Qədri sözü azərbaycan dilində

Qədri

Yazılış

  • Qədri • 80.1418%
  • qədri • 19.8582%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907 və ya 1907, Odessa, Xerson quberniyası[d] – 29 fevral 1968 və ya 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Yaqub Qədri Qaraosmanoğlu
Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı. == Həyatı == Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı. 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı. Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı.
Qədriyə Teymurbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinifinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.48 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••• 0.34
2006 •••• 0.45
2009 •••••• 0.64
2010 •••••••• 0.91
2011 ••• 0.26
2012 ••• 0.34
2013 •••••••••••••••••••• 2.48
2014 ••••• 0.51
2016 ••• 0.35
2017 •••• 0.49
2019 ••• 0.28
2020 ••• 0.27

qədri sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bir qədər, bir az.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

qiymətli, layiqli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qədri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qədri nədir? #qədri sözünün mənası #qədri nə deməkdir? #qədri sözünün izahı #qədri sözünün yazılışı #qədri necə yazılır? #qədri sözünün düzgün yazılışı #qədri leksik mənası #qədri sözünün sinonimi #qədri sözünün yaxın mənalı sözlər #qədri sözünün əks mənası #qədri sözünün etimologiyası #qədri sözünün orfoqrafiyası #qədri rusca #qədri inglisça #qədri fransızca #qədri sözünün istifadəsi #sözlük