sen Yolgiz Emassan) yetim, əlil uşaqlara dəstək üçün yaradılıb.
Nərgiz Kərimova
Kərimova Nərgiz Faiq qızı 13 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-88-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində oxumuşdur. 1988-1992-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini qırmızı diplomla bitirmişdir. 1988-ci ildə Bəstəkarlar İttifaqının keçirdiyi Musiqi Festifalında böyük uğur qazanmış, laureat adına layiq olmuşdur. 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» Respublika müsaqibəsinin laureatı olmuşdur. 1990-cu ildə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinki adına XIV Beynəlxalq Vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunmuşdur. 1994-cü ildənAzərbaycanDövlət Teleradio Şirkətinin solistidir. Moskva, Sankt-Peterburq, London şəhərlərində konsertlərdə uğurla iştirak etmişdir. Dövlət tədbirlərində, Bakının konsert zallarında, Respublika sarayında, Moskvanın «Rossiya» və «Sütunlu» zallarında klassik və müasir əsərləri simfonik və kamera orkesterlərinin müşayəti ilə ifa etmişdir.
Qərinə Kərimova
Qərinə Rəhim qızı Kərimova (d. 16 iyun 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı. Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur. Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil etmişdir.
Sürəyya Kərimova
Sürəyya Abbasqulu qızı Kərimova (15 fevral 1922, Qaradağlı – 2 avqust 1993) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965). Sürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir. Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Sədaqət Kərimova
Sədaqət Qayınbəy qızı Kərimova (ləzg. Керимова Седакъет Къайинбеган руш; 30 may 1953, Qalacıq, Qusar rayonu) — ləzgi şairi, yazıçısı, bəstəkarı, rejissoru. Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S. Kərimova tələbəlik illərinin ilk günlərindən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar "Azərbaycan" qəzetində şöbə müdiri, "Günay" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S. Kərimova 1997-ci ildən üç dildə çıxan "Samur" qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir.
Sənubər Kərimova
Sənubər Kərimova (13 yanvar 1935, Naxçıvan MSSR) — Naxçıvan MSSR Ali Sovetinin 10–11-ci çağırış deputat, NMR Sosial Təminat naziri. Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. 1965–1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri. 1975–1976 illərdə redaktor müavini və 1976–1985 illərdə redaktor. 1976–1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur. 1980-ci ildən etibarən "Şərq qapısı" qəzetinin bazasında yaradılan böyük formatlı, gündəlik rus və Azərbaycan dillərində nəşr edilən "Sovet Naxçıvanı" – "Советская Нахичевань" qəzetlərinin baş redaktoru olmuşdur. 1985–1993 S. Kərimova Naxçıvan MSSR Sosial Təminat naziri, həmin nazirlik ləğv olunduqdan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdır. 1993–2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1975–1990 illərdə Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur.
Tahirə Kərimova
Tahirə Həzi qızı Kərimova (28 aprel 1935, Bakı – 11 aprel 2023, Bakı) — Azərbaycan professoru, fizika-riyaziyyat elmləri doktoru. Tahirə Kərimova 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçı vəzifələrində çalışıb. 1991-ci ildən "Yarımkeçiricilərin elektron spektraskopiyası" lobaratoriyasına rəhbərlik edib. T. H. Kərimova fizika-riyaziyyat elmlər namizədi (1970-ci il), fizika-riyaziyyat elmləri doktoru (1986-cı il), professor (2001-ci il). Tahirə Kərimova 11 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Əsas elmi istiqaməti yarımkeçirici birləşmələrin enerji spektrinin tədqiqidir.
Vüsalə Kərimova
Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi. İlk nailiyyətimiz elə Minskdə oldu, bürünc mükafat aldıq".
Zəhra Kərimova
Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942). Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir. Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist...
Səbinə Kərimova
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Elmira Kərimova (aktrisa)
Elmira Kərimova (9 oktyabr 1972, Sumqayıt) — Azərbaycanın teatr və kino aktrisası, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməktar artisti. Sumqayıt Dövlət Dram Teatrının aktrisası.Prezident mükafatçısı. == Həyatı == Kərimova Elmira Nəsir qızı 1972-ci il, oktyabr ayının 9-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıt şəhər 27№-li orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə orta təhsilini başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinə qəbul olmuş, 1996-cı ildə "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə tam kursu bitirmişdir.1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçmüşdür. 1999-cu ildən 2013-cü ilin avqust ayına qədər C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrda çalışmaqla yanaşı, 2006-cı ilin dekabr ayının əvvəlindən 2015-ci ilin oktyabr ayının 23-nə qədər Naxçıvan Dövlət Uşaq Teatrında direktor vəzifəsində çalışmışdır. 2015-ci il, dekabr ayının 1-dən etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb.2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor heyətinə qəbul edilib. == Mükafatları == 2004-cü il 19 May tarixində Naxçıvan Muxtar Respublikasının əməktar artisti;2008-ci il 25 Sentyabr tarixində isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2006-cı ildə ,2011-ci ildə və 2018-ci ildə Prezident mükafatına layiq görülüb. == Ailəsi == 1993-cü ildə teatr aktyoru və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Səmavi(1968-2021) ilə ailə həyatı qurmuşdur.İki övladı var.
Aynur Kərimova (voleybolçu)
Aynur İmanova — hazırda Azərbaycan Superliqasında "Azərreyl Bakı" klubunda çıxış edən və kapitanı olan Azərbaycan qadın voleybolçusu. İmanova 2006-cı ildən Azərbaycan voleybol üzrə qadınlardan ibarət milli komandada oynayıb və 2006,2018 FIVB Dünya Çempionatlarında, həmçinin 6 Avropa Çempionatında (2007, 2009, 2011, 2013, 2015, 2017-ci illərdə) iştirak edib.
Aşafatma Kərimova
Kərimova Aşafatma Hidayət qızı — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1929-cu ildə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1943–1963-cü illərdə Ucar rayonunun Qaradağlı kəndində Lenin adına kolxozda kolxozçu, manqa başçısı işləmişdir. Yüksək əmək göstəricilərinə görə 1948-ci ildə Lenin ordeni, 1950-ci ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdır. 1963-cü ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsü idi. 2009-cu ildə vəfat etmişdir.
Dursədəf Kərimova
Dursədəf Muxtar qızı Kərimova (23 avqust 1985; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Dursədəf Kərimova 1985-ci il avqustun 23-də Bakı şəhərində anadan olub. Anası Zülfiyyə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, bacısı Xanım Hüseynova isə cüdoçudur. == Karyerası == 2019-cu ildə Dursədəf Kərimova Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində də Dursədəf Kərimova qızıl medala sahib oldu. Dursədəf Kərimova 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı. Dursədəf Kərimovanın XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində rəqibi Ukrayna nümayəndəsi Anastasiya Qarni oldu. Həmin görüşdə Dursədəf Kərimova rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Dursədəf Kərimova Braziliya nümayəndəsi Me Emmeriç ilə üz-üzə gəldi.
Vüsalə Kərimova (idmançı)
Vüsalə Kərimova (jurnalist)

Oxşar sözlər

#kərimova nədir? #kərimova sözünün mənası #kərimova nə deməkdir? #kərimova sözünün izahı #kərimova sözünün yazılışı #kərimova necə yazılır? #kərimova sözünün düzgün yazılışı #kərimova leksik mənası #kərimova sözünün sinonimi #kərimova sözünün yaxın mənalı sözlər #kərimova sözünün əks mənası #kərimova sözünün etimologiyası #kərimova sözünün orfoqrafiyası #kərimova rusca #kərimova inglisça #kərimova fransızca #kərimova sözünün istifadəsi #sözlük